Xəbərlər
09 noyabr 2019
4 513


Azərbaycan bayrağı .

Azərbaycan bayrağı .

 

Azərbaycan Respublikasının bayrağı .
Azərbaycan Respublikasının rəsmi simvollarından  biri. Bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir.  5 fevral 1991-ci ildə bayraq həmin il müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hər il Dövlət Bayrağı Günü qeyd olunur.
 
Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Bayraq üç rəngli parçadan   ibarətdir. Bayraq bərabər enli üç üfüqi zolaqdan (yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir) ibarətdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın mavi rəngi türkçülüyü, qırmızı müasir cəmiyyət, demokratiyanı, yaşıl rəng isə İslamçılığı tərənnüm edir. 

Azərbaycan Xalq Cümhuriyyətinin Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında demişdi: "Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur".  Azərbaycan Respublikasının rəsmi dövlət himninin müəl­li­fi Üzeyir Hacıbəyov ya­zır­dı: "Azər­baycan Re­s­pub­li­ka­sı sağlam mil­li özül üzə­rin­də və türk düşüncə­si ilə ya­ra­dı­lıb... Ey­ni za­man­da, Azər­bay­can ye­ni cə­miyyət for­ma­laş­dır­ma­ğa, Av­ro­pa düşüncə­si ilə hə­rə­kət et­məyə ça­lı­şır­dı. Bay­rağı­mız­da­kı üç rə­ng bu ele­men­t­lə­ri özündə əks et­di­rir". 

Bayraqda əks olunan rənglərin mənası məlum olsa da ağ rəngli aypara və səkkizgüşəli ulduzun mənası barədə yekdil fikir yoxdur.  Qırmızı zolaq üstündəki bu rəmzlər Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədə qəbul etdiyi (21 iyun 1918-ci il) qırmızı rəngli, üstündə ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan dövlət bayrağının (bu XIX əsrin ortalarınadək Osmanlı İmperatorluğunun milli bayrağı olub) üçrəngli milli bayraqda kiçildilmiş formasından ibarətdir. Başqa sözlə, ağrəngli aypara və səkkizguşəli ulduz simvolu Azərbaycan bayrağına əski Osmanlı İmperatorluğunun bayrağından hazır şəkildə keçmişdir. 

Fətəli xan Xoyski öz nitqində ulduzun guşələrinin sayının 1918-ci ildə əski əlifba ilə yazılan Azərbaycan sözünə işarə olduğunu bildirib. Bəzi iddialara görə, 8 oğuz tayfasının birləşməsi (azərbaycanlılar, osmanlılar, çağataylar, tatarlar, qazaxlar, qıpçaqlar, səlcuqilər və türkmənlər) ulduzun 8 guşəsində əks edilib. Digər fərziyyələr də var. 

Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsində Dövlət Bayrağının təsviri:

"Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
"Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı"haqqında nə bilirik ?

"Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı"haqqında nə bilirik ?

" Azərbaycan SSR-in bayrağı " haqqında bilmədiklərimiz ..

" Azərbaycan SSR-in bayrağı " haqqında bilmədiklərimiz ..

28 May Respublika Günü

28 May Respublika Günü

“Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” nə bilirik ?

“Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” nə bilirik ?

Azərbaycan Respublikasının  Dövlət Bayrağı

Azərbaycan Respublikasının Dövlət Bayrağı

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

“Məktəblərimizdə şagirdlərə bayrağı sevdirirlərsə...” -Təhsil eskperti...

“Məktəblərimizdə şagirdlərə bayrağı sevdirirlərsə...” -Təhsil eskperti...

Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirilib

Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirilib

Azərbaycan bayrağı dünya sivilizasiyasının ilk bayraqlarından biridir

Azərbaycan bayrağı dünya sivilizasiyasının ilk bayraqlarından biridir

Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Baş nazir diplom və attestatlarla bağlı  qərar verdi - Diqqət

Baş nazir diplom və attestatlarla bağlı qərar verdi - Diqqət

Dövlət müstəqilliyimizin bərpasından 26 il keçir

Dövlət müstəqilliyimizin bərpasından 26 il keçir

"Dövlət bayrağının asfalt üzərinə çəkilməsi hörmətsizlik kimi qiymətləndirilə bilməz"

"Dövlət bayrağının asfalt üzərinə çəkilməsi hörmətsizlik kimi qiymətləndirilə bilməz"

İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi

İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi

Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə “Bayraq yürüşü” keçirəcək

Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə “Bayraq yürüşü” keçirəcək

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub

Azərbaycan Silahlı Qüvvələri günü

Azərbaycan Silahlı Qüvvələri günü

Dövlət himninin TƏLƏBLƏRİ dəqiqləşdi - Himn oxunarkən sağ əl ürəyin üstünə qoyulmalıdır - Yeni SƏNƏD

Dövlət himninin TƏLƏBLƏRİ dəqiqləşdi - Himn oxunarkən sağ əl ürəyin üstünə qoyulmalıdır - Yeni SƏNƏD

İsmayıllı məktəbliləri Dövlət Bayrağı Gününü qeyd ediblər

İsmayıllı məktəbliləri Dövlət Bayrağı Gününü qeyd ediblər

Təhsil Nazirliyi: Altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə noyabrın 11-i iş günüdür

Təhsil Nazirliyi: Altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə noyabrın 11-i iş günüdür

Prezident STM əməkdaşlarını təltif etdi

Prezident STM əməkdaşlarını təltif etdi

Parlamentdə bu gün təhsillə bağlı iki vacib qanun layihəsi müzakirə olunacaq

Parlamentdə bu gün təhsillə bağlı iki vacib qanun layihəsi müzakirə olunacaq

Riyazi təfəkkür və məntiq körpəlikdən aşılanmalı və formalaşdırılmalıdır..

Riyazi təfəkkür və məntiq körpəlikdən aşılanmalı və formalaşdırılmalıdır..