AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
25 may 2019
3 210


Uşaqlarımızı necə tərbiyə etməliyik?



Uşaqlarımızı necə tərbiyə etməliyik?

 

 
Son vaxtlar istər  ətrafımızda, istər mediada uşaqlarla bağlı müəyyən xoşagəlməz xəbərləri daha çox eşidirik. Uşaq və yeniyetmələr arasında intihar və ya buna cəhd edənlərə, oğurluq edənlərə, cinayət törədənlərə, habelə bəzi hallarda narkotik vasitələrin istifadəçisinə çevrilənlərə və s. tez-tez rast gəlinir. Ekspertlərin fikrincə, bu kimi problemlərə görə həmin uşaqlar qınağa çəkilsə də, məsələnin kökündə həm də tərbiyənin düzgün verilməməsi dayanır. Deməli valideynlərin üzərinə daha çox yük düşür. Düzgün tərbiyənin verilməsi, sevgi hissinin aşılanması uşaqların sağlam inkişafını, cəmiyyət üçün yararlı kadr olacağını şərtləndirir.

Uşaqlarla necə davranmalı?

Onlarda özgüvəni təmin etmək üçün nə etməli? Bu və ya digər suallarla mütəxəssislərə müraciət etdik.
Gəncə Regional Psixologiya Mərkəzinin psixoloqu Aysel Qasımlı problemin kökündə insan şəxsiyyətinin təhqir olunmasının, aşağılanmasının dayandığını vurğulayır: "İnsan həyatının, demək olar ki, hər dövründə şəxsiyyətin fikirlərinə təhqiramiz yanaşmaq, hörmətsizlik etmək onda özgüvəni zədələyir. Uşaqlıq dövründən valideyn onun dəyərli olduğunu hiss etdirməlidir. Belə olduqda uşaqda özgüvənin ilkin toxumları səpilmiş olur. Amma uşağı hər zaman tərifləmək, nazı ilə oynamaq onda heç də özgüvəni yaratmaz, tam əksinə onda özündən razılıq , özünü başqalarından üstün tutma və s. kimi əlamətləri formalaşdırar. Beləliklə alaşdırm hərəkətlərini düzgün qiymətləndirməyi bacarmaz, zəif şəxsiyyət formalaşar. Belə ki, o həyatının idarəsində daim başqalarından kömək gözləyər.

Digər halda valideyn uşağın fikirlərini qiymətləndirmədikdə, hər kəsin yanında təhqir etdikdə, bir çox valideynlərin məşhur metodu olan döyməklə tərbiyə etməyə çalışdıqda və ya cəmiyyət içində onu alçaltmaqla onda özgüvənin yaranmasına mane olur. Belə uşaqlarda sevgi əksikliyi, sevgi kasıblığı yaranır ki, onların çoxunda bəzən hətta özlərinə qarşı belə sevgi olmur və ya az olur.
Uşaqların böyük əksəriyyətinin onlara kiminsə nümunə çəkilməyini sevmirlər. Bəzi hallarda elə uşaqlar öz qarşılarına valideynlərinə, həmçinin onlara qarşı duran cəmiyyətə kim olduqlarını göstərmək üçün qarşılarına məqsəd qoyurlar. Amma onların ruhlarında açıq bir yara qalır ki, bunun da adı " sevgi yetməzliyi "dir. Belə ki, həmin uşaqların qazandıqları uğurların, qarşılarına qoyduqları məqsədlərin əslində başlıca səbəbi valideynlərinin :-" bəlkə bu dəfə sevgilərini qazanaram"-, deyə düşünməkdir. Yaxud da o, özündəki qisas hissinə dayanaraq özünü sübut etməyə çalışır. Amma bəzən onlarda özgüvən hissi aşağı düşür, həyatda tək, köməksiz olduqlarını düşünürlər. Təkliyə meyl edirlər və "mən heç nəyi bacarmıram"-, deyə düşünürlər. Həmçinin belə uşaqlar ya çox şən, ya da hər yerdə gözüyaşlı, boynubükük dolanırlar.
Uşağa sevgi göstərmək onun hər dediyini etmək demək deyildir. Onu müəyyən olunmuş sərhdlər üzrə böyütmək lazımdır. Uşaqların bacarmadıqları işi onların və başqalarının yanında tez-tez təkrarlamaq özgüvəni zədələyər.
Uşaqlarda özgüvəni formalaşdırmaq üçün onlara bacara biləcəkləri tapşırıqlar vermək və gördükləri işi hər dəfə qiymətləndirmək lazımdır. Onları hər hansı işə məcbur etmək yerinə, həmin işə qarşı həvəs yaratmaq, qazandıqları uğurlara görə mükafatlandırmaq lazımdır. Uşaq ona hər zaman güvənildiyini bilməlidir. Uşaqlarla aradakı məsafənin adı qorxu deyil, hörmət olmalıdır. Çünki qorxu uşaqda yalan danışmağı formalaşdırır.

Uşaq şəxsiyyətinin qarşılaşdığı ilk cəmiyyət ailədir. Başqa mühitdəki davranışı ailədə aldığı tərbiyədən asılıdır.
Uşaqlarımızı müstəqil həyata hazırlamaq üçün əvvəlcə onlarda özgüvəni formalaşdırmalıyıq.
Psixoloq Tariyel Faziloğlu bildirir ki, indi valideynlər uşaqlarına daha az vaxt ayırır və bu da uşaqlara təsirsiz ötüşmür: "Uşaqlar və yeniyetmələr arasında cinayət və özünə qəsd hadisələrinin son zamanlar çoxalması ünsiyyət yetərsizliyindən qaynaqlanır. Uşaqlar və yeniyetmələr diqqət və qayğı istəyirlər. Onlarla gərək mütləq ünsiyyətdə olub, onlara qarşı diqqətli olasan. Amma bu gün Azərbaycan ailəsi elə bir həyat tərzi yaşayır ki, uşaqlara ayıracaq heç bir vaxt qalmır. Valideynin hər ikisi ya işdədir və ancaq axşamlar uşaqlarını görə bilirlər, onda da yorğun olduqlarından onlarla məşğul olmağa gücləri qalmır, ya da ana evdədir, amma seriallar və internet onu özünə əsir edib və uşaqlarla məşğul olmağa vaxt qalmır. Nəticədə uşaqlar və yeniyetmələr valideyn diqqətini hiss etmir və ünsiyyət qura bilmir. Ona görə də, diqqəti və ünsiyyəti kənarda axtarır və ya da onların diqqətini özlərinə çəkmək üçün müəyyən dərəcədə mənfi işlərlə məşğul olurlar. Bunun qarşısını almağın ən gözəl yolu valideynlərin uşaqlarına zaman ayırması və onlarla ünsiyyətini daim yüksək səviyyədə saxlamasıdır".
Sosioloq Əhməd Qəşəmoğlu da məsələnin ciddiləşdiyini və buna qarşı müəyyən addımların atılmasının vacib olduğunu dilə gətirdi: "Təəssüf ki, dediyiniz həqiqətdir. İndiki vaxtda uşaqlarımızla bağlı çox həyacanlı bir vəziyyət yaranıb. Belə vəziyyət yaranmasının bir neçə səbəbi var: Birinci, cəmiyyətin özündə bir xaos yaşanmaqdadır. Biz hələ Milli Müstəqil dövlətə layiq olan bir həyat tərzinə yiyələnə bilməmişik. Bu vəziyyətin yaranmasında əvvəl ümumiyyətlə iqtisadi amillər daha çox rol oynayırdısa, indi mənəvi problemlər, mənəvi aşınmalar vəziyyəti daha da pisləşdirib. İkinci, yaranmış vəziyyətdə ailələrdə qorxunc proseslər getməkdədir. İndi ailələrin əksəriyyətində ciddi psixoloji bir gərginlik yaşanmaqdadır. Hər bir ailə eyni zamanda şəxsiyyəti - yəni orada böyüyən körpəni cəmiyyətə hazırlayan bir məktəbdir. İndi bu məktəbdə bir dramatik abu hava yaranmışsa.... deməli şəxsiyyətin formalaşdırılması, cəmiyyətə hazırlanması prosesi düzgün getmir. Nəticədə bir sıra ailələrdə böyüyən körpələrdə depression vəziyyət yaranır. Ailədə və eyni zamanda cəmiyyətdə yaranmış indiki proseslər uşaqlar arasında belə halların artmasına gətirib çıxarır.

Təcili olaraq situasiyadan çıxış yolları axtarılmalıdır. Bunun üçün olduqca ciddi mütəxəssislərin köməyi ilə elmi təminatlı xüsusi Fəaliyyət Proqramları hazırlamaq lazımdır. Yəni hadisələri müşahidə etmək doğru yol deyil.... Belə gedərsə, dediyiniz faktlar daha da çoxalacaq.... Veziyyetden ciddi çıxış yolları var. Amma bu işlə peşəkar adamlar məşğul olmalıdır... psevdo mutexessisler yox".olaylar.az



Загрузка...
Həmçinin oxuyun:
Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi

Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Valideyn-övlad münasibətləri necə olmalıdır?

Valideyn-övlad münasibətləri necə olmalıdır?

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Valideynin ölümünü uşağa necə deyək?

Valideynin ölümünü uşağa necə deyək?

Şagirdlərdə platonik sevgi və aqressiya xəstəliyi: “Xüsusən də, qızlardan ehtiyatlı olun”

Şagirdlərdə platonik sevgi və aqressiya xəstəliyi: “Xüsusən də, qızlardan ehtiyatlı olun”

Uşağın yalan danışması nəyə işarədir?

Uşağın yalan danışması nəyə işarədir?

Düzgün  tərbiyə  qaydaları

Düzgün tərbiyə qaydaları

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Uşaqlarda davranış pozuntusu və səbəbləri

Uşaqlarda davranış pozuntusu və səbəbləri

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Davranış pozuntusu, yoxsa qüsurlu tərbiyə?

Davranış pozuntusu, yoxsa qüsurlu tərbiyə?

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

Sosioloq həyacan təbili çaldı: “Azərbaycan ailəsində heç vaxt indiki qədər gərginlik olmayıb”

Sosioloq həyacan təbili çaldı: “Azərbaycan ailəsində heç vaxt indiki qədər gərginlik olmayıb”

Ailədaxili münaqişənin uşaqlara dəhşətli təsiri – TEZ-TEZ XƏSTƏLƏNMƏ, ÖZÜNÜTƏCRİD...

Ailədaxili münaqişənin uşaqlara dəhşətli təsiri – TEZ-TEZ XƏSTƏLƏNMƏ, ÖZÜNÜTƏCRİD...

Davranış   pozuntusu   daha   cox  hansı  yaşda   olur.

Davranış pozuntusu daha cox hansı yaşda olur.

Ailədaxili tərbiyə necə olmalı, valideynlər daha çox hansı nüanslara diqqət yetirməlidir?

Ailədaxili tərbiyə necə olmalı, valideynlər daha çox hansı nüanslara diqqət yetirməlidir?

Valideynlər yeniyetmə övladlarına necə yanaşmalıdırlar?

Valideynlər yeniyetmə övladlarına necə yanaşmalıdırlar?