Xəbərlər / Müəllim
21 noyabr 2019
1 474


“Fərman Salmanov adına təqaüdün” verilməsi Qaydası” təsdiqlənib

 

Nazirlər Kabineti tərəfindən "Fərman Salmanov adına təqaüd”ün verilməsi Qaydası” təsdiq edilib.

Qaydaya əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bakalavriat səviyyəsində əyani təhsil alan və bu Qaydaya müvafiq olaraq keçirilən müsabiqənin qalibi elan olunmuş Azərbaycan vətəndaşları bu təqaüdü almaq hüququna malikdirlər.

Müsabiqədə iştirak üçün sözügedən universitetdə bakalavriat səviyyəsində əyani təhsil alan, xüsusi istedadı ilə fərqlənən (təhsildə yüksək göstəricilərə malik olan, ADNSU-da keçirilən tələbələrin elmi-texniki konfransının mükafatçısı olan) tələbələr təhsillərinin üçüncü ilindən başlayaraq təqaüdün alınması üçün namizəd ola bilərlər. Tələbənin ali təhsil müəssisəsinə qəbul zamanı 600-dən yuxarı bal toplaması, son iki tədris ilinin yekunlarına görə ümumi orta müvəffəqiyyət göstəricisinin 91-100 olması əsas şərtlərdəndir.

Təqaüd iki tələbə üçün, hər birinə "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” ölkə Prezidentinin müvafiq sərəncamı ilə müəyyən edilmiş adlı təqaüd məbləğində ödənilir və bir tədris ili müddətinə təyin edilir. Təqaüdün təyin olunması tələbənin  digər təqaüdləri almaq hüququnu istisna etmir.

Qeyd edək ki, ölkə Prezidenti cənab İlham Əliyevin "Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında" 9 iyul 2019-cu il tarixli sərəncamına əsasən, Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı Fərman Qurban oğlu Salmanovun xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan, xüsusi istedadı ilə fərqlənən 2 nəfər tələbə üçün "Fərman Salmanov adına təqaüd” təsis edilib.
 
edu.gov.az 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Təqaüdlər bu gündən etibarən artırılıb

Təqaüdlər bu gündən etibarən artırılıb

Prezident İlham Əliyev tələbə təqaüdlərini artırdı

Prezident İlham Əliyev tələbə təqaüdlərini artırdı

Təqaüdlə bağlı tələbələri çaş-baş salan bütün suallara cavablar –  Hesablanma qaydaları və istisnalar

Təqaüdlə bağlı tələbələri çaş-baş salan bütün suallara cavablar – Hesablanma qaydaları və istisnalar

Təqaüdlərin əsaslı şəkildə artırılması tələbələrin motivasiyasını gücləndirəcək

Təqaüdlərin əsaslı şəkildə artırılması tələbələrin motivasiyasını gücləndirəcək

Universitetdə Milli Qəhrəman Çingiz Qurbanovun  adına təqaüd təsis edildi

Universitetdə Milli Qəhrəman Çingiz Qurbanovun adına təqaüd təsis edildi

Ali təhsil alan Millli Qəhrəman övladlarına 23 yaşınadək Prezident təqaüdü veriləcək

Ali təhsil alan Millli Qəhrəman övladlarına 23 yaşınadək Prezident təqaüdü veriləcək

Vurğun Əyyub adına təqaüd proqramı təsis edilib

Vurğun Əyyub adına təqaüd proqramı təsis edilib

“Gələcəyin müəllimi təqaüdü” LƏĞV EDİLİB?

“Gələcəyin müəllimi təqaüdü” LƏĞV EDİLİB?

Yeni tələbə olanların nəzərinə - Bacarsanız, bu qədər təqaüd ala bilərsiniz!

Yeni tələbə olanların nəzərinə - Bacarsanız, bu qədər təqaüd ala bilərsiniz!

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

Rumıniyada 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

Rumıniyada 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

Təqaüd   alan   tələbələr.

Təqaüd alan tələbələr.

Prezident bu təqaüdü 1450 manat etdi

Prezident bu təqaüdü 1450 manat etdi

Ali məktəblərdə yeni kredit sistemi ilə tədrisin təşkili proseduru qüvvəyə minib

Ali məktəblərdə yeni kredit sistemi ilə tədrisin təşkili proseduru qüvvəyə minib

Valideyn himayəsindən məhrum olan tələbələrə ikiqat təqaüd verilir

Valideyn himayəsindən məhrum olan tələbələrə ikiqat təqaüd verilir

ADAU-da ingilis bölməsində təhsil alan tələbələrə əlavə təqaüd verilib

ADAU-da ingilis bölməsində təhsil alan tələbələrə əlavə təqaüd verilib

Keçən il məktəbi bitirən məzunlardan neçəsinin attestat aldığı AÇIQLANDI

Keçən il məktəbi bitirən məzunlardan neçəsinin attestat aldığı AÇIQLANDI

Gənclər üçün Prezident mükafatçısı Hökumətlərarası Təqaüd Proqramının məzunudur

Gənclər üçün Prezident mükafatçısı Hökumətlərarası Təqaüd Proqramının məzunudur

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında   fərqlənmə attestatlarının verilməsi   Qaydası

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası

Qiyabi təhsil alan  tələbələr.

Qiyabi təhsil alan tələbələr.

“Böyük Çin səddi” təqaüd proqramının nəticələri açıqlanıb

“Böyük Çin səddi” təqaüd proqramının nəticələri açıqlanıb

Aqrar Universitetində 100 bal toplayan tələbələrə əlavə təqaüd verildi

Aqrar Universitetində 100 bal toplayan tələbələrə əlavə təqaüd verildi

Texniki Universitetdə ciddi pozuntular aşkarlandı

Texniki Universitetdə ciddi pozuntular aşkarlandı

Çində 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

Çində 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı