Xəbərlər / Müəllim
11 noyabr 2019
2 896


Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə 9 noyabr- Bayraq Günü Qeyd Edildi

 

Xətai rayonunda 9 noyabr – Bayraq gününə həsr edilmiş silsilə tədbirlər davam edir.  Həmin tədbirlər çərçivəsində  noyabrın 8-də Bakının Xətai rayonundakı  M.Nəcəfov adına 86  nömrəli tam orta məktəbdə Bayraq Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir.  

"Bir kərə yüksələn bayraq bir daha enməz!” adlı tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Üçrəngli dövlət bayrağımız təntənəli musiqi sədaları altında səhnəyə gətirilmişdir.

Tədbiri giriş sözü ilə açan məktəb direktoru Cavid Əliyev Dövlət Bayrağı günü münasibətilə tədbir iştirakçılarını - məktəbliləri təbrik edərək xoş arzularını bildirdi. Daha sonra Bayraq Gününün keçirilmə tarixi barədə qısa məlumat verdi və onu da qeyd etdi ki, bu həftə məktəbdə  ilk dərslər "Bayraqları bayraq edən üstündəki qandır…” mövzüsuna həsr olunmuş, keçirilən dərslərdə şagirdlər  dövlət atributları haqqında geniş məlumatlar almış  və müxtəlif təqdimatlar etmişdilər.

Həmçinin, dövlətin atributlarından biri olan bayrağın müstəqilliyin, dövlətçiliyin və dövlət quruculuğunun rəmzi hesab olunmasından, sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılmasından və dünyanın ən uca bayrağının - Azərbaycan bayrağının təntənəli qaldırılmasından danışmışdır. Belə ki, hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunduğunu, dövlət bayrağımızın indiyədək dəfələrlə dəyişdirildiyini, sovet imperiyasının əsarətindən qurtulandan sonra üçrəngli bayrağımızın yenidən bərpa olunduğunu diqqətə çatdırmışdır.

Tədbirdə bir çox qonaqlar - Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, sabiq direktor Hidayət Əliyev iştirak etmişlər.

Çıxış edənlər ümummilli lider Heydər Əliyevin "Bayrağı sevmək, onu uca tutmaq hər bir vətəndaşın borcudur” sözlərini xatırlatmış, dövlətimizin müqəddəs rəmzlərindən olan bayrağımızın doğma Qarabağımızda dalğalanmasını arzulamış, məktəblilərin bayrağa və digər dövlət rəmzlərinə hörmətlə yanaşmasının vacibliyini vurğulamışlar. Tədbir boyu qonaqlar şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda ifa olunan şeir və mahnılarını dinləyib, rəqslərə tamaşa edərək, mövzu ilə bağlı video çarxları izlədilər. 

Sonda məktəbin direktoru Cavid Əliyev tədbir iştirakçıları və tədbirin hazırlanmasında əməyi keçən müəllimləri fəxri fərmanla təltif etdi.

 

 

 

 

 

 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
İsmayıllı məktəbliləri Dövlət Bayrağı Gününü qeyd ediblər

İsmayıllı məktəbliləri Dövlət Bayrağı Gününü qeyd ediblər

Ağstafa rayon ümumtəhsil müəssisələrində  Bayraq Günü geniş qeyd edilib

Ağstafa rayon ümumtəhsil müəssisələrində Bayraq Günü geniş qeyd edilib

Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirilib

Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirilib

Saatlıda "Ucalsın bayrağımız" adlı tədbir keçirilib

Saatlıda "Ucalsın bayrağımız" adlı tədbir keçirilib

Qax rayonunda  “Müstəqilliyimiz əbədidir”  adlı tədbir keçirildi.

Qax rayonunda “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirildi.

“Məktəblərimizdə şagirdlərə bayrağı sevdirirlərsə...” -Təhsil eskperti...

“Məktəblərimizdə şagirdlərə bayrağı sevdirirlərsə...” -Təhsil eskperti...

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub

Azərbaycan bayrağı .

Azərbaycan bayrağı .

Bakıda avtobuslar bayraqlarla bəzədiləcək

Bakıda avtobuslar bayraqlarla bəzədiləcək

Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə “Bayraq yürüşü” keçirəcək

Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə “Bayraq yürüşü” keçirəcək

Gəncə şəhər 25 №-li tam orta məktəbdə AXC-nin 100 illiyinə həsr olunmuş tədbir təşkil olunub

Gəncə şəhər 25 №-li tam orta məktəbdə AXC-nin 100 illiyinə həsr olunmuş tədbir təşkil olunub

Həştərxandakı Heydər Əliyev adına məktəbdə Bilik günü qeyd olunub

Həştərxandakı Heydər Əliyev adına məktəbdə Bilik günü qeyd olunub

BANM-də Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub

BANM-də Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub

"Dövlət bayrağının asfalt üzərinə çəkilməsi hörmətsizlik kimi qiymətləndirilə bilməz"

"Dövlət bayrağının asfalt üzərinə çəkilməsi hörmətsizlik kimi qiymətləndirilə bilməz"

Azərbaycan Respublikasının  Dövlət Bayrağı

Azərbaycan Respublikasının Dövlət Bayrağı

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

Müstəqilliyimizin bərpasının 25-ci il dönümünə həsr olunmuş silsilə bayram tədbirləri Lənkəran məktəblərində davam etdirilir.

Müstəqilliyimizin bərpasının 25-ci il dönümünə həsr olunmuş silsilə bayram tədbirləri Lənkəran məktəblərində davam etdirilir.

230 № -li tam orta məktəbdə "Biz ordumuzla fəxr edirik " adlı tədbir keçirilib -VİDEO

230 № -li tam orta məktəbdə "Biz ordumuzla fəxr edirik " adlı tədbir keçirilib -VİDEO

ADPU-də Aprel hadisələrinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

ADPU-də Aprel hadisələrinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Muxax kənd 3 nömrəli  tam orta məktəbdə “İslam həmrəyliyi və vətənpərvərlik” adlı tədbir təşkil olunub

Muxax kənd 3 nömrəli tam orta məktəbdə “İslam həmrəyliyi və vətənpərvərlik” adlı tədbir təşkil olunub

Təhsil Nazirliyi: Altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə noyabrın 11-i iş günüdür

Təhsil Nazirliyi: Altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə noyabrın 11-i iş günüdür

Azərbaycan bayrağı dünya sivilizasiyasının ilk bayraqlarından biridir

Azərbaycan bayrağı dünya sivilizasiyasının ilk bayraqlarından biridir

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

Odlar Yurdu Universitetində Hüseyn Cavidin 135 illik yubileyi keçirildi

Odlar Yurdu Universitetində Hüseyn Cavidin 135 illik yubileyi keçirildi