AzTehsil.com


Xəbərlər / Müəllim
07 sentyabr 2019
2 343


Mingəçevirdə fiziki tərbiyə müəllimləri üçün TOPs təlimləri



Mingəçevirdə fiziki tərbiyə müəllimləri üçün TOPs təlimləri

 

 
"TOPs - təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində Mingəçevir şəhərində yerləşən ümumtəhsil məktəblərində təlimlərə start verilib.

Təlimlərə Mingəçevir şəhərində fəaliyyət göstərən 21 ümumi təhsil müəssisəsindən 70 nəfərdən çox fiziki tərbiyə müəllimi cəlb olunub. TOPs metodologiyası üzrə təşkil olunan 3 günlük praktiki təlimlər zamanı fiziki tərbiyə fənninin məzmunu ilə bağlı müzakirələr aparılır, müasir təlim üsulları vasitəsilə dərslərin tədrisinin yüksəldilməsi üçün praktiki məşğələlər keçirilir. Həmçinin dərslərin effektli tədris edilməsi üçün TOPs Oyun–metodiki tədris kartlarından istifadə qaydaları müəllimlərə izah edilir.

 Təlimlər başa çatdıqdan sonra TOPs proqramı üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən müəllimlərin təlimöncəsi və təlimsonrası qiymətləndirilməsinin nəticəsi müqayisə ediləcək.

Qeyd edək ki,  TOPs layihəsi  Təhsil Nazirliyi, "British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və "İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilir. Layihə ümumtəhsil məktəblərində təhsilalanların hərəki bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, onların fiziki sağlamlığının inkişaf etdirilməsi məqsədilə həyata keçirilir.  TOPs metodologiyası vasitəsilə fiziki tərbiyə və ibtidai sinif müəllimlərinin bilik və bacarıqlarının, fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi də layihənin məqsədlərindəndir. Metodika fiziki tərbiyədə inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.

Azərbaycanda TOPs proqramının tətbiqinə pilot layihə kimi 2014-cü ildən start verilib. 2018-2019-cu tədris ilində Bakı, Sumqayıt şəhərləri, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Laçın və Qubadlı rayonlarından olmaqla layihədə iştirak edən məktəblərin sayı 250-yə çatdırılıb. Cari tədris ilində proqramın ölkənin digər rayon və şəhərlərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tətbiqi davam etdiriləcək.



Загрузка...
Həmçinin oxuyun:
TOPs proqramının 5-ci mövsümü yekunlaşıb

TOPs proqramının 5-ci mövsümü yekunlaşıb

TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”

TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”

Fiziki tərbiyə

Fiziki tərbiyə

“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi üzrə təlim

“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi üzrə təlim

Sumqayıtda yalnız bu məktəbdə: həsəd aparılan siniflər...

Sumqayıtda yalnız bu məktəbdə: həsəd aparılan siniflər...

Təhsil Nazirliyi keçirilən "bədən tərbiyəsi" dərslərini dəyərləndirib

Təhsil Nazirliyi keçirilən "bədən tərbiyəsi" dərslərini dəyərləndirib

“Sağlam Təhsil-Sağlam Millət” layihəsi məktəbəhazırlıq qruplarında tətbiq ediləcək

“Sağlam Təhsil-Sağlam Millət” layihəsi məktəbəhazırlıq qruplarında tətbiq ediləcək

İbtidai siniflərdə riyaziyyat fənninin tədrisi ilə bağlı təlimlərə başlanılıb

İbtidai siniflərdə riyaziyyat fənninin tədrisi ilə bağlı təlimlərə başlanılıb

İngilis dili müəllimləri Londonda səfərdə olublar

İngilis dili müəllimləri Londonda səfərdə olublar

Məktəbəhazırlıq qruplarının müəllimləri üçün təlimlər keçirilir

Məktəbəhazırlıq qruplarının müəllimləri üçün təlimlər keçirilir

I sinfə uşaqların elektron qeydiyyatı

I sinfə uşaqların elektron qeydiyyatı

İmtahan qaydalarını kobud surətdə pozduğuna görə nəticəsi ləğv edilib.

İmtahan qaydalarını kobud surətdə pozduğuna görə nəticəsi ləğv edilib.

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.

Plan yerləri daha çox boş qalan universitetlər - SİYAHI

Plan yerləri daha çox boş qalan universitetlər - SİYAHI

Əlilliyi olan şəxslərin kompüter bacarıqları inkişaf etdiriləcək

Əlilliyi olan şəxslərin kompüter bacarıqları inkişaf etdiriləcək

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

Yay məktəbində fəal iştirak edən şagirdlərə sertifikatlar verilib

Yay məktəbində fəal iştirak edən şagirdlərə sertifikatlar verilib

Təhsil Nazirliyi bu müəllimlərlə bağlı açıqlama yaydı - 356 müəllim imtina etdi

Təhsil Nazirliyi bu müəllimlərlə bağlı açıqlama yaydı - 356 müəllim imtina etdi

Lənkəran Dövlət Universiteti ilə Astara və Yardımlı məktəbləri arasında pilot layihə həyata keçirilir

Lənkəran Dövlət Universiteti ilə Astara və Yardımlı məktəbləri arasında pilot layihə həyata keçirilir

“British Council” Təşkilatının məktəblərlə əməkdaşlığının məqsədi nədir?! -RƏSMİ AÇIQLAMA

“British Council” Təşkilatının məktəblərlə əməkdaşlığının məqsədi nədir?! -RƏSMİ AÇIQLAMA

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

İdman müəllimlərin fiziki bacarıqları yoxlanılıb

İdman müəllimlərin fiziki bacarıqları yoxlanılıb

Cəzaçəkmə müəssisələrində peşə təhsili

Cəzaçəkmə müəssisələrində peşə təhsili

Nazir şagirdlərin dərsləri ilə maraqlandı

Nazir şagirdlərin dərsləri ilə maraqlandı