AzTehsil.com


Xəbərlər / Müəllim
25 aprel 2020
1 466


Təhsil naziri rektorlarla video-konfrans keçirib



Təhsil naziri rektorlarla video-konfrans keçirib

 

Aprelin 24-də Təhsil naziri Ceyhun Bayramov nazirliyin aparatının rəhbər şəxsləri və ali təhsil müəssisələrinin rektorlarının iştirakı ilə video-konfrans keçirib.

Video-konfransı giriş sözü ilə açan Təhsil naziri koronavirus pandemiyasının təsirlərinin minimallaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıqların icrası vəziyyəti barədə konfrans iştirakçılarına geniş məlumat verib, həmçinin ölkə ərazisində təlim-tərbiyə prosesinin martın əvvəlindən dayandırılması ilə əlaqədar bir sıra məsələləri müzakirəyə çıxarıb.

Qeyd edilib ki, mart ayından başlayaraq ali təhsil müəssisələrinə verilmiş tövsiyə və tapşırıqlara uyğun olaraq həmin müəssisələrdə tədrisin məsafədən təşkili təmin edilib, bu məqsədlə istifadə edilən Microsoft Teams və bəzi digər onlayn platformalara bu günədək 95 mindən artıq tələbə qoşulub və hazırda bu prosesin əhatəliyi genişlənir. Tövsiyəyə uyğun olaraq, məsafədən tədris zamanı qazanılmış müsbət təcrübələr ali təhsil müəssisələri arasında paylaşılır, qarşılıqlı əməkdaşlıq şəraitində müzakirələr davam etdirilir.

Təhsil naziri qeyd edib ki, 19 mart tarixində ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanmış "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamın icrası məqsədilə Nazirlər Kabineti tərəfindən tədbirlər planı təsdiq edilib. Tədbirlər planına əsasən, bir sıra istiqamətlərlə yanaşı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi üçün 40 milyon AZN məbləğində kompensasiya nəzərdə tutulub, bu istiqamət üzrə icraçı qurumlar Təhsil və Maliyyə Nazirlikləri, icra müddəti isə 2020-ci il müəyyən edilib. Bu məqsədlə Təhsil Nazirliyi ali təhsil müəssisələrinə bu kateqoriyaya aid olan tələbələrdən müvafiq müraciətlərin toplanmasını tapşırıb. Həmin müraciətlərin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə yaradılmış alt-sisteminə növbəti həftədən başlayaraq daxil edilməsi nəzərdə tutulur. Hazırda aidiyyəti dövlət orqanlarının və qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə inteqrasiyası işləri davam etdirilir.

Bundan əlavə, ali təhsil müəssisələrində mövcud vəziyyəti nəzərə alaraq tələbələrin tədris ilinin ikinci yarımilliyinin nəticələrinə əsasən qiymətləndirilməsi prosesinin təşkilinə dair fikir mübadiləsi aparılıb, nazirlik tərəfindən bu istiqamətdə ümumi tövsiyələr verilib və hər bir ali təhsil müəssisəsi tərəfindən bu məqsədlə görüləcək konkret tədbirlər barədə təkliflərin qısa müddət ərzində Təhsil Nazirliyinə təqdim edilməsi tapşırılıb

Video konfransda gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb.



Загрузка...
Həmçinin oxuyun:
Təhsil haqqından hansı tələbələr azad ediləcək – Qərarı Elnur Məmmədov şərh edib

Təhsil haqqından hansı tələbələr azad ediləcək – Qərarı Elnur Məmmədov şərh edib

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək – QƏRAR

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək – QƏRAR

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - Baş Nazirdən QƏRAR

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - Baş Nazirdən QƏRAR

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

Təhsil nazirinin müşaviri  tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərardan danışıb.

Təhsil nazirinin müşaviri tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərardan danışıb.

MDU Elmi Şurasının növbəti iclası

MDU Elmi Şurasının növbəti iclası

20 mindən artıq tələbənin təhsil haqqını dövlət ödəyəcək - Nazirlik

20 mindən artıq tələbənin təhsil haqqını dövlət ödəyəcək - Nazirlik

Təhsil Nazirliyindən universitetlərə təklif

Təhsil Nazirliyindən universitetlərə təklif

Təhsil Nazirliyində kollegiya iclası

Təhsil Nazirliyində kollegiya iclası

Bu tələbələrin təhsil xərcləri də ödəniləcək

Bu tələbələrin təhsil xərcləri də ödəniləcək

Təhsil naziri AzTV-nin "Hədəf" verilişində

Təhsil naziri AzTV-nin "Hədəf" verilişində

Dərslərin dayandırılması müddəti uzadıldı

Dərslərin dayandırılması müddəti uzadıldı

Bu tələbələrə   yardım ediləcək.

Bu tələbələrə yardım ediləcək.

Ali və orta ixtisas təhsili müəssisələri üçün “Microsoft Teams” platformasından pulsuz istifadə imkanı

Ali və orta ixtisas təhsili müəssisələri üçün “Microsoft Teams” platformasından pulsuz istifadə imkanı

Müəllimlərin maaşı ilə bağlı sərəncam imzalandı

Müəllimlərin maaşı ilə bağlı sərəncam imzalandı

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

30 mart – 27 aprel tarixlərinə nəzərdə tutulan ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb

30 mart – 27 aprel tarixlərinə nəzərdə tutulan ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb

"Microsoft Teams” proqramı bizə daha çox kömək oldu"

"Microsoft Teams” proqramı bizə daha çox kömək oldu"

Elnur Məmmədov: Məsafədən tədrisə obyektiv səbəbdən qoşula bilməyən tələbəyə qarşı cəza tədbiri nəzərdə tutulmayıb

Elnur Məmmədov: Məsafədən tədrisə obyektiv səbəbdən qoşula bilməyən tələbəyə qarşı cəza tədbiri nəzərdə tutulmayıb

Sabahdan məktəblərdə dərs başlayır - NAZİRLİK

Sabahdan məktəblərdə dərs başlayır - NAZİRLİK

Bakı Mühəndislik Universitetində tədris prosesinin vaxtı uzadılıb

Bakı Mühəndislik Universitetində tədris prosesinin vaxtı uzadılıb

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

Təhsil naziri dərslərin başlanacağı tarixdən DANIŞACAQ

Təhsil naziri dərslərin başlanacağı tarixdən DANIŞACAQ

Günümüzün tələbi: elektron təhsil

Günümüzün tələbi: elektron təhsil