Xəbərlər, Abituriyent , Şagird
03 iyul 2020

Maksimum bal toplayan abituriyent: “Ən böyük arzum Bakı Ali Neft Məktəbinə daxil olmaqdır”

Maksimum bal toplayan abituriyent: “Ən böyük arzum Bakı Ali Neft Məktəbinə daxil olmaqdır”

 

Dövlət İmtahan Mərkəzinin 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrininə əsasən, Abşeron rayonu Xırdalan şəhər 1 saylı orta məktəbin məzunu Hüseyn Abdullayev 300 bal toplayaraq maksimal nəticəyə nail olub.  Hüseyn deyir ki, ən böyük arzusu qəbul imtahanlarında da maksimal bal toplayaraq, Bakı Ali Neft Məktəbinə daxil olmaqdır.

Hüseyn ilk olaraq, 20 mindən çox məzun arasından belə yüksək nəticə əldə etməyiniz münasibəti ilə sizi təbrik edirik, gəlin, bir qədər sizi tanıyaq. 

Diqqətiniz üçün təşəkkür edirəm. Mən Hüseyn Abdullayev Ağsu rayonunda anadan olmuşam. Orta təhsilimə Xətai rayonu 264 saylı tam orta məktəbdə başlasam da, 3-cü sinifdən etibarən Xırdalan şəhəri 1 saylı məktəbdə təhsilimi davam etdirmişəm. Elə, həmin məktəbdən də bu il məzun olmuşam. "Əlaçı” televiziya verlişinin 9-cu mövsümünün respublika çempionu, "Xəmsə” verlişinin isə iştirakçısı olmuşam. Bundan başqa, bu il Fizika üzrə keçirilən respublika fənn olimpiadasının yarımfinalçısıyam. 

Buraxılış imtahanında belə yüksək nəticəyə necə nail oldunuz? 

Uğurumun səbəbi daha çox çalışmaq, elmə olan həvəsim, onlayn dərslərin uğurlu təşkili oldu. Bundan başqa, əlbəttə ki,  müəllimlərin və valideynlərimin dəstəyi də çox mühüm rol oynadı.

Niyə məhz Bakı Ali Neft Məktəbini (BANM) seçmək istəyirsiniz?

Hesab edirəm ki, Bakı Ali Neft Məktəbi həqiqətən, respublikanın ən nüfuzlu universitetidir. Bundan əlavə, bu Ali Məktəbdə tədrisin keyfiyyəti, xarici universitetlərlə əməkdaşlıq əlaqələri (Heriot-Vatt xüsusilə) də diqqətimi cəlb edir. 

Hansı ixtisas üzrə hazırlaşırsınız? 

Hələ tam dəqiq qərar verməmişəm. Lakin, böyük ehtimal Proseslərin avtomatlaşdırılması mühəndisliyi və ya İnformasiya təhlükəsizliyi ixtisasları istiqamətində seçim edəcəm. Seçimimin səbəbi həmin ixtisasların gələcəyin ixtisası olmalarıdır.Təbii ki, arzumun reallaşmasında qəbul imtahanlarının ikinci mərhələsində toplanılan bal böyük rol oynayacaq. Yüksək nəticə üçün əlimdən gələni edəcəyəm.

BANM-dəki təhsillə bağlı gələcək hədəfləriniz nədir?

Hədəfim yüksəkixtisaslı, peşəkar mühəndis olmaq, eləcə də BANM-in köməyi ilə gələcək təhsilimi xarici ölkələrin birində davam etdirməkdir. Düşünürəm ki, bundan sonra ölkəmiz üçün daha faydalı kadr ola bilərəm. 

Son olaraq bilmək istərdik, Bakı Ali Neft Məktəbi haqqında haradan məlumat əldə etmisiniz?

BANM haqda ilk dəfə qohumumdan eşitmişdim. O da, hazırda Bakı Ali Neft Məktəbinə qəbul olmaq üçün hazırlaşır. Daha sonra özüm də araşdırdım və qərar verdim ki, mən bu ali təhsil müəssisəsində təhsil almalıyam. modern.az 




Загрузка...
loading...

Həmçinin oxuyun:
Azərbaycanda ən yüksək bal toplayan onlar oldu: Siz də tanıyın - FOTO

Azərbaycanda ən yüksək bal toplayan onlar oldu: Siz də tanıyın - FOTO

Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub

Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub

Ən yüksək bal tələb edən ixtisaslar

Ən yüksək bal tələb edən ixtisaslar

Məktəbi qızıl medalla bitirən 10 şagird BANM-ı seçib

Məktəbi qızıl medalla bitirən 10 şagird BANM-ı seçib

Qəbul imtahanlarında 700 ballıların ilk imtahan nəticələri necə oldu?

Qəbul imtahanlarında 700 ballıların ilk imtahan nəticələri necə oldu?

"Bu uğur mənə doğum günü hədiyyəsi oldu" - Ölkə birincisi olan tələbə

700 bal toplayan tələbələrdən qış imtahanlarında kimlər kəsildi...

700 bal toplayan tələbələrdən qış imtahanlarında kimlər kəsildi...

700 bal toplayan tələbələr qış imtahanını necə verir?!

700 bal toplayan tələbələr qış imtahanını necə verir?!

700 bal toplayan tələbə: Yaxşı ki, Bakı Ali Neft Məktəbini seçdim

700 bal toplayan tələbə: Yaxşı ki, Bakı Ali Neft Məktəbini seçdim

Azərikimya İB Bakı Ali Neft Məktəbində karyera təqdimatı etdi

Azərikimya İB Bakı Ali Neft Məktəbində karyera təqdimatı etdi

Bakı Ali Neft Məktəbi ən yaxşı ali təhsil müəssisəsi seçilib

Bakı Ali Neft Məktəbi ən yaxşı ali təhsil müəssisəsi seçilib

700 bal toplayan tələbələr necə oxuyurlar...

700 bal toplayan tələbələr necə oxuyurlar...

700 bal toplamış tələbə:

700 bal toplamış tələbə: "Özümə verdiyim suallar məni bir ünvana istiqamətləndirdi"

Fərqlənmə attestatı, 700 bal, Prezident təqaüdü...

Fərqlənmə attestatı, 700 bal, Prezident təqaüdü...

İlin rekordu və ilin ixtisası

İlin rekordu və ilin ixtisası

Bu universitet 700 bal toplayan tələbələrin sayına görə liderdir

Bu universitet 700 bal toplayan tələbələrin sayına görə liderdir

Məzunlar: “Bakı Ali Neft Məktəbi həyatımızda yeni səhifə açdı”

Məzunlar: “Bakı Ali Neft Məktəbi həyatımızda yeni səhifə açdı”

700 bal toplayan tələbələr hansı universitetlərdə oxuyacaq? - SİYAHI

700 bal toplayan tələbələr hansı universitetlərdə oxuyacaq? - SİYAHI

İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz

İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz

BANM-in 22 yaşlı məzunu ABŞ universitetinin doktorantı olub

BANM-in 22 yaşlı məzunu ABŞ universitetinin doktorantı olub

Bu il 700 bal toplayan abituriyentlər ikinci dəfə imtahan verəcəklərmi?

Bu il 700 bal toplayan abituriyentlər ikinci dəfə imtahan verəcəklərmi?

Britaniyalı müəllimlər BANM-də semestr imtahanlarını keçirir

Britaniyalı müəllimlər BANM-də semestr imtahanlarını keçirir

700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər

700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər

Magistratura imtahanından ən yüksək bal toplayan tələbələr

Magistratura imtahanından ən yüksək bal toplayan tələbələr