AzTehsil.com

H/N sənədlər
07 dekabr 2016
23 914

Bigə fəaliyyətlə bağlı müqavilə -NÜMUNƏ

Bigə fəaliyyətlə bağlı müqavilə -NÜMUNƏ

                         BİRGƏ FƏALİYYƏT HAQQINDA 

Müqavilə № ___

Bakı şəhəri "____” ___________ 201__

Birgə fəaliyyət haqqında bu müqavilə (bundan sonra "Müqavilə” adlandırılacaq): 

bir tərəfdən direktor _________________________________________________________ şəxsində təmsil olunan 
(direktorun adı, familiyası, atasının adı)
_____________________________________________________________________________________________ 
(təhsil müəssisənin adı, sayı)
("Təhsil müəssisəsi” adlandırılacaq) digər tərəfdən isə ________________________________________________
_____________________________________________________________________________________________
(Təşkilatçının rəhbərinin vəzifəsi, adı, familiyası, atasının adı və hüquqi şəxsin tam adı. Təşkilatçı fərdi sahibkar olduqda: adı, familiyası, atasının adı)
_____________________________________________________________________________________________ (bundan sonra "Təşkilatçı” adlandırılacaq) bağlanmışdır.

NƏZƏRƏ ALARAQ Kİ, 
(1)Təhsil müəssisəsi birgə fəaliyyətin predmetini təşkil edən fəaliyyət növünün həyata keçirilməsi üçün müvafiq səriştə və maddi-texniki bazaya malikdir,
(2)Təşkilatçı birgə fəaliyyətin predmetini təşkil edən fəaliyyət növünün həyata keçirilməsi üçün təşkilati, insan və maliyyə resurslarına və müvafiq bilik və bacarığa malikdir,
(3)Təhsil müəssisəsi və Təşkilatçı (bundan sonra ayrılıqda "Tərəf”, birlikdə isə "Tərəflər” adlandırılacaqlar) müvafiq fəaliyyət növü üzrə birgə fəaliyyət göstərmək niyyətindədir
Tərəflər aşağıdakılar barədə razılığa gəlirlər:

1.Müqavilənin predmeti
1.1.Təhsil müəssisəsi və Təşkilatçının birgə fəaliyyətinin predmetini _________________________________ _____________________________________________________________________________ təşkil edir. 
(birgə fəaliyyətin predmetini təşkil edən fəaliyyət növü: idman və sair dərnəkləri, kurslar, məşğələlər və s.)

2.Tərəflərin hüquq və öhdəlikləri
2.1.Birgə fəaliyyətin həyata keçirilməsi üzrə Təhsil müəssisəsi aşağıdakı öhdəlikləri daşıyır:
2.1.1.Birgə fəaliyyət predmetinə daxil olan fəaliyyət növü üzrə Təşkilatçıya məsləhət vermək;
2.1.2.Birgə fəaliyyət predmetinə daxil olan fəaliyyət növünün həyata keçirilməsi üçün müvafiq maddi-texniki bazanı ayırmaq;
2.2.Birgə fəaliyyətin həyata keçirilməsi üzrə Təhsil müəssisəsi aşağıdakı hüquqlara malikdir:
2.2.1.Birgə fəaliyyətdən əldə olunan gəlirdən bu Müqavilənin 3.1 bəndində müəyyən edilmiş haqq almaq;
2.2.2.Məktəbdənkənar vaxtda Təşkilatçı ilə razılaşdırmaqla birgə fəaliyyətin həyata keçirilməsi vaxtını müəyyənləşdirmək;
2.2.3.Birgə fəaliyyətin həyata keçirilməsini yoxlamaq, Təşkilatçıya öz irad, təklif və tələblərini bildirmək.
2.3.Birgə fəaliyyətin həyata keçirilməsi üzrə Təşkilatçı aşağıdakı öhdəlikləri daşıyır:
2.3.1.Birgə fəaliyyəti qanunvericiliyə, müvafiq norma və standartlara (o cümlədən texniki təhlükəsizlik, sağlamlıq, gigiyena və sanitariya norma və standartlarına) uyğun olaraq təşkil etmək və keçirmək;
2.3.2.Birgə fəaliyyətin həyata keçirilməsi ilə bağlı bütün təşkilatçılıq, inzibati, maliyyə, hesabat, mühasibatlıq işlərini aparmaq, tələb olunduqda müvafiq icazələri almaq, vergiləri və digər məcburi ödənişləri ödəmək həmçinin tətbiq olunan icbari sığorta növləri üzrə sığorta müqavilələrini bağlamaq;
2.3.3.Birgə fəaliyyəti peşəkar qaydada müvafiq biliyə, ixtisasa və səriştəyə malik olan mütəxəssislər vasitəsi ilə həyata keçirmək;
2.3.4.Birgə fəaliyyətdən əldə olunan gəlirdən bu Müqavilənin 3.1 bəndində müəyyən edilmiş haqqı vaxtı-vaxtında ödəmək;
2.3.5.Təhsil müəssisəsinin birgə fəaliyyətə dair irad, tələb və müəyyən etdiyi qaydalara əməl etmək;
2.3.6.Birgə fəaliyyəti Təhsil müəssisəsi tərəfindən müəyyən olunmuş vaxtda həyata keçirmək;
2.3.7.Birgə fəaliyyət üçün ayrılan maddi-texniki bazanı və Təhsil müəssisənin digər əmlakını qoruyub saxlamaq, onun itməsinə, zədələnməsinə və ya məhv edilməsinə yol verməmək;
2.4.Birgə fəaliyyətin həyata keçirilməsi üzrə Təşkilatçı aşağıdakı hüquqlara malikdir:
2.4.1.Birgə fəaliyyətin həyata keçirilməsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görmək, 
2.4.2.Müəyyən edilmiş vaxt ərzində Təhsil müəssisəsinə daxil olmaq və orada birgə fəaliyyətin predmetini təşkil edən fəaliyyət növünü həyata keçirmək;
2.4.3.Birgə fəaliyyətin predmetini təşkil edən fəaliyyət növünün həyata keçirilməsi ilə əlaqədar fiziki və hüquqi şəxslərdən yığılan haqqın məbləğini müəyyən etmək və almaq.

3.Birgə fəaliyyətdən alınan gəlirin bölüşdürülməsi
3.1.Birgə fəaliyyətin həyata keçirilməsi nəticəsində alınmış aylıq gəlirdən ___________ AZN (_____________________________ manat) məbləğdə vəsait hər növbəti ayın ilk 5 (beş) günü ərzində Təhsil müəssisəsinə aşağıdakı bank hesabına köçürməlidir:
____________________________________________________

3.2.Təşkilatçı ödəniş edərkən ödəniş tapşırığında təhsil müəssisəsinin adını və Müqavilənin nömrəsini mütləq göstərməlidir.
3.3.Birgə fəaliyyət nəticəsində heç bir gəlir əldə edilmədiyi təqdirdə Təşkilatçı bu Müqavilənin 3.1 bəndində müəyyən etmiş haqqı öz vəsaiti hesabına Təhsil müəssisəsinə ödəməlidir.
3.4.Təhsil müəssisəsinə ödənilən haqqa bu Müqavilənin qüvvədə olduğu müddət ərzində Təhsil müəssisənin tələbi ilə hər il baxıla bilər.
3.5.Tədris müəssisəsi birgə fəaliyyətdən əldə etdiyi vəsaiti yalnız Tədris müəssisəsinin məqsədləri üçün istifadə edə bilər.

4.Digər müddəalar
4.1.Bu Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və __________ müddətində etibarlıdır.
4.2.Təhsil müəssisəsi bu Müqaviləni 30 gün qabaqcadan xəbərdarlıq verməklə ləğv edə bilər.  Tərəf Müqavilə üzrə öhdəliklərini pozduğu halda digər Tərəf bu Müqaviləni dərhal ləğv etmək hüququna malik olacaq.
4.3.Hər bir Tərəf digər tərəf qarşısında öz öhdəliklərinin pozulması üçün məsuliyyət daşıyır.  Təhsil müəssisəsinin Təşkilatçı qarşısında məsuliyyəti 1 (bir) aylıq haqqın məbləği ilə məhdudlaşır.
4.4.Müqavilə 2 (iki) nüsxədə tərtib olunur və imzalanır.
4.5.Müqavilədən irəli gələn mübahisələr danışıqlar yolu ilə həll edilə bilmədikdə, aidiyyəti məhkəmələr tərəfindən həll olunur.

Təhsil müəssisəsi

İmza:____________   M.Y.
Adı: ______________________________
Vəzifəsi: ______________________________
Təhsil müəssisənin rekvizitləri:
Ünvan:____________________________________
___________________________________________
___________________________________________
Təşkilatçı:

İmza: ____________   M.Y.
Adı: ______________________________
Vəzifəsi: ______________________________
Təşkilatçının rekvizitləri:
Ünvan:____________________________________
___________________________________________
VÖEN:____________________________________

Загрузка...
Həmçinin oxuyun:
Məktəbdə təşkilatçı müavinin işinin məzmunu (tezislər )

Məktəbdə təşkilatçı müavinin işinin məzmunu (tezislər )

Məktəbdə Təşkilatçı müavinin əmək funksiyaları

Məktəbdə Təşkilatçı müavinin əmək funksiyaları

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Pedaqoji  fəalliyətin köməyi ilə....

Pedaqoji fəalliyətin köməyi ilə....

Şəhadətnamənin və attestatın verilməsi qaydaları

Şəhadətnamənin və attestatın verilməsi qaydaları

Əmək hüququnun predmeti, mənbələri və əmək müqaviləsi. İş vaxtinin anlayışı və növləri

Əmək hüququnun predmeti, mənbələri və əmək müqaviləsi. İş vaxtinin anlayışı və növləri

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır

Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır

Təhsil Nazirliyi , İDEA və ASAN xidmət birgə aksiya keçirəcək...

Təhsil Nazirliyi , İDEA və ASAN xidmət birgə aksiya keçirəcək...

Əmək müqaviləsi əmək hüquq münasibətlərinin yaranma əsası kimi

Əmək müqaviləsi əmək hüquq münasibətlərinin yaranma əsası kimi

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Əmək  mübahisələrinin  anlayışı  və  növləri

Əmək mübahisələrinin anlayışı və növləri

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

İlin məktəbi və Ən yaxşı müəllim müsabiqəsi ləğv edildi

İlin məktəbi və Ən yaxşı müəllim müsabiqəsi ləğv edildi

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

Qax rayonu ümumtəhsil məktəblərində yerli səhiyyə orqanları ilə birgə maarifləndirmə tədbirləri davam edir

Qax rayonu ümumtəhsil məktəblərində yerli səhiyyə orqanları ilə birgə maarifləndirmə tədbirləri davam edir

Əmək hüquq münasibətlərinin anlayışı, meydana gəlməsi və subyektləri

Əmək hüquq münasibətlərinin anlayışı, meydana gəlməsi və subyektləri

Pedaqoji İdarəetmədə təhlil..

Pedaqoji İdarəetmədə təhlil..

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...