AzTehsil.com


Xəbərlər / Müəllim
27 oktyabr 2019
5 713


Əsl müəllim necə olmalıdır



Əsl müəllim necə olmalıdır

 

Yaxşı bir müəllim ola bilmək üçün peşəmizə və ümumiyyətlə, insanlara xas olan bir çox xüsusiyyətlərə sahib olmalı,  malik olduğumuz bu xüsusiyyətləri də hər gün artırmalı və çox üstün  bir şəkildə peşəmizi təmsil etməliyik. Çünki bizim hər şeyimiz: malımız,  dövlətimiz, canımız və s. şagirdlərimizdir. "Sizin varlığınız axşam evə gedər, sabah isə gələr. Ümidləri, sıxıntıları vardır. Onların beyin qıvrımlarındakı məlumatlar bütün zənginliyinizdir".  İndi isə yaxşı bir müəllim necə, hansı xüsusiyyətlərə sahib olmalıdır, nəzərdən keçirək: 

*Öz sahəsində kifayət qədər məlumat sahibi olmalı;

*Bütün yeniliklərdən xəbərdar olmalı;

*Tərbiyə etmək xüsusiyyətinə malik olmalı;

*Tərbiyəçi xüsusiyyətinə uyğun, mədəni səviyyəsi yüksək olmalı;

*Peşəsini sevməli;

* İdarəçilik və rəhbərliklə əlaqəli bütün rəsmi qaydaları bilməli;

* Gülərüz və təvazökar olmalı;

*Hərəkətləri və danışığı təsiredici olmalı;

*Hər bir hərəkəti ilə nümunə olmalı;

*Zamandan şüurlu bir şəkildə istifadə etməli;

*Prinsipli və şüurlu hərəkət etməli;

*Xitab etdiyi kütləni ruhlandırmalı, motivasiya etməli;

*Problem çıxaran deyil, problemləri həll edən olmalı;

*Bütün şagirdləri bərabərhüquqlu görməli və rəftar etməli;

*Özünü dəyişdirə, inkişaf etdirə, yeniləyə bilməli;

*Dünyaya açılan qapılardan istifadə edə bilməli;

*İnkişafda olan texnologiyadan istifadə edə bilməli;

*Şagird və tələbələrə soruşmaq imkanı verməli;

*Soruşulan mövzuda məlumatı olmadığını deməkdən çəkinməməli, ancaq bir sonrakı gün onu araşdırıb suala cavab verməli;

*Taraz, müsbət və tutarlı davranışlar nümayiş etdirməli;

*Düşüncələri ilə davranışları uyğun gəlməli;

*Natiqlik bacarığına sahib olmalı;

*Özünə inamlı və cəsarətli olmalı;

*Etimad edilən olmalı;

*Problemləri həll edən və müəyyən nəticəyə gələ bilən olmalı;

*Səhv etdiyi zaman səhvini qəbul etməli;

*Müvəffəqiyyətləri həssas və ədalətli şəkildə qiymətləndirməli;

*Cəza və mükafatlardan konstruktiv (faydaverici) və təşviqedici formada istifadə etməli;

*Tənqidləri qəbul edə bilməli;

*Rəhbərlik, iş yoldaşları, şagirdlər və valideynlərlə müsbət əlaqələr qurmalı;

*Humanist olmalı;

*Nikbin olmalı;

*Mövzuları mənəviyyatdan, elmdən və məntiqdən istifadə edib müsbət və ümidverici şəkildə izah etməli;

*Şagirdlərlə tez-tez görüşməli və dərdlərinə şərik olmalı;

*Qarşısında duran şəxsə mütləq dəyər verməli;

* "Özünüzə qarşı hörmət görmək istəyirsinizsə, ilk əvvəl siz hörmət edin" prinsipi ilə hərəkət etməli;

*Şagirdləri tənqid etdiyi zaman onların şəxsiyyətini deyil, mənfi hərəkətlərini tənqid etməli;

*Şagirdini tənqid etməyi zəruri hesab edirsə, bunu dostları içində deyil, təklikdə və sakit bir şəkildə etməlidir. 

Müəllimlikdə müvəffəqiyyətin həssas nöqtələri 

*Yaxşı bir müəllim hər nə səbəb olursa olsun, dərsə hazırlıqsız girməməlidir. Bütün mövzulara hakim olmalıdır. Yaddan çıxarmamaq lazımdır ki, hazırlıqsız keçilən dərsi şagird hiss edər. Belə olan halda, sizə qarşı olan etimadı zədələndiyindən, şagird dərsə diqqət yetirməz. Özünün qəbul etmədiyin, razılaşmadığın bir mövzuda qarşı tərəfi qaneedici olmayan fikirlər ilə razılaşdırmaq olmaz;

*Dərs izah edildiyində lazımsız cümlələrdən istifadə edilməməlidir;

*Əsas anlayışlar və mövzular izah edildiyində şagirdin başa düşməkdə çətinlik çəkəcəyi elmi yollardan istifadə edilməməlidir;

*Mövzu izah edildiyində həll olunacaq məsələlərin sxemlərini əzbərdən qurmalı. Bu sizin mövzuya hakim olduğunuzu göstərər. Beləliklə, həm zaman itirilməz, həm də şagirdin etimadını qazanmış olarsınız;

*Dərsi izah edən zaman təkcə dilimiz deyil, eyni zamanda "bədən dilimiz" də danışmalıdır. Yəni müəllim sinifdə dərsi izah edərkən şagirdlərin diqqətini cəlb etməli, jest və mimikalardan düzgün istifadə etməyə çalışmalıdır. Təbii ki, "bədən dilimiz"dən istifadə etdiyimizdə süni deyil, edəcəyimiz hər bir hərəkət təbii olmalıdır. "Bədən dili" ilə ruhumuz və bədənimiz, sanki çayın içindəki şəkər kimi əriməli, birləşməlidir;

*Hər mövzunun əsas olan bir məntiqi var və bu məntiqdən şagirdi yayındırmamaq lazımdır. İzah edilən mühüm anlayış və mövzular sual-cavab vasitəsi ilə möhkəmləndirilməlidir;

*İzah edilən əsas ifadənin qavranılması üçün çalışmalar asandan çətinə doğru həll olunmalıdır. Hər bir çalışma həll edildiyində əsas əlaqəni və ya məntiqi izah etmək yaddan çıxarılmamalıdır.

"Başa sala bildimmi?" - deyə sinfə müraciət edilməli və şagirdlər dərsə istiqamətləndirilməlidir. Başa düşməyənlər olarsa, mövzu bir dəfə də izah edilməlidir. Mütləq şagirdlərə yaxın olunmalı, kürsüyə və ya lövhəyə yapışıb qalınmamalıdır;

*İzah edilən mövzunun başa düşülüb-düşülmədiyni şagirdin hərəkətlərindən sezə bilərsiniz. Şagird başa düşmədən mövzunun üzərindən keçilməməlidir;

*Hərdənbir səsimizi yüksəldərək, alçaldaraq, fərqli tonlarda danışmağımız diqqəti cəlb etməkdə bizə kömək edəcəkdir;

*Tez-tez sinfə yönələrək hamıya xitab edəcək şəkildə suallar soruşulmalıdır. "Nə idi?", "bu halda", "elə isə" kimi sinifdən gələn tək-tük cavablara əhəmiyyət verilmədən israrla hamının bir ağızdan xor şəklində səslənməsini tələb etmək lazımdır. Bütün sinfin razılığı mütləq nəzərə alınmalıdır. Bu halda sinfin  çox hissəsinin dərsi başa düşdüyünü anlamaq olar;

*Sinfə arxanızı çevirməyin, izah edilən mövzunun görünüşünü bədəninizlə örtməyin. Şagirdə arxanızı çevirmək onunla olan əlaqənizin kəsildiyini göstərir. Əgər sinfə nəzarəti itirsəniz, nüfuzunu bərpa etməkdə çətinlik çəkərsiniz;

*Şagirdə yerində sual verilməli və yerində də cavab alınmalıdır. "Bu məsələni kim izah edə bilər" deyərək, şagird lövhəyə gətirilərək məsələnin həlli istənilməməlidir. Çünki izah edilən mövzunu başa düşə bilməyən və yenidən izah etməyinizi istəyən biri ola bilər. Bezmədən mövzunu bir dəfə də izah etməyə çalışmalısınız. "Diqqətli olardın, təkrar eləmək məcburiyyətində deyiləm" kimi ifadələr şagirdi sizdən uzaqlaşdırar;

*Mövzu ilə heç bir əlaqəsi olmayan suallar verərək diqqəti yayındırmaq istəyən, dərsin əsl məqsədini dəyişdirməyə çalışan şagirdlərə əsla imkan verməmək lazımdır;

*Psixoloji cəhətdən "bədən dili"nə görə dərsdə lovğa, özündən razı olan tiplərin yerdən danışmalarını və hərəkətlərini ilk dərslərdə anlayışla qarşılamaq, əsla hirslənməmək, nəzarəti itirməmək lazımdır;

*Sinif daxilində və ya sinif xaricində ikili münaqişələrə icazə verilməməlidir;

*Eyni zamanda, sinifdə baş verən hadisələrə görə şagirdlə münaqişəyə girmək uyğun deyildir. Çünki müəllim hər hansı xoşagəlməz nöqsana görə dərsin gedişatını pozmamalıdır;

*Müəllim lövhədə məsələni izah edərkən  mexaniki olaraq səhv etmiş və ya mübahisəli bir mövzuda səhv məlumat vermiş ola bilər. Şagird: "Müəllim, bu hissə belə olmalı deyildimi?" - deyə xəbərdarlıq etdikdə səhvinizdə inadkarlıq göstərmədən: "Yoldaşınızı təbrik edirəm", - deyərək səhvinizi düzəltməlisiniz;

*Tez-tez təkrarlanmamaq şərti ilə qeyd edilməsi lazımlı olan yerlərdə bəzən bilərək səhv edilə bilər. Beləliklə, həm də səhvlərimizi ört-basdır etmiş olacağıq;

Bu şagirddə: "Müəllim yenə bilərək səhv elədi" düşüncəsi meydana gətirər;

*Diqqət edilməli olan məsələlərdən biri də zəng vurulduğu zaman müəllimin sinfə daxil olması və dərsi vaxtında bitirməsidir;

*Sinif daxilində və xaricində şagirdlərlə əlaqələrinizdə səmimiyyət və sərbəstlik sərhədi açıq və aydın şəkildə müəyyən edilməlidir;

*Şagirdlər sizin yanınızda müəllimi tənqid etdikdə özünüzü şagirdin səviyyəsinə endirməməlisiniz. Əksinə: "Sən olsaydın, nə edərdin, necə davranardın?" - kimi mülayim ifadələrdən istifadə edərək müəllim yoldaşınızı müdafiə etməlisiniz. Əgər müəllim yoldaşınızın səhvi müdafiə edilməyəcək qədər böyükdürsə, o zaman onun özü ilə və ya müdiriyyətlə danışaraq mövzunu bağlamalısınız;

*Şagird təhqir olunmamalı, alçaldılmamalı və ona qarşı kobud rəftar edilməməlidir.
muallim.edu.az



Загрузка...
Həmçinin oxuyun:
SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Müəllim şagirdə nəzakətlə və eyni zamanda ciddi yanaşmağı bacarmalıdır

Müəllim şagirdə nəzakətlə və eyni zamanda ciddi yanaşmağı bacarmalıdır

İbtidai siniflərdə alternativ qiymətləndirmə üsullarından istifadə

İbtidai siniflərdə alternativ qiymətləndirmə üsullarından istifadə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

"Dedi-qodunun olduğu yerdə səmimiyyət də ola bilməz"..Yeni işə başlayacaq müəllimlərə təlimçidən iradlar

"Dedi-qodunun olduğu yerdə səmimiyyət də ola bilməz"..Yeni işə başlayacaq müəllimlərə təlimçidən iradlar

Abituriyent necə uğur qazanar?

Abituriyent necə uğur qazanar?

Tarixi faciələrimiz, qorxunc faktlar uşaqlara necə çatdırılmalı? - MÜTƏXƏSSİSLƏRDƏN SOS

Tarixi faciələrimiz, qorxunc faktlar uşaqlara necə çatdırılmalı? - MÜTƏXƏSSİSLƏRDƏN SOS

İslamda  Müəllimin  sinifdə  üzərinə  düşən  vəzifələr....

İslamda Müəllimin sinifdə üzərinə düşən vəzifələr....

Müəllimin sinifdə üzərinə düşən vəzifələr....

Müəllimin sinifdə üzərinə düşən vəzifələr....

Ömrü boyunca nəsil-nəsil vətəndaşlar yetişdirən Azərbaycan müəllimi

Ömrü boyunca nəsil-nəsil vətəndaşlar yetişdirən Azərbaycan müəllimi

Şagirdi məhvə aparan müəllim ifadələri və yanlış davranışlar – Psixoloqdan müraciət

Şagirdi məhvə aparan müəllim ifadələri və yanlış davranışlar – Psixoloqdan müraciət

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Oyun xarakterli dərslərin şagirdlərin təfəkküründəki rolu

Oyun xarakterli dərslərin şagirdlərin təfəkküründəki rolu

"Məktəb təlim tərbiyə oçağıdır. Məktəbdə əsas məqsəd cəmiyyət üçün savadlı, vətənsevər, yüksək mənliyə və ləyaqətə malik əxlaqi və mənəvi dəyərlərə sahib olan şəxsiyyət yetişdirməkdir..."

"Məktəb təlim tərbiyə oçağıdır. Məktəbdə əsas məqsəd cəmiyyət üçün savadlı, vətənsevər, yüksək mənliyə və ləyaqətə malik əxlaqi və mənəvi dəyərlərə sahib olan şəxsiyyət yetişdirməkdir..."

Dərsi fərqli üsulla izah edir - Müəllim təbaşirlə döşəməyə şəkil çəkir - VİDEO

Dərsi fərqli üsulla izah edir - Müəllim təbaşirlə döşəməyə şəkil çəkir - VİDEO

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

Müəllim  nifrət edilən bir şəxs deyil, sevilən, sinifdə daim axtarılan və gözlənilən bir sima olmalıdır.

Müəllim nifrət edilən bir şəxs deyil, sevilən, sinifdə daim axtarılan və gözlənilən bir sima olmalıdır.

Dərsin effektivliyini artıran 5 qeyri-verbal öyrətmə texnikası

Dərsin effektivliyini artıran 5 qeyri-verbal öyrətmə texnikası

Müəllim peşəsi ən şərəfli və ən çətin peşədir.Bu peşəni seçərkən.....

Müəllim peşəsi ən şərəfli və ən çətin peşədir.Bu peşəni seçərkən.....

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Yalan danışan uşağa necə davranmalı?

Yalan danışan uşağa necə davranmalı?

Bacarıqlı rəhbər-uğurlu məktəb formulu(Beynəlxaq təcrübədən faydalanaraq)

Bacarıqlı rəhbər-uğurlu məktəb formulu(Beynəlxaq təcrübədən faydalanaraq)