AzTehsil.com


Xəbərlər
03 iyun 2020
1 557


UNEC tələbələrinə əlavə güzəştlər



UNEC tələbələrinə əlavə güzəştlər

 

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)  Elmi Şurasının qərarına əsasən, əyani təhsil alan tələbələrdə test suallarının sayı 700-dən 350-yə, qiyabidə isə 500-dən 300-ə qədər endirilib.

Universitetdən bildirilib ki, testlər imtahanlara bir həftə qalmış tələbələrin şəxsi kabinetlərinə göndəriləcək və tələbələrin əvvəlki dövrlərdə də qazandıqları ACCA sertifikatı yaz imtahan sessiyası zamanı nəzərdə tutulmuş imtahanlarda qəbul ediləcək.

Coursera of Campus kurslarında 5415 sertifikat qazanan 1761 tələbə müvafiq fənlərin imtahanlarından azad olunacaq. Sertifikatlardakı mənimsəmə faizi həmin fənn üzrə tələbənin yekun qiyməti kimi qəbul ediləcək.

Buraxılış kurslarının bütün tələbələrinin təcrübəsi 100 balla qiymətləndiriləcək.

Yeni güzəştlərə əsasən, normativ təhsil müddətindən artıq müddətdə təhsil alan tələbələrə (əvvəlki tədris ilindən qalmış akademik borclara görə) iki əlavə fəndən imtahan vermək hüququ tanınacaq.

ÜOMG ilə razılaşmayan tələbələr nəticələrini yüksəltmək üçün ərizə yazaraq imtahanlarda iştirak edəcəklər.

Bakalavrların buraxılış işləri plagiatdan keçirilməyəcək, magistrlərdə isə dissertasiya işləri yüngülləşdirmə hədləri nəzərə alınaraq plagiatdan keçiriləcək.

Buraxılış kurslarının tələbələrinin təkrar imtahanlarının verilmə müddəti önə çəkiləcək.

Təqaüd uğrunda mübarizəni nəzərə alaraq, ÜOMG hesablanan zaman, yuvarlaqlaşdırılmaya yol verilməyəcək və ÜOMG vergüldən sonra 4 rəqəmə qədər olan nəticəyə əsasən hesablanacaq.

Magistrlərin böyük əksəriyyətinin əmək fəaliyyəti ilə məşğul olmasını nəzərə alaraq, imtahan cədvəlləri onların iş rejiminə uyğunlaşdırılacaq və həftənin şənbə günü də imtahanlar təşkil olunacaq. Magistrlərin "II. İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı”nda qəbul edilmiş xülasələri elmi məqalə kimi götürüləcək.  Eləcə də pandemiya dövrünə düşən hesabatı təqdim etməmiş magistrlərin minimum qiymətləndirmə ilə müdafiəyə buraxılmasına icazə veriləcək.

Kompüter problemi olan tələbələrin imtahanları ənənəvi qaydada universitetdə avqust-sentyabr aylarında təşkil olunacaq.

İnternet problemi olan tələbələrin isə aylıq 5GB həcmində internet xərci universitet tərəfindən tələbələrin smart kartlarına ödəniləcək.

Xatırladaq ki, UNEC-də yaz imtahan sessiyasının keçirilməsi qaydaları təsdiqlənib. Qaydalara əsasən, Yaz imtahan sessiyasında imtahan vermək üçün bakalavr və magistrlərə 3 seçim imkanı verilir: bütün imtahanlar distant formada keçirilir; təhsilalanların müraciətləri əsasında avqust-sentyabr aylarında ənənəvi üsulla imtahan təşkil edilir; növbəti tədris ilində ödənişsiz olaraq fənləri alt qruplarda ənənəvi qaydada dinləmək və imtahan vermək imkanı yaradılır. 



Загрузка...
Həmçinin oxuyun:
Tələbələrə imtahan dövründə hansı güzəştlər ediləcək ?

Tələbələrə imtahan dövründə hansı güzəştlər ediləcək ?

Bakı Dövlət Universitetindən tələbələrə böyük güzəştlər

Bakı Dövlət Universitetindən tələbələrə böyük güzəştlər

Nazir müşaviri ali və orta ixtisas təhsili pilləsinə aid olan qərarları izah edib

Nazir müşaviri ali və orta ixtisas təhsili pilləsinə aid olan qərarları izah edib

“Bir Cousera sertifikatı qazanan tələbə yalnız bir imtahandan azad oluna bilər”

“Bir Cousera sertifikatı qazanan tələbə yalnız bir imtahandan azad oluna bilər”

MDU-nun Elmi Şurası imtahanlara hazırlığı müzakirə edib

MDU-nun Elmi Şurası imtahanlara hazırlığı müzakirə edib

Tələbələrin 80 faizi yekun dövlət imtahanından azad ediləcək

Tələbələrin 80 faizi yekun dövlət imtahanından azad ediləcək

Elçin Əfəndi: Onlayn dərslərdə iştirak edə bilməyən tələbələr yenidən imtahan verəcəklər

Elçin Əfəndi: Onlayn dərslərdə iştirak edə bilməyən tələbələr yenidən imtahan verəcəklər

Ceyhun Bayramov: Təqaüd alan bütün tələbələr bu vəsaiti əldə edə biləcəklər

Ceyhun Bayramov: Təqaüd alan bütün tələbələr bu vəsaiti əldə edə biləcəklər

Bu tələbələrə yenidən imtahan vermək imkanı yaradılacaq

Bu tələbələrə yenidən imtahan vermək imkanı yaradılacaq

İqtisad Universiteti evlərdən distant təhsilə başlayır

İqtisad Universiteti evlərdən distant təhsilə başlayır

Müzakirə olunan məsələlərlə bağlı suallar və onların cavabları

Müzakirə olunan məsələlərlə bağlı suallar və onların cavabları

Ali təhsil müəssisələrində imtahanlar onlayn və ənənəvi qaydada baş tuta bilər

Ali təhsil müəssisələrində imtahanlar onlayn və ənənəvi qaydada baş tuta bilər

Təhsil naziri-... avqust ,sentyabr aylarında yenidən imtahan təşkil olunacaq

Təhsil naziri-... avqust ,sentyabr aylarında yenidən imtahan təşkil olunacaq

BDU tələbələrinə şad xəbər:kreditləri universitet ödəyəcək

BDU tələbələrinə şad xəbər:kreditləri universitet ödəyəcək

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

LDU-da tələbələr imtahanların 35% -dən azad olunub

LDU-da tələbələr imtahanların 35% -dən azad olunub

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Nazirlər Kabineti tələbələrə təqaüd verilməsi qaydasında dəyişiklik edib

Nazirlər Kabineti tələbələrə təqaüd verilməsi qaydasında dəyişiklik edib

Təqaüdlə bağlı tələbələri çaş-baş salan bütün suallara cavablar –  Hesablanma qaydaları və istisnalar

Təqaüdlə bağlı tələbələri çaş-baş salan bütün suallara cavablar – Hesablanma qaydaları və istisnalar

UNEC-in Zaqatala tələbəsi bir semestrlik Bakıda təhsil alacaq

UNEC-in Zaqatala tələbəsi bir semestrlik Bakıda təhsil alacaq

Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına dəyişiklik edilib

Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına dəyişiklik edilib

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi