Xəbərlər
28 oktyabr 2019
2 757


Texniki Universitet Nabranda konfrans keçirdi

Texniki Universitet Nabranda konfrans keçirdi

 

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə və müəllimlərindən ibarət heyət oktyabrın 27-də  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Nabrandakı "Təhsil-İstirahət Mərkəzi”ndə "Milli-mənəvi dəyərlərimizin təbliği” mövzusunda keçirilən konfransda iştirak edib.

Tədbir AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutub.
Konfransda çıxış edən AzTU-nun rektoru, professor Vilayət Vəliyev xalqımızın  zəngin və qədim milli-mənəvi dəyərlər sisteminə malik olmasından, bu dəyərləri  əsrlərlə sədaqətlə qorumasından danışıb,  milli dövlətçiliyimizin möhkəmləndirilməsindəki xüsusi roluna diqqəti cəlb edib. Rəhbərlik etdiyi ali təhsil ocağında aparılan islahatlara toxunan rektor çıxışında müəllim-tələbə münasibətlərinin sağlam, milli dəyərlərimiz zəminində qurulmasının vacibliyinə diqqəti cəlb edib  və AzTU-nu regionun aparıcı universitetinə çevirəcək strateji inkişaf konsepsiyasına geniş yer ayırıb.
Daha sonra rektorun çıxışı ətrafında diskussiya aparılıb. İştirakçılar universiteti, müəllim-tələbə münasibətlərini necə görmək istədikləri barədə fikir və baxışlarını açıqlayıblar, rektora tədris, elmi inkişaf, onları narahat edən məsələlər və s. ilə bağlı suallar ünvanlayıblar.  Tələbələr rektorun istirahət gününü onlarla keçirməsindən məmnun qalıblar.
Konfrans başa çatdıqdan sonra tələbələr arasında intellektual oyunlar, idman (futbol, basketbol və voleybol) yarışları keçirilib. Bakalavrlar, magistrlər, universitetin gənc müəllimləri, əcnəbi tələbələr, Bakı Texniki Kolleci və Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri yarışlarda fəal iştirak ediblər.  
Yarışlarda fərqlənənlərə sertifikatlar təqdim edilib






Загрузка...
Həmçinin oxuyun:
Texniki Universitetin 4 tələbəsinə adlı təqaüd verilib

Texniki Universitetin 4 tələbəsinə adlı təqaüd verilib

AzTU-da magistratura səviyyəsinə hazırlaşan tələbələr üçün ödənişsiz sınaq imtahanı keçirilib

AzTU-da magistratura səviyyəsinə hazırlaşan tələbələr üçün ödənişsiz sınaq imtahanı keçirilib

ADPU-da Tələbə Həmkarlar İttifaqı Komitəsi tədbir keçirib

ADPU-da Tələbə Həmkarlar İttifaqı Komitəsi tədbir keçirib

AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib

AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib

Azərbaycan Texniki Universitetində Milli Qəhrəmanların xatirə muzeyi yaradılıb

Azərbaycan Texniki Universitetində Milli Qəhrəmanların xatirə muzeyi yaradılıb

Universitetdə Milli Qəhrəman Çingiz Qurbanovun  adına təqaüd təsis edildi

Universitetdə Milli Qəhrəman Çingiz Qurbanovun adına təqaüd təsis edildi

AzTU-nun tələbəsi dərs zamanı ağır xəsarət aldı

AzTU-nun tələbəsi dərs zamanı ağır xəsarət aldı

“Siz universitetimizin ən layiqli tələbələrisiniz"-ADNSU-nun fərqli tələbələri mükafatlandırıldı

“Siz universitetimizin ən layiqli tələbələrisiniz"-ADNSU-nun fərqli tələbələri mükafatlandırıldı

Magistr olmaq istəyənlərə ödənişsiz hazırlıq kursları təşkil edilib

Magistr olmaq istəyənlərə ödənişsiz hazırlıq kursları təşkil edilib

“Azərbaycanda tələbə peyki” müsabiqəsinin təqdimatı olub

“Azərbaycanda tələbə peyki” müsabiqəsinin təqdimatı olub

Tələbələrə adlı təqaüdlər təqdim olunub

Tələbələrə adlı təqaüdlər təqdim olunub

Tələbələr Beynəlxalq Tələbə Gününü qeyd ediblər

Tələbələr Beynəlxalq Tələbə Gününü qeyd ediblər

Texniki Universitetdə əmək haqqı artırıldı

Texniki Universitetdə əmək haqqı artırıldı

UNEC-də Tələbə Elmi Konfransı keçirilib

UNEC-də Tələbə Elmi Konfransı keçirilib

Öldürülən tələbəylə bağlı açıqlama

Öldürülən tələbəylə bağlı açıqlama

“Vətənpərvərlik milli-mənəvi dəyərimiz kimi” mövzusunda tədbir keçirilib

“Vətənpərvərlik milli-mənəvi dəyərimiz kimi” mövzusunda tədbir keçirilib

Universitet müəllimlərinin əməkhaqları artırılacaq

Universitet müəllimlərinin əməkhaqları artırılacaq

AzTU-da magistr olmaq istəyən tələbələrə böyük fürsət yaradılıb

AzTU-da magistr olmaq istəyən tələbələrə böyük fürsət yaradılıb

AzTU-da tələbələrə müasir peşələr haqda çarxlar göstərilib

AzTU-da tələbələrə müasir peşələr haqda çarxlar göstərilib

Milli Qəhrəmanın qardaşı təhsil haqqından azad olundu

Milli Qəhrəmanın qardaşı təhsil haqqından azad olundu

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

Texniki Universitetdə kadr dəyişikliyi olub

Texniki Universitetdə kadr dəyişikliyi olub

ADPU-də Respublika Elmi Konfransı keçirilib

ADPU-də Respublika Elmi Konfransı keçirilib