AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
14 mart 2019
2 888


I sinfə uşaqların elektron qeydiyyatı



 

 
Martın 13-də 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib.

Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qəbul da elektron sistem vasitəsilə aparılır.

Ümumi təhsil məktəblərinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılır.

Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur. 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün I sinfə şagird qəbulu sistemində avtomatik elektron sorğu yaradılıb.

Qeydiyyat valideynin (qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya müəyyən olunmuş məktəblərdə yaradılacaq Alternativ qeydiyyat mərkəzlərində aparılır. Bakı üzrə valideynlərə kömək məqsədilə 50 Alternativ qeydiyyat mərkəzi yaradılıb. Ümumilikdə elektron sistem tətbiq edilən şəhər və rayonlar üzrə 82 Alternativ Qeydiyyat Mərkəzi fəaliyyət göstərir.

2019-2020-ci tədris ilindən etibarən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün qəbul da elektron formada həyata keçirilir.

Qeyd edək ki, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Bu, təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şəffaflığın təmin edilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir.



Загрузка...
Həmçinin oxuyun:
Birinci sinfə şagird qəbulu martın 13-də başlayır

Birinci sinfə şagird qəbulu martın 13-də başlayır

Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur

Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur

Bakıda 30 mindən çox şagird I sinfə hazırlaşır

Bakıda 30 mindən çox şagird I sinfə hazırlaşır

Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib

Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib

I sinfə qəbul üzrə 12 mindən çox sorğu yerləşdirilib

I sinfə qəbul üzrə 12 mindən çox sorğu yerləşdirilib

Hansı şəhərlərdə birinci sinfə qəbul onlayn aparılacaq?

Hansı şəhərlərdə birinci sinfə qəbul onlayn aparılacaq?

Məktəbəhazırlıq qruplarında oxuyanlar I sinfə qəbul üçün müraciət etməyəcəklər

Məktəbəhazırlıq qruplarında oxuyanlar I sinfə qəbul üçün müraciət etməyəcəklər

Bakıda I sinfə qəbul üçün 37319 sorğu yerləşdirilib

Bakıda I sinfə qəbul üçün 37319 sorğu yerləşdirilib

Birinci sinifə şagird qəbulu üçün elektron qeydiyyat davam edir

Birinci sinifə şagird qəbulu üçün elektron qeydiyyat davam edir

Bakıda birinci sinfə qəbul üzrə 40000-dən çox sorğu yerləşdirilib

Bakıda birinci sinfə qəbul üzrə 40000-dən çox sorğu yerləşdirilib

I sinfə qəbul üzrə qeydiyyat 80 faizə yaxınlaşıb - RƏSMİ

I sinfə qəbul üzrə qeydiyyat 80 faizə yaxınlaşıb - RƏSMİ

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır

Bu bölgələrdə I sinfə qəbul elektron formada həyata keçiriləcək

Bu bölgələrdə I sinfə qəbul elektron formada həyata keçiriləcək

Birinci sinfə qəbul üzrə 37 minə yaxın sorğu yerləşdirilib

Birinci sinfə qəbul üzrə 37 minə yaxın sorğu yerləşdirilib

Bakı məktəblərinə 50 minədək uşaq qəbul olunub

Bakı məktəblərinə 50 minədək uşaq qəbul olunub

Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

I sinfə qəbul üçün müraciət edənlərin sayı AÇIQLANDI

I sinfə qəbul üçün müraciət edənlərin sayı AÇIQLANDI

Təhsil naziri əvəzi əmr imzaladı - İşçi Qrup yaradıldı

Təhsil naziri əvəzi əmr imzaladı - İşçi Qrup yaradıldı

Təhsil nazirliyindən YENİ ƏMR: 2018-2019-cu dərs ilində...

Təhsil nazirliyindən YENİ ƏMR: 2018-2019-cu dərs ilində...

Bu il Bakıda I sinfə 50 mindən çox uşağın qəbulu gözlənilir

Bu il Bakıda I sinfə 50 mindən çox uşağın qəbulu gözlənilir

Bu il Bakıda I sinfə 46 000-ə yaxın uşağın qəbul olunacağı proqnozlaşdırılır

Bu il Bakıda I sinfə 46 000-ə yaxın uşağın qəbul olunacağı proqnozlaşdırılır

VALİDEYNLƏRİN NƏZƏRİNƏ: SABAHDAN 1-Cİ SİNFƏ QƏBUL BAŞLAYIR - BU ŞƏHƏRDƏ

VALİDEYNLƏRİN NƏZƏRİNƏ: SABAHDAN 1-Cİ SİNFƏ QƏBUL BAŞLAYIR - BU ŞƏHƏRDƏ

I sinfə qəbulun ilk mərhələsi yekunlaşıb

I sinfə qəbulun ilk mərhələsi yekunlaşıb

Azərbaycanın bu şəhərlərində I sinif şagirdləri ilə bağlı - YENİLİK

Azərbaycanın bu şəhərlərində I sinif şagirdləri ilə bağlı - YENİLİK