AzTehsil.com


Xəbərlər / Müəllim
21 may 2020
10 271


Təhsil naziri-... avqust ,sentyabr aylarında yenidən imtahan təşkil olunacaq



Təhsil naziri-... avqust ,sentyabr aylarında yenidən imtahan təşkil olunacaq

 

Təhsil naziri Ceyhun Bayramov mayın 20-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) fəal üzvləri ilə videogörüş keçirib.

Təhsil Nazirliyindən verilən məlumata görə, nazir tələbələrə pandemiya dövründə Azərbaycan hökuməti tərəfindən müvafiq istiqamətlər üzrə atılmış addımlar barədə ətraflı məlumat verib, ali və orta ixtisas təhsili müəssisələrində məsafədən tədrisin təşkili yönündə həyata keçirilən təbdirlər barədə danışıb. 

Bildirilib ki, təklif edilən onlayn platformalara 100 mindən artıq tələbə və professor-müəllim heyəti qoşulub, həmin platformalar üzərindən təlim-tədris prosesi uğurla təşkil edilib. Tələbələr iyun-iyul aylarında keçiriləcək imtahan sessiyasında iştirak edəcək, imtahanlara hansısa səbəbdən hazır olmayanlar üçün isə avqust-sentyabr aylarında icmal mühazirə və imtahanlar təşkil ediləcək.

Sosial baxımdan həssas əhali qrupuna aid ailələrin üzvləri olan tələbələrin təhsil haqlarının 2020-ci ildə dövlət hesabına ödənilməsi barədə qərara toxunan nazir deyib ki, Təhsil Nazirliyi tərəfindən bu məqsədlə yaradılmış e-telebe.edu.az elektron portalı üzərindən artıq 7 minə yaxın tələbə qeydiyyatdan keçərək sənədlərini təqdim edib. Eyni zamanda qeyd edilib ki, ölkə başçısı tərəfindən ötən il imzalanmış müvafiq fərman və sərəncamlara uyğun olaraq hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir.

Nazir həmçinin 18 may 2020-ci il tarixində Nazirlər Kabineti tərəfindən qəbul edilmiş "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarla bağlı da geniş məlumat verib.

Sonra Təhsil naziri tədrisin məsafədən təşkili, təhsil haqqının ödənilməsi, təqaüdlərin verilməsi ilə bağlı tələbələri maraqlandıran sualları cavablandırıb, təkliflərə münasibətini bildirib.

Qeyd edək ki, ATGTİ hazırda Azərbaycanın 101 ali və orta ixtisas təhsil müəssisəsində fəaliyyət göstərən Tələbə gənclər təşkilatını özündə birləşdirir. Üzvlər sırasına həm paytaxt, həm də regionların təhsil müəssisələri aiddir. ATGTİ-nin məqsədi təhsil müəssisələrində tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Reyting.az 



Загрузка...
Həmçinin oxuyun:
Təhsil nazirinin müşaviri  tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərardan danışıb.

Təhsil nazirinin müşaviri tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərardan danışıb.

Təhsil naziri rektorlarla video-konfrans keçirib

Təhsil naziri rektorlarla video-konfrans keçirib

Tələbələrin təhsil haqlarının ödənilməsi üçün yeni sistem istifadəyə verilib

Tələbələrin təhsil haqlarının ödənilməsi üçün yeni sistem istifadəyə verilib

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - Baş Nazirdən QƏRAR

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - Baş Nazirdən QƏRAR

Tələbələrin təhsil haqqının ödənilməsi məqsədilə atılacaq vacib addım – Elnur Məmmədovdan açıqlama

Tələbələrin təhsil haqqının ödənilməsi məqsədilə atılacaq vacib addım – Elnur Məmmədovdan açıqlama

Elmar Qasımov: Yay Məktəbləri bu il universitetlərin hesabına təşkil olunsun

Elmar Qasımov: Yay Məktəbləri bu il universitetlərin hesabına təşkil olunsun

Elçin Əfəndi: Onlayn dərslərdə iştirak edə bilməyən tələbələr yenidən imtahan verəcəklər

Elçin Əfəndi: Onlayn dərslərdə iştirak edə bilməyən tələbələr yenidən imtahan verəcəklər

Nazir müşaviri ali və orta ixtisas təhsili pilləsinə aid olan qərarları izah edib

Nazir müşaviri ali və orta ixtisas təhsili pilləsinə aid olan qərarları izah edib

Həssas qruplardan olan tələbələr üçün yeni onlayn imkan

Həssas qruplardan olan tələbələr üçün yeni onlayn imkan

Təhsil haqqından hansı tələbələr azad ediləcək – Qərarı Elnur Məmmədov şərh edib

Təhsil haqqından hansı tələbələr azad ediləcək – Qərarı Elnur Məmmədov şərh edib

20 mindən artıq tələbənin təhsil haqqını dövlət ödəyəcək - Nazirlik

20 mindən artıq tələbənin təhsil haqqını dövlət ödəyəcək - Nazirlik

Təhsil naziri AzTV-nin "Hədəf" verilişində

Təhsil naziri AzTV-nin "Hədəf" verilişində

Tələbələr üçün ictimai nəqliyyatla gediş haqqında güzəştlər ola bilər...

Tələbələr üçün ictimai nəqliyyatla gediş haqqında güzəştlər ola bilər...

Tələbələrin təhsil haqları belə ödəniləcək - RƏSMİ

Tələbələrin təhsil haqları belə ödəniləcək - RƏSMİ

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

Təhsil naziri dərslərin başlanacağı tarixdən DANIŞACAQ

Təhsil naziri dərslərin başlanacağı tarixdən DANIŞACAQ

“Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası” təsdiq edilib

“Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası” təsdiq edilib

Nazir təhsildəki vəziyyətdən DANIŞDI

Nazir təhsildəki vəziyyətdən DANIŞDI

MDU Elmi Şurasının növbəti iclası

MDU Elmi Şurasının növbəti iclası

Bu tələbələrə   yardım ediləcək.

Bu tələbələrə yardım ediləcək.

Tələbələrin imtahana buraxılmamasına tətbiq olunan davamiyyət limiti ləğv edilib

Tələbələrin imtahana buraxılmamasına tətbiq olunan davamiyyət limiti ləğv edilib

Nazir tələbələrin təhsil haqqının necə ödəniləcəyindən danışdı

Nazir tələbələrin təhsil haqqının necə ödəniləcəyindən danışdı

Təhsil naziri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində olub

Təhsil naziri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində olub

İctimai Şuradan təhsil ictimaiyyətinə MÜRACİƏT

İctimai Şuradan təhsil ictimaiyyətinə MÜRACİƏT