AzTehsil.com


Xəbərlər
22 oktyabr 2018
1 689


Ali məktəblərdəki formal təhsil kursların “cibini doldurur” – “İşsizlik ixtisası”nı öyrədən universitetlər



Ali məktəblərdəki formal təhsil kursların  “cibini doldurur” – “İşsizlik ixtisası”nı öyrədən universitetlər

 

 
Azərbaycanda tələbələrin tam bilik əldə etməsi üçün universitetlər kifayət etmir. Hər halda, onların əlavə məşğələlərə, kurslara ehtiyac duymaqları bunun sübutudur.   Məsələn, bir tələbə ingilis dili ixtisası üzrə oxusa da, dil öyrənməyə  kursa gedir. Yaxud jurnalistikada təhsil alır, lakin,  montaj və  digər önəmli proqramları özəl kurslarda öyrənir.

Belə olduğu halda, düşünülür ki, universitetlər ixtisaslar üzrə normal bir kadr hazırlayıb, ortaya çıxara bilmirlər.

Ona görə də, kurslara tələbat getdikcə daha da çoxalır.  Digər tərəfdən əksər kurslar insanlara təhsil vermək əvəzinə, ancaq şagird, abituriyent və tələbələrdən pul yığmaqla məşğuldur.

Maraqlıdır, Azərbaycan universitetləri tələbələri niyə tam kadr kimi formalaşdıra bilmirlər?

"Universitetlərimiz lazımı bacarıqlara yiyələnən mütəxəssislər yetişdirə bilmirlər”

Təhsil eksperti Nadir İsrafilov AzEdu.az-a açıqlamasında bildirib ki, sual mövcud reallıq baxımından aktual olduğu qədər, bir o qədər də düşündürücüdür:

"Təhsil - qanunvericiliyimizə əsasən, sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prоsesi və оnun nəticəsi kimi səciyyələndirilir.

Digər tərəfdən təhsil müəssisəsində kadr hazırlığının keyfiyyət səviyyəsi məzunların milli və beynəlхalq əmək bazarında rəqabət qabiliyyəti, ölkənin sоsial və iqtisadi inkişafında rоlu ilə müəyyən edilir.

Bununla belə, ali təhsilin birinci səviyyəsi olan bakalavriatı bitirənlər bir yana, heç magistr elmi dərəcəsi almağa namizəd olan magistrantlar belə ixtisası üzrə iş tapmaqda problemlərlə üzləşirlər. Onların təcrübəsizliyi, lazımı bacarıq və vərdişlərə hələ tam yiyələnməmələri əsas gətirilərək, bir müddət təcrübə keçmələri, əlavə kursları bitirmələri tələb olunur.

Bu halda, haqlı sual ortalığa çıxır. Ya, universitetlərimiz lazımı bacarıq və vərdişlərə tələb olunan səviyyədə yiyələnən, beynəlxalq bir yana, milli əmək bazarında belə rəqabət qabiliyyəti mütəxəssislər yetişdirə bilmirlər. Ya da ki, işəgötürənlərimiz mövcud tələbatdan artıq olan kadr bolluğundan istifadə edərək, öz şəxsi və korporativ maraqlarına uyğun naşükür olub, əgər belə demək mümkündürsə, "şadlıqlarına şitlik” edirlər”.

"Ali məktəblərdə "bir ovuc” nəzəri biliklərin mənimsənilməsinə üstünlük verilir”

Ekspert qeyd edib ki, bu məsələdə təhsil müəssisələrinin payı daha çoxdur:

"Məntiqə görə, ali və ya orta ixtisas təhsil müəssisəsini yenicə bitirib, müstəqil həyata qədəm qoyan gəncdən hansı iş təcrübəsi tələb oluna bilər? Ya, bu təcrübənin qazanılması üçün oxuduqları müddətdə təhsil aldıqları müəssisələrdə onlara lazımı şərait yaradılmalı, ya da, əmək fəaliyyətinə başlamaq üçün imkan yaradılmalıdır ki, onlar bu təcrübəni məhz iş prosesində qazansınlar. Əks təqdirdə, "Bugünkü gənclərə geniş yol açmaq lazımdır” kimi məqsədimiz elə məqsəd olaraq da qalacaqdır".

Bununla belə, problemin yaranmasında "günah sahibi” olmaq baxımından təhsil müəssisələrimizin payı daha çoxdur. İstəsək də, istəməsək də səmimi etiraf etməliyik ki, ali və orta ixtisas təhsil müəssisələrində əsasən, "bir ovuc” nəzəri biliklərin mənimsənilməsinə daha çox üstünlük verilir, nəinki praktik bacarıq və vərdişlərin aşılanmasına. Əlavə kurslara meyl və maraq məhz bu faktorla əlaqədardır.

Buna görə də əbəs yerə deyil ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ikinci strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir. Və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını nəzərdə tutur”.
  azedu.az

 
 

Ali məktəblərdəki formal təhsil kursların  “cibini doldurur” – “İşsizlik ixtisası”nı öyrədən universitetlər

 





Загрузка...
Həmçinin oxuyun:
"Axı, təhsil müəssisəsini yenicə bitirib, müstəqil həyata qədəm qoyan gəncdən hansı iş təcrübəsi tələb oluna bilər...?"

"Axı, təhsil müəssisəsini yenicə bitirib, müstəqil həyata qədəm qoyan gəncdən hansı iş təcrübəsi tələb oluna bilər...?"

Əlaçılar peşə məktəblərinə niyə üz tutur? – Ekspert

Əlaçılar peşə məktəblərinə niyə üz tutur? – Ekspert

Biliklərin tətbiqi - Bacarıq və vərdişlərin formalaş­ma­sına yönələn çalışmalar sistemi

Biliklərin tətbiqi - Bacarıq və vərdişlərin formalaş­ma­sına yönələn çalışmalar sistemi

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

TƏHSİL HAQQINDA  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

TƏHSİL HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

Müəllimin tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması aktual problem kimi

Müəllimin tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması aktual problem kimi

"TƏLƏBAT OLMAYAN İXTİSASLARIN KADR HAZIRLIĞI DAYANDIRILMALIDIR !"

"TƏLƏBAT OLMAYAN İXTİSASLARIN KADR HAZIRLIĞI DAYANDIRILMALIDIR !"

Təlimin mərhələləri-  Bilik, bacarıq və vərdişlərin formalaşması

Təlimin mərhələləri- Bilik, bacarıq və vərdişlərin formalaşması

Təhsilin məzmunu

Təhsilin məzmunu

"Ali məktəblərdə təhsil haqları artırılacaq" - Ekspert səbəbi açıqladı

"Ali məktəblərdə təhsil haqları artırılacaq" - Ekspert səbəbi açıqladı

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

"Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur" -EKSPERT

"Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur" -EKSPERT

Şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi

Şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

“Müəllim, şagird məktəbə qaytarılmalı və…”

“Müəllim, şagird məktəbə qaytarılmalı və…”

Magistr imtahanlarında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadə AÇIQLADI

Magistr imtahanlarında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadə AÇIQLADI

Maddə 1. Əsas anlayışlar    "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Əsas anlayışlar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu

Təlimin mərhələləri - Bilik, bacarıq və vərdişlərin tətbiqi.

Təlimin mərhələləri - Bilik, bacarıq və vərdişlərin tətbiqi.

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

“Bu qədər universitet və  diplomlu işsiz bizə lazımdırmı?”EKSPERTLƏRİN FİKRİ

“Bu qədər universitet və diplomlu işsiz bizə lazımdırmı?”EKSPERTLƏRİN FİKRİ

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

“Azərbaycanda rus bölmələri ləğv olunsun” - EKSPERT

“Azərbaycanda rus bölmələri ləğv olunsun” - EKSPERT