Xəbərlər / Ziyalılar
24 aprel 2020
1 250


Türkiyəli professorun tibb fakültəsi üçün onlayn seminar-treninqi

 

Xarici ölkə universitetlərinin malik olduğu təcrübəni öyrənmək üçün mütəmadi olaraq Naxçıvan Dövlət Universitetinə (NDU) professorlar, müvafiq ixtisaslar üzrə təcrübəli mütəxəssislər dəvət olunur. Dünyanı cənginə alan Covid-19 infeksiyasının yaratdığı problemlərə baxmayaraq tələbələrin bu dərslərdən yararlanmaları üçün ali təhsil ocağının malik olduğu informasiya- kommunikasiya texnologiyaları dəyərləndirilərək mütəxəssislərlə onlayn əlaqə yaradılır.

NDU-dan verilən məlumata görə, universitetin tibb fakültəsinin professor- müəllim heyəti, həkim-rezident və tələbələri üçün Türkiyənin Ərzincan Binəli Yıldırım Universitetinin professoru Vahdet Gülün iştirakı ilə "Psixiatriya” fənnindən onlayn seminar-treninq keçirilib. Azərbaycanın digər rayonlarından da tələbələr daxil olmaqla, İran, Türkiyə, Nigeriyadan olan əcnəbi tələbələrin qatıldğı treninqdə 150-dən çox iştirakçı olub.

Universitetin  rektoru Elbrus İsayev qeyd edib ki, hazırda dünyada sürətlə yayılmağa davam edən yeni tipli koronovirus  infeksiyasının bu gün Azərbaycanda və muxtar respublikada geniş yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görülür. Əhalinin maarifləndirilməsi, psixoloji savadlılığının önəm kəsb etdiyi bir dövrdə tələbə-gənclərin də bu cür treninqlərdə iştirakının vacibliyi vurğulanıb.

Seminar-treninqdə təbabətin digər sahələrindən fərqli olaraq, bir qədər kənarda qalan psixiatriya elminin tarixinə nəzər salınıb, psixi xəstəliklər haqda ətraflı məlumat verilib. Psixiatriyanın aktual məsələləri, müasir dövrdə insanlarda daha çox görünən psixi pozğunluqlar, psixi problemlərin həllinə erkən yanaşmalar müzakirə olunub.

Uzman-həkim  Covid-19 virusunun insanlara psixoloji təsirindən də danışıb. Qeyd edib ki, əhval-ruhiyyənin pessimizmə köklənməsi virusa yoluxma riskini  artırır.  Onun sözlərinə görə, qorxu,  həyəcan virusun özündən daha təhlükəli və zərərlidir.

Qeyd edək ki, Ərzincan Binəli Yıldırım Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında tələbə və müəllim mobilliyi, ikitərəfli əməkdaşlıq mövcuddur. Bu müqaviləyə görə fakültənin hər il 25-30 nəfərlik heyəti yay istehsalat təcrübəsini bu universitetin xəstəxanalarında keçir. NDU-nun həkim-rezidentləri isə müqaviləyə uyğun olaraq, həmin universitetdə 3-6 aylıq ixtisasartırma kurslarında olurlar.

NDU-nun tibb fakültəsinin məzunu olmuş və hal-hazırda İspaniyada həkim-cərrah kimi fəaliyyət göstərən, tibb üzrə fəlsəfə doktoru Elvin Əliyev də müzakirələrdə iştirak edib, müxtəlif sualları cavablandırıb. 
 muallim.edu.az 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Onlayn dərslərin və LMS (Learning Management System) Öyrənmənin idarəolunması sisteminə hazırlıq vəziyyətinin müzakirəsi

Onlayn dərslərin və LMS (Learning Management System) Öyrənmənin idarəolunması sisteminə hazırlıq vəziyyətinin müzakirəsi

24 saat onlayn fəaliyyət göstərən kitabxana

24 saat onlayn fəaliyyət göstərən kitabxana

Bakı Dövlət Universitetinin Psixoloji Yardım Sektoru: təşvişə düşməmək üçün nə etməli

Bakı Dövlət Universitetinin Psixoloji Yardım Sektoru: təşvişə düşməmək üçün nə etməli

Bölgə universitetlərinin tələbələri paytaxt tələbələrinə həsəd aparırlar: “Bizdən öndədirlər”

Bölgə universitetlərinin tələbələri paytaxt tələbələrinə həsəd aparırlar: “Bizdən öndədirlər”

Əcnəbi tələbələr oxumaq üçün daha çox Azərbaycanın hansı ali məktəblərini seçir?

Əcnəbi tələbələr oxumaq üçün daha çox Azərbaycanın hansı ali məktəblərini seçir?

LDU Çukorova universiteti ilə əlaqələrini genişləndirir

LDU Çukorova universiteti ilə əlaqələrini genişləndirir

NDU-nun laboratoriyalarında müalicəvi ekstraktlar

NDU-nun laboratoriyalarında müalicəvi ekstraktlar

Robot tibb imtahanı verib həkim lisenziyası aldı - ÇİNDƏN DAHA BİR İLK

Robot tibb imtahanı verib həkim lisenziyası aldı - ÇİNDƏN DAHA BİR İLK

Türkiyəli professorun moderatorluğu ilə onlayn konfrans

Türkiyəli professorun moderatorluğu ilə onlayn konfrans

BDU Türkiyənin üç universiteti ilə müqavilə imzalayıb

BDU Türkiyənin üç universiteti ilə müqavilə imzalayıb

Rektor Elmar Qasımov tələbələrlə onlayn görüş keçirdi

Rektor Elmar Qasımov tələbələrlə onlayn görüş keçirdi

Tanınmış yazıçı Varis Yolçiyev Qərb Universitetin filoloq tələbələrinə seminar keçib

Tanınmış yazıçı Varis Yolçiyev Qərb Universitetin filoloq tələbələrinə seminar keçib

Süni intellektli virtual həkim hazırlanıb

Süni intellektli virtual həkim hazırlanıb

AzMİU-da 1500-ə yaxın onlayn dərs keçirilib

AzMİU-da 1500-ə yaxın onlayn dərs keçirilib

“Müasir iqtisadi nəzəriyyələr və Azərbaycan iqtisadiyyatı” mövzusunda seminar keçirildi

“Müasir iqtisadi nəzəriyyələr və Azərbaycan iqtisadiyyatı” mövzusunda seminar keçirildi

ADPU –nun nümayəndə heyəti LDU-ya səfər edib

ADPU –nun nümayəndə heyəti LDU-ya səfər edib

Professor Adil Qeybulla Azərbaycanda koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqladı

Professor Adil Qeybulla Azərbaycanda koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqladı

Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən yataqxananın əsaslı təmirdən sonra açılışı olub

Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən yataqxananın əsaslı təmirdən sonra açılışı olub

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ADPU-da olub

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ADPU-da olub

BSU-da onlayn dərslər üçün bütün resurslar səfərbər edilib

BSU-da onlayn dərslər üçün bütün resurslar səfərbər edilib

“ADA” Universiteti professor-müəllim heyətindəki vakant yerlərə qəbul elan edir

“ADA” Universiteti professor-müəllim heyətindəki vakant yerlərə qəbul elan edir

"Həkim olmaq istəyənlər Tibb Universitetinin rəhbərliyinin absurd qərarlarına tabe olmalıdırlar"

"Həkim olmaq istəyənlər Tibb Universitetinin rəhbərliyinin absurd qərarlarına tabe olmalıdırlar"

ADU-nun rektoru Norveçə gedən tələbələrlə görüşdü

ADU-nun rektoru Norveçə gedən tələbələrlə görüşdü