AzTehsil.com


Xəbərlər
30 yanvar 2020
1 638


Söhbət Azərbaycanda yeni dərsliyin tədris edilməsinə başlanılmasından deyil, “başlanıla bilər”dən gedir...”



 

Söhbət Azərbaycanda yeni dərsliyin tədris edilməsinə başlanılmasından deyil, "başlanıla bilər”dən gedir...”


Beynəlxalq Türk Akademiyasının Nizamnaməsinə əsasən hər il bir ölkə Beynəlxalq Türk Akademiyasının Elmi Şurasına rəhbərlik edir. Ötən il bu rəhbərliyi Qırğızıstan həyata keçirirdi. Bu il isə Qırğızıstan tərəfindən həmin şuraya rəhbərlik Azərbaycan tərəfinə keçib və baş tutan həmin Elmi Şurann toplantısında bütün türkdilli dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı, Beynəlxalq Türk Akademiyasın çərçivəsidə həyata keçirilən çoxsaylı işlərin, o cümlədən artıq hazırlanmış 15-ci əsrədək olan ortaq türk tarixinin tədrisinə başlanması ilə bağlı işlərin müzakirəsi nəzərdə tutulub. 

Qeyd edək ki, hazırda Bakıda Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının 3-cü iclası keçirilir. 

Məsələyə münasibətini öyrənmək üçün Moderator.az tanınmış təhsil eksperti, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilovla əlaqə saxlayıb:

"Hər şeyd əvvəl onu qeyd edə bilərəm ki, gündəmə çıxarılan ideya heç də yeni məsələ olmayıb,  hələ 2012-ci ilin mart ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin təhsil nazirlərinin Bakıda keçirilən üçüncü görüşündə qaldırılmış ideyanın davamıdır. Yəni  bir müddət əvvəl sabiq Təhsil naziri iləAzərbaycanda səfərdə olan Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş zamanı, ümumi təhsil sahəsində əməkdaşlığın daha səmərəli təşkili üçün ortaq dərsliklərin hazırlanması məsələsinə diqqət çəkilmiş, hər iki ölkənin müvafiq mütəxəssisləri arasında bu istiqamətdə müzakirələrin aparılmasının zəruriliyini bildirmişdi.

O zaman bununla bağlı yazılı və elektron mediada "Məktəblərdə "Ortaq türk tarixi” tədris olunacaq”, "Ortaq türk tarixi dərsliyinin yekun layihəsi qəbul olunub”, "Bütün şagird və tələbələrdə Turan tarixi və coğrafi şüurunu yaratmalıyıq”, "Ortaq türk tarixinin yazılması və tədrisi vacib olan məsələlərdən biridir” və s. bu kimi yazılar dərc olunmuş, müxtləif fikirlər səsləndirilmiş, bununla belə, ortaq dərslik ideyası söz xatirinə söz olaraq qalmışdı. 

Çünkı, bu yanaşma o zaman ciddi gəbul olunardı ki, ilk olaraq Türkiyə və Azərbaycan təhsil sistemlərinin yaxınlaşdırılması məsələsi gündəmə gətiriləydi. Sistemlərin yaxınlaşması dedikdə nəyi başa düşürük? Bu, o demək idi ki, birincisi, Türkiyədə olduğu kimi biz də 12 illik məcburi təhsilə keçməliyik. İkincisi, orta təhsilin pillələrini Türkiyə ilə eyniləşdirməliyik. Üçüncüsü, tədris planlarımızı və təhsil proqramlarımızı Türkiyə ilə maksimum bir-birinə yaxınlaşdırmalıyıq. Yalnız, bu işlər görüldükdən sonra, ortaq dərsliklər haqqında söhbət gedə bilərdi. 

Bununla belə onu xatırlatmaq da yerinə düşər ki, Türk Şurası təhsil nazirlərinin 2014-cü il noyabrın 22-də Türkiyənin Əskişəhir şəhərində keçirdikləri toplantıda üzv ölkələrin məktəblərində tədris olunacaq ortaq tarix kitablarının hazırlanmasını qərara almışdılar. Kitabın yazılması üçün isə bütün üzv ölkələrdən - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistandan ən yaxşı tarixçilər cəlb edilməklə komissiya yaradılmışdı. Kitabın yazılması təşəbbüsünü isə Qazaxıstan prezidenti Nursultan Nazarbayev irəli sürmüşdü. Qazaxıstanın paytaxtı Astanada "Ortaq türk tarixi” dərsliyi üzrə işçi qrupun iclasında isə dərsliyin yekun layihəsi qəbul olunmuş və iclasın qərar protokolu imzalanmışdı.
Deyilənlərə və yazılanlara görə orta məktəblərin 8-ci sinif şagirdləri üçün hazırlanan dərslik XV əsrə qədərki dövrü əhatə edir və 7 əsas hissədən ibarətdir. İşçi qrupun görüşünün nəticələrinə əsasən, iclasın qərar protokolu imzalanıb. Protokola görə, tərəflər dərslik layihəsinin 2018-ci ilin mart ayında Qırğızıstanda keçirilməsi nəzərdə tutulan TDƏŞ (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası) Dövlət Başçıları Şurasının 6-cı Zirvə toplantısında dövlət rəhbərlərinə təqdim edilməsi məsələsində razılığa gəliblər. Toplantıda layihənin prezidentlər tərəfindən təsdiqlənəcəyi halda, türk dövlətlərində tədrisinə başlanılacaqdı. Növbəti mərhələdə türk tarixinin XV əsrdən müasir zamana qədər olan dövrünü əhatə edəcək dərsliyin hazırlanması nəzərdə tutulurdu.

Hətta belə qərara da gəlinmişdi ki, əsasən, 1500-cü illərə qədər gələn ortaq tariximiz əvvəl "seçməli, sonra məcburi şəkildə oxudulacaq.” Eyni əməliyyat gələcəkdə coğrafiya və ədəbiyyat kitabları üçün də reallaşdırılacaq. Qərara əsasən bu kitablar Türk Akademiyası tərəfindən hazırlanacaq. Beləcə, uşaqlarımız ortaq tarix, coğrafiya və ədəbiyyatımızı birinci əldən tanıma fürsəti əldə edəcəklər.

Təhsil Nazirliyini mövqeyi isə beləidi ki, "Həmin vəsaitin türkdilli ölkələrdə tətbiq edilməsi üçün onun məzmunu əvvəlcə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) tərəfindən təsdiqlənməlidir. Məzmun təsdiq edildiyi təqdirdə vəsaitin ölkəmizin dövlət ümumtəhsil məktəblərində fakültativ məşğələ dərslərinin hesabına tədrisi nəzərdə tutula bilər.

Peşəkar tarixçi olmadığımdan "Ortaq tarix” ideyasının reallaşdıralacağı halda tariximizin və təhsilimizin nə qazanıb, nə itirəcəyini bəri başdan deyə bilmərəm. Bunu "fundamental” tədqiqatlarla məşğul olan tarixçilərimiz deməlidir. Düzdür, ortaq türk tarixi dərsliyinin hazırlanması və türk dövlətlərində tədrisi məsələsi nə dərəcədə məqsədəuyğundur sualını cavablandıranlar da var: "Bu gün Avropa vahid məkanda fəaliyyət göstərir. Nəyə görə biz belə bir məkanı Turan dünyasında qurmayaq? Artıq bunun zamanı çoxdan çatmışdır. Buna gedən yol isə Ortaq tarixdən keçir!”

Hər halda, söhbət Azərbaycanda yeni dərsliyin tədris edilməsinə başlanılmasından deyil, "başlanıla bilər”dən gedir. Istənilən halda, yekun nəticəni gözləmədən konkret fikir irəli sürmək düzgün olmazdı.



Загрузка...
Həmçinin oxuyun:
Məktəblərdə yeni fənn tədris olunacaq? - Nazirlikdən açıqlama

Məktəblərdə yeni fənn tədris olunacaq? - Nazirlikdən açıqlama

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bişkek şəhərində səfərdədir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bişkek şəhərində səfərdədir

Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclası keçirilib

Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclası keçirilib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 10-cu ildönümü ilə bağlı mühazirələr yekunlaşıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 10-cu ildönümü ilə bağlı mühazirələr yekunlaşıb

Təhsil naziri Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb

Təhsil naziri Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb

Türkdilli ölkələrin milli kitabxanalar birliyi yaradılacaq

Türkdilli ölkələrin milli kitabxanalar birliyi yaradılacaq

7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb

7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb

“Türk dünyasının vahid universitetinin yaradılması son dərəcə zəruridir”

“Türk dünyasının vahid universitetinin yaradılması son dərəcə zəruridir”

Bakı Dövlət Universitetində “Abay İli”nin açılışına həsr olunmuş tədbir

Bakı Dövlət Universitetində “Abay İli”nin açılışına həsr olunmuş tədbir

Qənirə Paşayeva İstanbul universitetinin rektoru ilə Qarabağdan danışdı

Qənirə Paşayeva İstanbul universitetinin rektoru ilə Qarabağdan danışdı

Alim: "Türk respublikaları içərisində Azərbaycan milli sənətşünaslıq məktəbi daha çox inkişaf edib"

Alim: "Türk respublikaları içərisində Azərbaycan milli sənətşünaslıq məktəbi daha çox inkişaf edib"

Nazir müavini Avropa Şurasına üzv dövlətlərin Təhsil nazirlikləri rəhbərlərinin görüşündə iştirak edib

Nazir müavini Avropa Şurasına üzv dövlətlərin Təhsil nazirlikləri rəhbərlərinin görüşündə iştirak edib

Dilçilik institutunun direktoru orfoqrafiya lüğətinə ediləcək dəyişikliklərdən DANIŞDI -MÜSAHİBƏ

Dilçilik institutunun direktoru orfoqrafiya lüğətinə ediləcək dəyişikliklərdən DANIŞDI -MÜSAHİBƏ

Təhsil naziri Türkiyənin Ali Təhsil Şurası sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Təhsil naziri Türkiyənin Ali Təhsil Şurası sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Tarixçi alimdən partiya sədrinin sözlərinə DƏSTƏK

Tarixçi alimdən partiya sədrinin sözlərinə DƏSTƏK

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

Gəncədə “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib

Gəncədə “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib

Bakı Türk Məktəblərində yazıçı Elçin Hüseynbəyli ilə görüş keçirilib

Bakı Türk Məktəblərində yazıçı Elçin Hüseynbəyli ilə görüş keçirilib

“Türk Milli Kültürü” kitabı Azərbaycan dilində

“Türk Milli Kültürü” kitabı Azərbaycan dilində

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Türk millətini Demakratiya uğrundakı mübarizədə QƏLƏBƏ münasibəti ilə TƏBRİK EDİRİK !

Türk millətini Demakratiya uğrundakı mübarizədə QƏLƏBƏ münasibəti ilə TƏBRİK EDİRİK !

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

Təhsil Nazirliyinin şöbə müdiri:  "Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib "

Təhsil Nazirliyinin şöbə müdiri: "Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib "

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...