AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
29 dekabr 2018
3 219


" Sinifdə 44 şagird var, idarə edə bilmirəm " Etiraf yoxsa rəzalət ?



" Sinifdə 44 şagird var, idarə edə bilmirəm " Etiraf yoxsa rəzalət ?

 

 
P.Cəbrayılova: "Mən Dövlətimizin başçısı cənab İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya, Təhsil naziri Ceyhun Bayramova, nazir müavini Məhəbbət xanım Vəliyevaya, ölkənin çoxminlik pedaqoji ictimaiyyətinə müraciət edərək kömək istəyirəm" 

Rubrika.az saytına müraciət edən Bakı şəhər sakini Cəbrayılova Pərvin Suraxanı rayonunda yerləşən 275 saylı tam orta məktəbin 1-c sinfində təhsil alan qızı Abdulla Fatimə Hikmət qızının taleyi ilə bağlı həyəcan keçirdiyini, övladının təhsil aldığı məktəbdə sinif müəllimi, eləcə də məktəbin laborantı tərəfindən zorakılığa məruz qaldığını, bu səbəbdən də uşağın psixoloji sarsıntı keçirdiyini bildirir. Valideyn Təhsil naziri Ceyhun Bayramova, nazir müavini Məhəbbət Vəliyevaya müraciət edərək müəllim adına yaraşmayan, heç bir pedaqoji qayda-qanuna sığmayan hərəkətlərlə azyaşlı uşağın psixoloji sarsıntı keçirməsinə səbəb olan müəllimin, belə hərəkətlərə şərait yaradan məktəb rəhbərliyinin cəzalandırılmasını tələb edir.
Valideyn bildirir ki, yeni dərs ilinin başlanğıcında bütün valideynlər kimi o da sevinc içində, böyük ümidlərlə qızı Fatiməni 275 saylı məktəbin 1-ci sinfində oxuması üçün məktəbə aparıb. Amma, qısa müddət sonra onun sevinci həyacan və məyusluqla əvəz olunub. Belə ki, məktəbdə üzləşdiyi zorakılıqlar səbəbindən 6 yaşlı Fatima psixoloji sarsıntılar keçirir, qorxu içərisində yaşayır. C. Pərvin övladının təhsil səviyyəsini yoxlamaq üçün dərslərində də iştirak edib. Valideyn bildirir ki, sinif müəlliməsi Svetlana Zeynalovanın dərsində iştirak edərkən təəccübündən deməyə söz tapmayıb. Svetlana müəllimə özü etiraf edib ki, mən uşaqları ələ ala bilmirəm, 44 uşaqla bacarmıram, səslərini kəsə bilmirəm. Odur ki, heç kim məndən keyfiyyət gözləməsin. Valideyn bütün bunlar barəsində məktəbin direktoru F. Şərifovaya həm yazılı, həm də şifahi məlumat verib. Lakin, heç bir tədbir görülmədiyi üçün vəziyyət gündən-günə daha da uçuruma yuvarlanıb.

"Müəllimə sinifdə dərs deyə bilmədiyi, pedaqoji təcrübəsi olmadığı üçün şagirdləri sakitləşdirmək üçün ən zorakı metodlardan istifadə edir. Sanki məktəb deyil, islah əmək koloniyasıdır. 6 yaşlı uşağa qarşı edilən rəftar elə həddə çatıb ki, övladım psixoloji sarsıntı keçirib. Sinif müəlliməsi Svetlana Zeynalovanın özü bəs etmirmiş kimi məktəbin Leyla adlı laborantı da övladımın üstünə qışqırır, ona hədə-qorxu gəlir. İş o yerə çatıb ki, qızım gecələr "mama, qoyma, Leyla üstümə gəlir” deyə sayaqlayır, qışqırıb yuxudan ayılır. Bu hansı qanunda yazılıb ki, 6 yaşlı uşağı məktəbdə qorxudub psixoloji sarsıntı keçirməsinə səbəb olasan?”-deyə azyaşlının valideyni müraciətində bildirir.

Pərvin Cəbrayılovanın dediyinə görə müəllimə özü dəfələrlə bildirib ki, Fatimə istedadlı, savadlı uşaqdır. "Lakin, sinifdə dərs deməyə qabiliyyəti çatmayan müəllimə sanki bütün hirsini balaca Fatimədən çıxmağa çalışır. Heç müəllim olan şəxs də öz 6 yaşlı şagirdinə "bu məktəbdə ya sən qalacaqsan, ya da mən” deyərmi? Məktəbin tibb bacısı sinifdə uşaqların təmizliyini yoxlayıb, iki uşağın başında bit tapılıb. Fatimənin başında bit tapılmadığı halda (bunu məktəbin tibb bacısı da təsdiq edir) Svetlana Zeynalova uşaqların və valideynlərin yanında uşaqlara bitin guya Fatimədən keçdiyini deməsinə nə ad vermək olar?

Oktyabrın ortalarında S. Zeynalova məktəbin koridorunda, mənim yanımdaca qızıma "Fatimə, səni psixoloqa verəcəyəm, məktəbdən çıxardacağam” deməsi onun hansı məqsədlər güddüyündən xəbər verir. Mən bunu onun özünə, məktəbin rəhbərliyinə də irad bildirdim, azyaşlı uşağa qarşı belə hərəkətlərin yolverilməz olduğunu dedim. Lakin, nəinki S. Zeynalova əməllərinə son qoydu, əksinə hər gün övladıma qarşı daha zorakı hərəkətlər etməyə başladı.

MƏKTƏBİN PSİXOLOQUNUN RƏYİ: 
 

 





Загрузка...
Həmçinin oxuyun:
Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Bakı məktəbində valideynlərdən sinif otaqlarını təmizləmək tələb olunur - İDDİA

Bakı məktəbində valideynlərdən sinif otaqlarını təmizləmək tələb olunur - İDDİA

Bakıda DƏHŞƏT- Müəllim 12 yaşlı şagirdin başına elə oyun gətirdi ki...

Bakıda DƏHŞƏT- Müəllim 12 yaşlı şagirdin başına elə oyun gətirdi ki...

Gəncədə ara qarışıb: Nazirlik adından məktəbi yoxlayan kim imiş? - Şok təfsilat

Gəncədə ara qarışıb: Nazirlik adından məktəbi yoxlayan kim imiş? - Şok təfsilat

Bakıda direktor və müəllim şagirdi döydü? - Valideynlər belə iddia edir - VİDEO

Bakıda direktor və müəllim şagirdi döydü? - Valideynlər belə iddia edir - VİDEO

Göyçayda tarix müəlliməsi şagirdin başını partaya vuraraq üz-gözünü qaraldıb-rəzalət

Göyçayda tarix müəlliməsi şagirdin başını partaya vuraraq üz-gözünü qaraldıb-rəzalət

İki qardaş iki həftədir dərsə gedə bilmirlər

İki qardaş iki həftədir dərsə gedə bilmirlər

Məktəbdə biabırçılıq- Müəllim 4-cü sinif şagirdini qulağından qan açılana qədər döyüb-  ŞİKAYƏT

Məktəbdə biabırçılıq- Müəllim 4-cü sinif şagirdini qulağından qan açılana qədər döyüb- ŞİKAYƏT

Nazir şagirdə görə məktəbə gəldi və müəlliməni yerində cəzalandırdı

Nazir şagirdə görə məktəbə gəldi və müəlliməni yerində cəzalandırdı

Tbilisidə azərbaycanlı şagirdi təhqir etmiş müəllimə qarşı etiraz aksiyası keçirilib

Tbilisidə azərbaycanlı şagirdi təhqir etmiş müəllimə qarşı etiraz aksiyası keçirilib

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Valideyn qızına görə polisə şikayət etdi - "Bu müəllim..."

Valideyn qızına görə polisə şikayət etdi - "Bu müəllim..."

Bakıda 3-cü sinif şagirdi məktəbi bir-birinə qatıb: Valideynlər etiraz edir – VİDEO

Bakıda 3-cü sinif şagirdi məktəbi bir-birinə qatıb: Valideynlər etiraz edir – VİDEO

Direktor şagirdi döydü - polis təsdiqlədi, rəisi isə.. - Müəmma

Direktor şagirdi döydü - polis təsdiqlədi, rəisi isə.. - Müəmma

Bakıda uşaq bağçasında rəzalət- FOTO/VİDEO

Bakıda uşaq bağçasında rəzalət- FOTO/VİDEO

Bakıda müəllim qız şagirdinin açıq-saçıq görüntülərini yaydı - ŞOK İDDİA-FOTO

Bakıda müəllim qız şagirdinin açıq-saçıq görüntülərini yaydı - ŞOK İDDİA-FOTO

208 saylı məktəblə bağlı qalmaqal - Sərəncam niyə icra olunmur?

208 saylı məktəblə bağlı qalmaqal - Sərəncam niyə icra olunmur?

Sinifdə valideyn iclasları necə təşkil olunmalıdır ?

Sinifdə valideyn iclasları necə təşkil olunmalıdır ?

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

4 yaşlı uşağı döyən bağça müəlliməsi açıqlama verməkdən imtina etdi- FOTOLAR

4 yaşlı uşağı döyən bağça müəlliməsi açıqlama verməkdən imtina etdi- FOTOLAR

Birinci sinif müəllimi: "Elə çimdik alacam ki..."

Birinci sinif müəllimi: "Elə çimdik alacam ki..."

Bakının daha bir məktəbində qalmaqal – FOTO

Bakının daha bir məktəbində qalmaqal – FOTO

Valideyn  komitəsinin  hüquqları  və  vəzifələri

Valideyn komitəsinin hüquqları və vəzifələri

Uşağı döyən müəllimə ilə bağlı son - QƏRAR

Uşağı döyən müəllimə ilə bağlı son - QƏRAR