AzTehsil.com


Xəbərlər
14 sentyabr 2019
1 595


Bu il universitetə qəbul olunan yüzlərlə gənc ali təhsildən imtina edib – RƏQƏMLƏR



Bu il universitetə qəbul olunan yüzlərlə gənc ali təhsildən imtina edib – RƏQƏMLƏR

 

 
Bu il ali məktəbələrə qəbul olunmuş 1-ci kurs tələbələrinin qeydiyyatı artıq başa çatıb. Heç şübhəsiz ki, bu ildə hansısa səbbələrdən qəbul olunduğu nail məktəbdən imtina edən gənclər olub.


AzTehsil.com xəbər verir ki, Modern.az saytı ali məktəblərə qəbul olunub, lakin qeydiyyatdan keçməyən – başqa sözlə ali təhsildən imtina edən – tələbələrin sayını öyrənmək üçün univeritetlərlə əlaqə saxlayıb.
Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova: "2019/2020 ci tədris ilində BDU-ya 5218 nəfər qəbul olunub. 5128 nəfər qeydiyyatdan keçib, lakin 90 nəfər qeydiyyatdan keçməyib. Tələbələrin qeydiyyatdan keçməməsinin əsas səbəblərindən biri onların xaricdə oxumaq fikri əsas rol oynayır”.
Azərbaycan Dillər Universitetinin mətbuat katibi Cavid Zeynallı: "2019/2020-ci tədris ilinə Azərbaycan Dillər Universiteti üçün bakalavriat səviyyəsi üzrə 1605, magistratura səviyyəsi üzrə 333 plan yeri nəzərdə tutulmuşdu. Tələbə qeydiyyatının nəticələrini nəzərə alaraq, deyə bilərəm ki, qəbul planı 95% yerinə yetirilib. Keçən tədris ilində bu rəqəm 91% təşkil edirdi. Gələn ilə hədəfimiz 100%-dir. Statistika göstərir ki, universitetimizə maraq ildən-ilə artmaqdadır. Bunun səbəblərindən biri müasir dövrdə xarici dillərə yaranan ehtiyac olsa da, əsas səbəb tədrisin keyfiyyətinin yüksək olması ilə bağlıdır. 
Bu il qeydiyyatdan keçməyən 10 tələbə olub. Bunun da müxtəlif səbəbləri var. Məsələn, abituriyent qəbul olunur, amma fikrini dəyişir, təhsilini xaricdə davam etdirmək istəyir. Yaxud ailənin ödənişi etmək imkanı olmur. Digər səbəb kimi isə abituriyentin qəbul olunduğu ixtisasda oxumaq istəməməsini də göstərmək olar”. 
Azərbaycan Texniki Universitetinin mətbuat katibi Qəzənfər Bayramov: "Bu il Texniki Universitetə 1509 tələbə qəbul olunub və qeydiyyatdan keçib. 58 nəfər isə qəbul olunub, lakin qeydiyyatdan keçməyib”.
Azərbaycan Neft və Sənaye Universiteti (ADNSU) mətbuat xidməti: "Bu il Azərbaycan Neft və Sənaye Universitetinə UFAZ-la (Azərbaycan-Fransız Universiteti) birlikdə 2870 nəfər qəbul olunub. UFAZ-ı çıxsaq, ADNSU-ya 2731 nəfər qəbul olunub. 53 nəfər tələbə isə qeydiyyatdan keçməyib”.
Bakı Slavyan Universitetinin mətbuat xidməti: "Bu il Slavyan Universitetinə 984 tələbə qəbul olub. 26 nəfər tələbə qeydiyyatdan keçməyib”.
Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat xidməti: "Bu il Dövlət İqtisad Universitetinə 3338 nəfər qəbul olunub və 3273 nəfər qeydiyyatdan keçib. 65 nəfər qəbul olunsa da, qeydiyyatdan keçməyib. Magistraturaya isə 1526 nəfər qəbul olunub, 63 nəfər qeydiyyatdan keçmədiyi üçün həmin yerlər boş qalıb”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Mənsur İbrahimov: "2019/2020-ci tədris ilində Pedaqoji Universitetə 2298 nəfər qəbul olunub. Bunlardan 1442 nəfər dövlət sifarişi əsasında, 856 nəfər isə ödənişli əsaslarla qəbul olunub. 31 nəfər tələbə qəbul olunsa da, qeydiyyatdan keçməyib”.
Azərbaycan Tibb Universitetinin mətbuat xidməti: "Bu il 731 nəfər Tibb universitetinin tələbəsi adını qazanıb. 13 nəfər magistraturaya qəbul olunub”.
Mətbuat xidmətindən bildirilib ki, qəbul imtahanlarının ikinci mərhələsinin nəticələri tam bəlli olmadığından qeydiyyatdan keçməyənlərin sayı barədə məlumat dəqiq deyil. 
Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidməti: "Bu il 1557 nəfər Memarlıq və İnşaat Universitetinin tələbəsi adını qazanıb. 1557 tələbənin 1537 nəfəri qeydiyyatdan keçib, lakin 20 nəfər keçməyib”.



Загрузка...
Həmçinin oxuyun:
Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər – SİYAHI

Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər – SİYAHI

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI

UFAZ-a qəbul imtahanının nəticələri açıqlanıb

UFAZ-a qəbul imtahanının nəticələri açıqlanıb

Tələbə adı qazanmış şəxslərin ali məktəblərdə qeydiyyatı başlayıb

Tələbə adı qazanmış şəxslərin ali məktəblərdə qeydiyyatı başlayıb

906 nəfər qeydiyyatdan keçib

906 nəfər qeydiyyatdan keçib

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

Prezident təqaüdü alacaq 102 tələbə hansı ali məktəbləri seçib? -AÇIQLAMA

Prezident təqaüdü alacaq 102 tələbə hansı ali məktəbləri seçib? -AÇIQLAMA

Dövlət qulluğuna qəbulun nəticələri açıqlanıb - 990 nəfər...

Dövlət qulluğuna qəbulun nəticələri açıqlanıb - 990 nəfər...

Tələbə adı qazananların nəzərinə: DİM abituriyentlərə çağırış etdi

Tələbə adı qazananların nəzərinə: DİM abituriyentlərə çağırış etdi

"Nobel" mukafatçıları Azərbaycanda dərs deyəcək

"Nobel" mukafatçıları Azərbaycanda dərs deyəcək

Jurnalist övladları da tələbə adı qazandılar

Jurnalist övladları da tələbə adı qazandılar

Tələbə adını qazananlar, DİQQƏT - Bu tarixədək qeydiyyatdan keçməlisiniz, yoxsa...

Tələbə adını qazananlar, DİQQƏT - Bu tarixədək qeydiyyatdan keçməlisiniz, yoxsa...

3500-dən çox tələbə diplom ala bilmədi - Tibb Universitetində isə...

3500-dən çox tələbə diplom ala bilmədi - Tibb Universitetində isə...

DİM dövlət qulluğuna qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlərin nəticələrini açıqladı

DİM dövlət qulluğuna qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlərin nəticələrini açıqladı

Dövlət qulluğuna işə qəbul üzrə imtahanda ən yaxşı nəticə göstərmiş ali məktəblərin adları AÇIQLANDI -SİYAHI

Dövlət qulluğuna işə qəbul üzrə imtahanda ən yaxşı nəticə göstərmiş ali məktəblərin adları AÇIQLANDI -SİYAHI

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin 30 faizi... - DİM AÇIQLADI

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin 30 faizi... - DİM AÇIQLADI

ADNSU-da UFAZ-ın ilk idarəçilik iclası keçirilib

ADNSU-da UFAZ-ın ilk idarəçilik iclası keçirilib

198  nəfər ümumtəhsil müəssisələrinin direktor vəzifəsinə qəbul edilib

198 nəfər ümumtəhsil müəssisələrinin direktor vəzifəsinə qəbul edilib

Ali məktəblərə qəbul olanların sayı açıqlandı

Ali məktəblərə qəbul olanların sayı açıqlandı

Təqaüd   alan   tələbələr.

Təqaüd alan tələbələr.

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Bu il 500-dən yuxarı bal toplayan 1500 nəfər BDU-nu seçib  Böyüt

Bu il 500-dən yuxarı bal toplayan 1500 nəfər BDU-nu seçib Böyüt

Bu abituriyentlər ali məktəblərə imtahansız qəbul olundu - SİYAHI

Bu abituriyentlər ali məktəblərə imtahansız qəbul olundu - SİYAHI

Ali təhsil müəssisələrinin magistraturalarına 6361 bakalavr qəbul olunub

Ali təhsil müəssisələrinin magistraturalarına 6361 bakalavr qəbul olunub