Dövlət qulluğuna işə qəbul üzrə imtahanda ən yaxşı nəticə göstərmiş ali məktəblərin adları AÇIQLANDI -SİYAHI
Dekabrın 17-də keçirilən dövlət qulluğuna işə qəbul üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərin bitirdikləri ali təhsil müəssisələri üzrə statistik məlumatlar açıqlanıb.
Aztəhsil.com xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, mərkəz tərəfindən keçirilən imtahanda ümumilikdə 65 ali təhsil müəssisəsinin məzunları iştirak ediblər.
Aşağıdakı cədvəldə imtahanda iştirak etmiş məzunlarının sayı 10-dan artıq olan ali təhsil müəssisələrinin göstəriciləri əks olunub.
İmtahanda daha çox Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetinin məzunları iştirak ediblər. Bakı Dövlət Universitetinin 538 məzunundan 251 nəfər (46.7%), Azərbaycan Dövlət İqtisad Universitetinin 521 məzunundan 230 nəfər (44.1%) imtahandan uğurla keçib. Dövlət İdarəçilik Akademiyasının məzunlarının 61.5%-i müvəffəqiyyət əldə etmişdir. Akademiyanın 78 məzunundan 48 nəfər sertifikat almaq üçün tələb olunan balı toplayıb.
Digər ali təhsil müəssisələrinin məzunlarının nəticələri ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.
Məzunlarının sayı az olan ali təhsil müəssisələri üzrə göstəricilər statistik xəta çərçivəsindədir. Ona görə də onlar haqqında ümumi məlumatları ayrıca təqdim edirik.
10-dan az məzunu olan ali təhsil müəssisələrinin sayı 37-dir (21-i fəaliyyətini dayandırıb). Bu ali təhsil müəssiələrinin 128 məzunu imtahanda iştirak edib və onlardan yalnız 25 nəfər uğur qazanıb. Bu isə ümumilikdə imtahandan keçənlərin 2.6%-ni təşkil edir. Fəaliyyəti dayandırılmış ali təhsil müəssisəsələrinin sayı isə ümumilikdə 22-dir. Bu ali təhsil müəssisələrinin məzunlarından cəmi 15 nəfər (o cümlədən 11 nəfər Qafqaz Universiteti məzunu) imtahandan keçib.