AzTehsil.com

Xəbərlər
08 iyun 2020
873

Alimlərin neft-qaz sənayesində xərcləri azaldan model təklifi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, şöbə müdiri, dosent Yadigar İmamverdiyev və aparıcı elmi işçi,  dosent Lyudmila Suxostatın həmmüəllifi olduqları "Dərin hibrid modeldən istifadə etməklə neft avadanlıqlarında nasazlıqların intellektual diaqnostikası” (DOI: 10.1007/s42452-020-2741-0) adlı məqalə dünyanın məşhur "Springer” nəşriyyatında dərc olunan nüfuzlu "SN Applied Sciences” jurnalında çap olunub.

İnstitutdan bildirilib ki, məqalə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyələşdirdiyi "NG-AI4Oil: Neft mədənləri üçün yeni nəsil süni intellekt texnologiyalarının işlənməsi” qrant layihəsi çərçivəsində aparılan elmi tədqiqatlar əsasında hazırlanıb.

Tədqiqatda neft avadanlığında nasazlıqların diaqnostikası üçün dərin hibrid model təklif edilib. Elektrik sualtı nasosun işinin monitorinqi və nasazlıqların vaxtında aşkarlanıb aradan qaldırılması neft-qaz sənayesində istismar və texniki xidmət xərclərini azalda bilər. Vibrasiyanın akselerometr sensorları əsasında qiymətləndirilməsi sistemdəki nasazlıqları aşkarlamağa imkan verir. Vibrasiya siqnalının tezliyi, zamanı və spektral məlumatları dərin hibrid modelin giriş verilənləri hesab olunur. Spektral məlumatlara qısamüddətli Furye çevrilməsindən alınmış spektroqram və kəsilməz veyvlet çevrilməsindən alınmış skaloqram daxildir və vibrasiya siqnalının ətraflı analizini təmin edir.

Eksperimental qiymətləndirmə göstərir ki, təklif olunan dərin hibrid model digər müvafiq alqoritmlərdən üstündür və sistemin işi zamanı yaranan vibrasiya siqnalına əsasən, elektrik sualtı nasosun imtinalarını avtomatik aşkar edə bilər. Təklif edilən yanaşma avadanlığın və mürəkkəb texniki sistemlərin vəziyyətinin avtomatik diaqnostikası zamanı mütəxəssislərin işini asanlaşdıra bilər. muallim.edu.az 

Загрузка...
Həmçinin oxuyun:
Bakı Ali Neft Məktəbi  IADC ilə əməkdaşlığa başlayır

Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi keçirilib

Bakı Ali Neft Məktəbi beynəlxalq forum keçirəcək

Coğrafiya İnstitutu aliminin məqaləsi beynəlxalq jurnalda

Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı

Ziya Məmmədovun qardaşı Texniki Universitetin prorektoru təyin olundu

Azərbaycan alimləri tərəfindən 3 yeni buğda sortu patenləşdirilib

Bakı Ali Neft Məktəbi Layihə İdarəetmə Məktəbinə dinləyici qəbulu elan edir

BANM-in tələbələri Səngəçal terminalında olublar

Bakı Ali Neft Məktəbinin daha 6 tələbəsi diplomsuz işə qəbul oldu

Naxçıvanın mineral xammalı əsasında praktiki əhəmiyyətli seolitlər sintez olunub

“Fərman Salmanov adına təqaüdün” verilməsi Qaydası” təsdiqlənib

Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub

Təhsil naziri AMEA-nın bir qrup əməkdaşını təltif

Liseyin şagirdi hazırladığı robotu təqdim edib

Prezident Bakı Ali Neft Məktəbinin kampusunun açılışında

BANM magistr səviyyəsinə ödənişsiz əsaslarla qəbul elan edib

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz

BANM-ın tələbəsi Gənclər Fondunun layihəsini reallaşdırdı

“Dünyadakı yeniliklərin Azərbaycana gətirilməsi istiqamətində işlər görülür” – Ceyhun Bayramov

Bakı Ali Neft Məktəbi MBA proqramına qəbul elan edir

AMEA İnstitutunun fəaliyyətinin nəticələri illik hesabatlarda düzgün əks etdirilməyib