AzTehsil.com


Xəbərlər / Mədəniyyət / Ekspert
06 oktyabr 2018
3 474


"Təhsil mövzusunda çəkilən filmlərə ehtiyac var" - Ekspertlər danışdı



"Təhsil mövzusunda çəkilən filmlərə ehtiyac var" - Ekspertlər danışdı

 

 
"Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın 1.2-ci bəndində  "uşaqlar üçün müxtəlif janrlarda filmlərin istehsalı, bədii və tərbiyəvi əhəmiyyətli filmlərin nümayişinin genişləndirilməsi” qeyd olunub.

Lakin Azərbaycanda bu tipli filmlərə rast gəlmirik. Xüsusilə hazırda məktəb,  universitet həyatından bəhs edən kinolar  demək olar ki, çəkilmir.

Maraqlıdır, niyə təhsil mövzulu, tərbiyəvi əhəmiyyətli filmlərə maraq azdır?

Kinoşünas Sevda Sultanova AzEdu.az-a açıqlamasında təhsil mövzulu filmlərin önəmli olduğunu deyib:

"Hazırda tələbə həyatından bəhs edən "İmtahan” serialı var. Mən ona baxmadığım üçün keyfiyyəti haqqında heç nə deyə bilmərəm. Amma davamlı olduğuna görə, belə başa düşürəm ki, seriala baxılır. Orda Hikmət Rəhimov, Əli Əlizadə və bu kimi gözəl aktyorlar çıxış edir.

Azərbaycan müstəqil olandan və kinoya yaxşı maliyyə ayrılandan, konkret bədii film sahəsində, təsəvvür edin, cəmi bir film çəkilib. Bu da Rafiq Əliyev və Cavid Təvəkkülün "Dərs” bədii filmidir. Həmin film 6-cı Seul Guro Beynəlxalq Uşaq Filmləri Festivalının müsabiqə mərhələsinə dəvət almışdı. Məktəblilərin həyatından bəhs edən film deyim ki, yaxşıdır. Düzdür, qüsurları, müəyyən pafos var. Buna baxmayaraq,  ortada uşaqlarla ciddi iş mövcuddur, mövzu  çox gözəldir”.

S.Sultanova maarifləndirici filmlərin cəmiyyət üçün faydalı olduğunu bildirib:

"Ümumiyyətlə bütün mövzularla bağlı filmlər önəmlidir, o cümlədən təhsil. Təhsillə əlaqəli filmlər o demək deyil ki, filmdə bu sahənin prioritetləri  əks olunmalıdır. Filmlər daha çox tərbiyəvi, mənəvi baxımdan əhəmiyyət kəsb etməlidir. Məsələn, Rejissor Asif Rüstəmovun narkotik istifadəçisi olan yeniyetmələrlə bağlı filmi var idi. Bu film maarifləndirici xarakter daşıyırdı və yadımdadır ki,  uzun müddət gündəmdə oldu, gözəl film idi. Düşünürəm ki, bu tipli filmlərin çəkilməsi  cəmiyyət üçün də faydalı olardı”.

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmovun fikrincə, Azərbaycanın ssenarist, rejissor potensialı daha çox müəllif  və o cümlədən komediya filmlərinin çəkilməsində maraqlıdır:

"Bilirsiniz, tələbələrə aid  "İmtahan” adlı serial çəkilib və davam edir. Bu gün ölkədə gənclərə bədii informasiyaların verilməsində  təhsil, məktəb, universitet həyatını əhatə edən mövzulara çox ehtiyac var. Bizə belə mövzular təqdim olunarsa, məmnuniyyətlə film çəkərik. Belə mövzulu filmlərin istehsalı üçün həm də tələbat olmalıdır. Hazırda Azərbaycan kinosunun əsas problemlərindən biri bazarın kiçik olmasıdır.

Janrından, üslubundan, dövründən asılı olmayaraq, cəmiyyət  hər bir yaxşı sənət əsərinə ehtiyac duyur. Burda söhbət təkcə təhsil mövzusundan getmir. Bizə bütün mövzularda filmlər lazımdır - uşaqlar, gənclər, tələbələr, məktəblilər və başqaları üçün”.

 

"Təhsil mövzusunda çəkilən filmlərə ehtiyac var" - Ekspertlər danışdı

 





Загрузка...
Həmçinin oxuyun:
“Sənədli və xronikal filmlər qəhrəmanlarımızın təbliği baxımından önəmlidir”

“Sənədli və xronikal filmlər qəhrəmanlarımızın təbliği baxımından önəmlidir”

Valideynlər bu xəbəri mütləq oxusun. Analar özləri işlə məşğul olarkən uşaq mane olmasın deyə…

Valideynlər bu xəbəri mütləq oxusun. Analar özləri işlə məşğul olarkən uşaq mane olmasın deyə…

FİLM, CİZGİ FİLMİ, İNTERNET VƏ UŞAQLAR

FİLM, CİZGİ FİLMİ, İNTERNET VƏ UŞAQLAR

Mərkəzi Elmi Kitabxana “Vəhşi diviziya” adlı qısametrajlı tarixi film hazırlayıb

Mərkəzi Elmi Kitabxana “Vəhşi diviziya” adlı qısametrajlı tarixi film hazırlayıb

ADU-da “Köçkünlərin həsrəti” adlı film nümayiş olunub

ADU-da “Köçkünlərin həsrəti” adlı film nümayiş olunub

230 № -li məktəb ŞƏHİDLİK ZİRVƏSİ I film sənədli filminin təqdimatı

230 № -li məktəb ŞƏHİDLİK ZİRVƏSİ I film sənədli filminin təqdimatı

Televizor asılılığı uşaqlara necə təsir göstərir? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

Televizor asılılığı uşaqlara necə təsir göstərir? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

Arzu Əliyevanın filmi Londonda nümayiş etdirildi

Arzu Əliyevanın filmi Londonda nümayiş etdirildi

AXC-nin 100 illiyi ilə bağlı "Əbədi ezamiyyət” filmi şagirdlərə nümayiş etdirilib

AXC-nin 100 illiyi ilə bağlı "Əbədi ezamiyyət” filmi şagirdlərə nümayiş etdirilib

“Müəllimlər müəllimi” filmi təqdim olunub

“Müəllimlər müəllimi” filmi təqdim olunub

Dövlət Dil Komissiyası hansı işləri görəcək? - Qurumun üzvləri DANIŞDILAR

Dövlət Dil Komissiyası hansı işləri görəcək? - Qurumun üzvləri DANIŞDILAR

Odlar Yurdu Universitetində Hüseyn Cavidin 135 illik yubileyi keçirildi

Odlar Yurdu Universitetində Hüseyn Cavidin 135 illik yubileyi keçirildi

230 № -li MƏKTƏB ŞƏHİDLİK ZİRVƏSİ I film FUAD FƏRHADOĞLU

230 № -li MƏKTƏB ŞƏHİDLİK ZİRVƏSİ I film FUAD FƏRHADOĞLU

Bakı Turizm Peşə Məktəbində açıq dərs

Bakı Turizm Peşə Məktəbində açıq dərs

"Azərbaycanda hər sahədə peşəkarlara ehtiyac var"...Kor-koranə ixtisas seçimi

"Azərbaycanda hər sahədə peşəkarlara ehtiyac var"...Kor-koranə ixtisas seçimi

230 № -li məktəb ŞƏHİDLİK ZİRVƏSİ II film -Nadir Əmirov sənədli filminin təqdimatı

230 № -li məktəb ŞƏHİDLİK ZİRVƏSİ II film -Nadir Əmirov sənədli filminin təqdimatı

Məktəblilər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılırlar

Məktəblilər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılırlar

İNGİLİSCƏ ÖYRƏNMƏK ÜÇÜN ƏN UYĞUN OLAN 5 SERİAL

İNGİLİSCƏ ÖYRƏNMƏK ÜÇÜN ƏN UYĞUN OLAN 5 SERİAL

“İnformatikadan imtahan keçirilsə, bütün şagirdlər kəsilər” - Məktəblərdə kompüter problemi

“İnformatikadan imtahan keçirilsə, bütün şagirdlər kəsilər” - Məktəblərdə kompüter problemi

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

SİNİF TƏŞKİLAT SAATI  VƏ  ONUN TƏŞKİLİ YOLLARI

SİNİF TƏŞKİLAT SAATI VƏ ONUN TƏŞKİLİ YOLLARI

TƏŞKİLAT  SAATI  VƏ  ONUN TƏŞKİLİ  YOLLARI

TƏŞKİLAT SAATI VƏ ONUN TƏŞKİLİ YOLLARI

Azərbaycanda ən çox rast gəlinən qan qrupu açıqlandı - Qanvermə İnstitutunun direktoru ilə MÜSAHİBƏ

Azərbaycanda ən çox rast gəlinən qan qrupu açıqlandı - Qanvermə İnstitutunun direktoru ilə MÜSAHİBƏ

“Şeirimizin Nərimanı” adlı bədii kompozisiya keçirilib

“Şeirimizin Nərimanı” adlı bədii kompozisiya keçirilib