AzTehsil.com


Xəbərlər
08 may 2020
1 105


“Biz bu bəlanın öhdəsindən bərabər gələcəyik, İtaliya”



 

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) fəaliyyət göstərən İtaliya - Azərbaycan Dizayn Mərkəzi nəcib təşəbbüslə çıxış edib.

AzMİU-dan bildirilib ki, mərkəz universitetin memarlıq fakültəsinin tələbələri ilə birgə Avropa dövlətləri arasında COVİD-19 koronavirus pandemiyasından ən çox zərər çəkən İtaliya Respublikasına dəstək xarakteri daşıyan "CE LA FAREMO, ITALİA!” layihəsini ərsəyə gətirib.

"Biz bu bəlanın öhdəsindən bərabər gələcəyik, İtaliya” şüarı ilə hazırlanan videoçarxda tələbələr İtaliyaya mənəvi dəstəklərini, onların ağrılarına acıdıqlarını, bu dəhşətli bəlaya qalib gəlmək üçün bərabər olduqlarını müxtəlif bədii forma və dizayn tərtibatları ilə hazırladıqları maskalar üzərindən çatdırmağa çalışıblar.

Layihədə iştirak edən 18 tələbə 29 fərqli iş nümayiş etdirib. O da qeyd olunub ki, layihə onlayn formatda həyata keçirildiyinə görə daha geniş iştirakçı kütləsini cəlb edə bilib. Belə ki, tələbələrdən başqa, layihədə 3 nəfər də qonaq qismində iştirak edib və onların işləri layihənin videoçarxında "Qonaqlarımız” bölməsində nümayiş olunub. Videoçarxın sonunda ölməz sənətkarımız Müslüm Maqomayevin ifasında məşhur "Bella, ciao!” mahnısı da səsləndirilib.

Məlumat üçün qeyd edək ki, İtaliya - Azərbaycan Dizayn Mərkəzi tərəfindən mütəmadi həyata  keçirilən bu tip layihələr tələbələrdə karantin zamanı yaradıcılıq fəaliyyətindən geri qalmamaq, ruh yüksəkliyini saxlamaq, həmrəylik və humanist təşəbbüslər  nümayiş etdirmək üçün şərait yaratmaq məqsədi daşıyır. Bu baxımdan qeyd olunan layihə davamlı nəzərdə tutulur  və yaxın zamanlarda yeni mövzular təqdim ediləcək.  



Загрузка...
Həmçinin oxuyun:
İtaliya-Azərbaycan Dizayn Mərkəzinin tələbələr üçün müsabiqəsi

İtaliya-Azərbaycan Dizayn Mərkəzinin tələbələr üçün müsabiqəsi

AzMİU-da “İtalyansayağı dizayn günü” keçirilib

AzMİU-da “İtalyansayağı dizayn günü” keçirilib

Təhsil naziri İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılışında

Təhsil naziri İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılışında

AzMİU-da “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf  konsepsiyası” layihəsi təqdim olunub

AzMİU-da “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası” layihəsi təqdim olunub

AzMİU-nun tələbəsi müsabiqədə İphone 7 qazanıb

AzMİU-nun tələbəsi müsabiqədə İphone 7 qazanıb

AzMİU-da onlayn dərslər davam edir

AzMİU-da onlayn dərslər davam edir

AzMİU-da 1500-ə yaxın onlayn dərs keçirilib

AzMİU-da 1500-ə yaxın onlayn dərs keçirilib

Türkiyə İtaliyadan tələbələri pulla gətirir – Səfirlik

Türkiyə İtaliyadan tələbələri pulla gətirir – Səfirlik

AzMİU-da "Açıq qapı" günü keçirilib

AzMİU-da "Açıq qapı" günü keçirilib

Barselonanın sabiq memarı AzMİU-da mühazirə oxuyub-FOTOLAR

Barselonanın sabiq memarı AzMİU-da mühazirə oxuyub-FOTOLAR

Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb

Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb

İlaxır çərşənbə AzMİU-da xüsusi təntənə ilə qeyd olunub

İlaxır çərşənbə AzMİU-da xüsusi təntənə ilə qeyd olunub

AzMİU-da "Məzun Günü" keçirilib

AzMİU-da "Məzun Günü" keçirilib

Memarlıq fakültəsində buraxılış işlərinin müdafiəsi davam edir

Memarlıq fakültəsində buraxılış işlərinin müdafiəsi davam edir

“Postpandemiya şəraitində karyera imkanları”

“Postpandemiya şəraitində karyera imkanları”

Məktəblilər böyük səhnədə çıxış edib

Məktəblilər böyük səhnədə çıxış edib

Böyük Britaniya, İtaliya, Almaniya, Kanada, Finlandiya, Estoniya və İsraildən öndəyik...

Böyük Britaniya, İtaliya, Almaniya, Kanada, Finlandiya, Estoniya və İsraildən öndəyik...

AzMİU-da “İnşaat mühəndislərinin peşə inkişafına yardım” İB-nin təqdimat mərasimi keçirildi

AzMİU-da “İnşaat mühəndislərinin peşə inkişafına yardım” İB-nin təqdimat mərasimi keçirildi

Tələbə memarların yazın gəlişinə həsr olunmuş sərgisi təşkil olunub

Tələbə memarların yazın gəlişinə həsr olunmuş sərgisi təşkil olunub

Tələbələr “Creative Spark” proqramı çərçivəsində onlayn dərslərdə iştirak ediblər

Tələbələr “Creative Spark” proqramı çərçivəsində onlayn dərslərdə iştirak ediblər

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

AzMİU-da əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbəsinin sərgisi açılıb

AzMİU-da əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbəsinin sərgisi açılıb

İtaliya 300-dək azərbaycanlı tələbəyə viza vermir - Deputat səfirliyimizi İTTİHAM ETDİ

İtaliya 300-dək azərbaycanlı tələbəyə viza vermir - Deputat səfirliyimizi İTTİHAM ETDİ

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib