198 nəfər ümumtəhsil müəssisələrinin direktor vəzifəsinə qəbul edilib
Ümumtəhsil müəssisələrinin direktoru vəzifəsinə səriştəli və peşəkar şəxslərin seçilib yerləşdirilməsi məqsədilə üçmərhələli (elektron ərizələrin qəbulu, imtahan və müsahibə) müsabiqə təşkil olunub və 198 nəfər direktor vəzifəsinə işə qəbul edilib.
Aztəhsil.com xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, 2017-2018-ci dərs ili üçün müəllimlərin işə qəbulu üzrə təşkil olunmuş müsabiqədə isə 49 min 335 nəfər miq.edu.az saytında qeydiyyatdan keçib.
Onlardan 47 mini test imtahanına buraxılıb. Test imtahanında 40 min nəfər iştirak edib.
Müsabiqənin birinci turunun nəticəsinə görə, müddətsiz müqavilə ilə işə qəbul edilənlərin sayı 4 min 454 nəfər olub. İkinci turun nəticəsinə görə isə 1058 nəfər işə qəbul olunub.