AzTehsil.com


Xəbərlər / Ziyalılar
24 aprel 2020
1 280


Deputatdan təhsil kreditləri TƏKLİFİ



 

Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan imkansız ailələrdən olan tələbələrə təhsil haqqının ödənilməsində güzəştlərin edilməsi təklifi ilə çıxış edib.

 Deputat bildirib ki, dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqqının məbləğinin əhalinin, o cümlədən, xüsusi qayğıya daha çox ehtiyacı olan həssas qruplardan olan təbəqələrin real gəlirlərinə müvafiq müəyyən edilməsi təhsilin inkişafına əhəmiyyətli təsir edə bilər.

Millət vəkili bu məsələyə baxılması istiqamətində müvafiq qurumlara çağırış edib. Kənd rayonlarından birini təmsil edən millət vəkili olaraq bu addımın ailə gəlirləri az olan ailələrin övladlarının ali təhsil ala bilməsi üçün çox böyük önəm daşıdığını vurğulayan Q.Paşayeva bildirib ki, imkansız ailələrdən olan tələbələrə təhsil haqqının ödənilməsində güzəştlərin nəzərdə tutulması çox vacibdir.

Bu məsələnin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2019-cu il üzrə məruzəsində də xüsusi qeyd edildiyini vurğulayan Q.Paşayeva deyib ki, ailə gəlirləri az olan ailələrin övladlarının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla ali təhsil ala bilməsi üçün təhsil kreditlərinin daha da genişlənməsinə böyük ehtiyac var. Təhsil kreditlərinin təhsilin inkişafına müsbət təsirini xüsusi vurğulayan millət vəkili ali məktəblərdə təhsil alan daha çox tələbənin təhsil kreditlərindən yararlana bilməsinin böyük əhəmiyyətini və vacibliyini xüsusi vurğulayıb.

Bu məsələ ilə bağlı bir neçə dəfə təkliflərlə çıxış etdiyini vurğulayan Qənirə Paşayeva dövlət başçısının aztəminatlı ailələrin övladlarının ali təhsil ala bilməsi məsələsinə xüsusi diqqətini və qayğısını vurğulayaraq müvafiq qurumları bu məsələlərə baxmağa və həlli imkanlarını nəzərdən keçirməyə çağırıb. modern.az 



Загрузка...
Həmçinin oxuyun:
Qənirə Paşayeva imkansız tələbələrin müdafiəsinə qalxdı

Qənirə Paşayeva imkansız tələbələrin müdafiəsinə qalxdı

Qənirə Paşayeva əlillərin ödənişli ali təhsildən azad edilməsini istədi

Qənirə Paşayeva əlillərin ödənişli ali təhsildən azad edilməsini istədi

Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi

Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi

“Orta məktəb müəllimləri ipotekadan yararlansın” - TƏKLİF

“Orta məktəb müəllimləri ipotekadan yararlansın” - TƏKLİF

Qənirə Paşayeva İstanbul universitetinin rektoru ilə Qarabağdan danışdı

Qənirə Paşayeva İstanbul universitetinin rektoru ilə Qarabağdan danışdı

“Tələbələr təhsil haqqından azad edilsin… – QƏNİRƏ PAŞAYEVA

“Tələbələr təhsil haqqından azad edilsin… – QƏNİRƏ PAŞAYEVA

Qənirə Paşayeva Qaziantep Universitetinin rektoru ilə görüşüb

Qənirə Paşayeva Qaziantep Universitetinin rektoru ilə görüşüb

Millət vəkili müəllimlərin müraciətini Təhsil Nazirliyi ilə müzakirə edəcəyinə söz verdi

Millət vəkili müəllimlərin müraciətini Təhsil Nazirliyi ilə müzakirə edəcəyinə söz verdi

Qənirə Paşayeva Tovuz məktəblərində "Son Zəng"lərində iştirak etdi

Qənirə Paşayeva Tovuz məktəblərində "Son Zəng"lərində iştirak etdi

Qənirə Paşayevadan müəllimllərlə bağlı Milli Məclisdə TƏKLİF

Qənirə Paşayevadan müəllimllərlə bağlı Milli Məclisdə TƏKLİF

Kişi müəllimlərin sayı buna görə azalır - Millət vəkili

Kişi müəllimlərin sayı buna görə azalır - Millət vəkili

Millət vəkilindən çağırış: Gənclər onlarla mübarizə aparsın

Millət vəkilindən çağırış: Gənclər onlarla mübarizə aparsın

"Əgər bu məsələ tam şəkildə təmin olunarsa, bəzi narahatedici məqamlar da aradan qalxar”

"Əgər bu məsələ tam şəkildə təmin olunarsa, bəzi narahatedici məqamlar da aradan qalxar”

Müəllim və şagirdlər Özünə Yolçuluğa çağrıldı...

Müəllim və şagirdlər Özünə Yolçuluğa çağrıldı...

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

Psixoloji vəziyyəti normal olmayanlar məktəblərdə çalışmasın - TƏKLİF

Psixoloji vəziyyəti normal olmayanlar məktəblərdə çalışmasın - TƏKLİF

Müəllimlərin də ipoteka ilə mənzil almaq şansları reallaşır

Müəllimlərin də ipoteka ilə mənzil almaq şansları reallaşır

Qənirə Paşayeva Çinin ictimai xadim, tanınmış təşkilat rəhbərləri ilə görüşdü

Qənirə Paşayeva Çinin ictimai xadim, tanınmış təşkilat rəhbərləri ilə görüşdü

Təhsil naziri Qənirə Paşayeva OLACAQ?

Təhsil naziri Qənirə Paşayeva OLACAQ?

"İllərdir ki, bu vacib məsələni deyirik, gündəmə gətiririk, artıq danışmaqdan da bezmişik, deyiləcək sözümüz qalmayıb"

"İllərdir ki, bu vacib məsələni deyirik, gündəmə gətiririk, artıq danışmaqdan da bezmişik, deyiləcək sözümüz qalmayıb"

Təshil Nazirliyi 1 və 2-ci qrup əlilliyi olan tələbələri ödənişdən azad edib

Təshil Nazirliyi 1 və 2-ci qrup əlilliyi olan tələbələri ödənişdən azad edib

Bu tələbələrin  də təhsil haqqı ödəniləcək

Bu tələbələrin də təhsil haqqı ödəniləcək

Millət vəkili orta məktəblərdə mobil telefonun qadağan edilməsi təklifi ilə çıxış etdi...

Millət vəkili orta məktəblərdə mobil telefonun qadağan edilməsi təklifi ilə çıxış etdi...

"Bu, çox zərərli bir hadisədir və bunun ağrısını hələ çox çəkəcəyik"

"Bu, çox zərərli bir hadisədir və bunun ağrısını hələ çox çəkəcəyik"