Məktəblərdə Azərbaycan dili fənni üzrə dərs saatlarının sayı artırılacaq - VİDEO
“2023-24-cü tədris ilində Azərbaycan dili fənni üzrə dərs saatlarının sayı artırılacaq”.
Aztehsil.com-un məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, artıq rus sektorlarında bir sıra fənlər Azərbaycan dilində tədris olunacaq:
“Şagird yuxarı sinfə gəlib çatır və görürük ki, ana dilində danışa bilmir. Problemin məktəb və ya təhsil proqramında olduğunu müəyyənləşdiririk”.
Nazir əlavə edib ki, ölkə üzrə 318 dərslik 7,4 milyon nüsxədə çap olunub:
“Dərsliklər şəhər və rayon məktəblərinə göndərilib. Ucqar kəndlər də dərslikləri əldə edəcəklər”.