Xəbərlər
16 oktyabr 2019
1 156

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 10-cu ildönümü ilə bağlı mühazirələr yekunlaşıb

Təhsil Nazirliyi tərəfindən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) təsis olunmasının 10-cu ildönümü ilə əlaqədar ali təhsil müəssisələrində keçirilən müvafiq məlumat xarakterli silsilə mühazirələr başa çatıb.

Oktyabrın 16-da Bakı Dövlət Universitetində Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli "TDƏŞ-ə üzv dövlətlər arasında birgə elmi araşdırmalar və təhsil sahəsində əməkdaşlıq perspektivləri” mövzusunda çıxış edib. O, böyük ictimai xadim, maarifçi mütəfəkkir İsmayıl Qaspıralının "Dildə, fikirdə, işdə birlik” şüarına istinad edərək TDƏŞ-in təsisinin, görülmüş işlərin, o cümlədən Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanmış "XV əsrə qədər Ortaq Türk Tarixi” dərsliyinin bu birliyin bariz nümunəsi olduğunu qeyd edib.

Universitetin rektoru Elçin Babayev də mühazirədə iştirak edib, Bakı Dövlət Universiteti ilə Beynəlxalq Türk Akademiyası arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və akademiya tərəfindən nəşr olunan kitabların əyani vəsait olaraq universitetin Türkologiya kafedrasında istifadə edilməsi imkanlarının nəzərdən keçirildiyini qeyd edib.

Öz növbəsində Darxan Kıdırəli də türkdilli dövlətlərdə fəaliyyət göstərən Türkologiya kafedralarının əlaqələndirilməsi və müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi kimi təşəbbüsləri ilə çıxış edib.

Mühazirə tələbə-müəllim heyətinin, o cümlədən türkdilli dövlətlərdən olan tələbələrin marağına səbəb olub.

Çıxışının sonunda Darxan Kıdırəli Bakı Dövlət Universitetini 100 illik yubileyi münasibətilə təbrik edib, TDƏŞ-in təsis olunmasının 10-cu ildönümü ilə əlaqədar silsilə mühazirələrin təşkili üçün Təhsil Nazirliyinə təşəkkürünü bildirib.

Загрузка...
Həmçinin oxuyun:
Məktəblərdə yeni fənn tədris olunacaq? - Nazirlikdən açıqlama

Təhsil naziri Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bişkek şəhərində səfərdədir

7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb

ADNSU-nun professoru Türkdilli ölkələrin Riyaziyyat Cəmiyyətinin VI konqresində iştirak edib

ADU-da “Türkologiya” jurnalının fəaliyyəti ilə bağlı dəyirmi masa keçirilib

Türkdilli ölkələrin milli kitabxanalar birliyi yaradılacaq

ADU Xarici Dillər Universitetlərinin Qlobal Alyansına üzv seçildi

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADAU ilə Sloveniyanın Nova Gorica Universiteti arasında əməkdaşlıq genişlənir

Kuban Dövlət Aqrar Universitetinin əməkdaşları ADAU-da olub

Bakı Türk Məktəblərində yazıçı Elçin Hüseynbəyli ilə görüş keçirilib

“Türk dünyasının vahid universitetinin yaradılması son dərəcə zəruridir”

İlham Əliyev təhsillə bağlı sərəncam verdi

Nazir müavini BMU-nun mütəxəssis hazırlamaq potensialından danışıb

BDU Türkiyənin üç universiteti ilə müqavilə imzalayıb

ADNSU ilə Almaniya universitetləri arasında əlaqələr genişlənir

Çexiyanın dövlət rəsmiləri BSU-da oldu...

Tələbə kreditlərinin verilməsində beynəlxalq təcrübə

BSU rektoru beynəlxalq mükafata layiq görülüb

BDU-da Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib

Azərbaycan ali məktəblərinin nümayəndələri TDU-nun 100 illik yubiley tədbirlərinə qatılıblar

Tacikistan səfiri BSU-da olub..."BSU ilə əməkdaşlıq etmək bu ölkə universitetlərinin arzusudur"

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans