AzTehsil.com


Xəbərlər / Ziyalılar
25 avqust 2018
1 958


Görkəmli alimimiz Parisdə elmi konfransda çıxış edib



 

Aztehsil.com moderator.az-a istinadən xəbər verir ki, avqustun 20- 21-də Paris şəhərinin Marriott Hotelində  Scientific Federationun təşkilatçılığı ilə: "Semiconductors-Optoelectronics-Nanostructures” (İCSON-18) adında Beynəlxalq  Konfrans  keçrilib.  

Konfransda 40 dan çox xarici ölkələrdən alim və mütəxəsislər iştirak edib. Konfransda məruzələr üç formatda dinlənilib: "Plenary Session”, "İnvited Talks”  və "Featured Talks”. Görkəmli alim, əməkdar elm xadimi, professor Şahlar Əsgərov konfransa "dəvət olunmuş məruzəçilər” formatında çıxış edib. Onun məruzəsinin belə adlanırdı:  "Influence of the Inhomogeneity on the Properties of the Metal-Semiconductor Contact”. 

Tədbirdən dərhal sonra Moderator.az-ın əməkdaşı Ş. Əsgərovla əlaqə saxlayaraq təəssüratlarını öyrənib:

"Oxucuları elmi konsepsiya və nəticələrlə yormaq istəmirəm,  ancaq qısaca qeyd edim ki, 100 illik tədqiqat tarixində hesab olunur ki, metal-yarımkeçirici kontaktının başlıca tərəfdaşı yarımkeçricidir. Mən çıxışımda göstərdim ki, kontakda baş verən prosseslərdə metal yarımkeçiricidən daha vacib rol oynayır və metalın polikristalliyi kontaktını  kompleks sistemə çevirir. 
Bütün bunlar oxucular üçün maraqsız olduğunu nəzərə alaraq bu haqqda az, başqa bir məsələ ilə bağlı çox danışmaq istəyirəm. Mən konfransın məruzələrinin məzmunu haqda yox, konfransın forması haqqda fikir söyləmək istəyirəm.
Diqqəti cəlb edən bu oldu ki, konfransda  "Açar məruzələri”  ya ərəb mənşəli alimlər, ya da yaponlar etdilər. Ancaq burda incə bir məqam var.  O da bundan ibarətdir ki, yaponlar öz ölkələrindən, yəni Yaponiyadan gəlmişdilər. Ancaq ərəblər öz ölkələrindən yox, hərə bir tərəfdən (ölkədən) gəlmişdilər. Misal üçün, ilk məruzəçisi Mahmoud A. El- Sherif  ABŞ-da işləyir  və çox müasir  "Photonics Lab” yaradıcısı və rəhbəridir. Prof. Mohamed Missous  Birləşmiş Krallıqdan gəlmişdi və ifrat yüksək tezlklər elektronikası sahəsində aparıcı mütəxəsisdir. Və ya birinci günün ikinci yarısında sessiyaya rəhbərlik edən prof.  Mohamed Benyoucef  Almaniyanın Kassel Universitetini təmsil edirdi. Konfransın ikinci günü  sessiyalara rəhbərliyi əsasən yaponlar edirdilər.  
Məni düşündürən sual bu oldu: səbəb nədir ki, ərəb professorları öz ölkələrində yox, ABŞ,  Birləşmiş Krallıq və Almaniya universitetlərində,  amma yaponlar öz unversitetlərində işləyirlər, çalışırlar? 
Bu sosial hadisənin səbəbinin anlamaq məncə çətin deyil. Çox ehtimal ki, ABŞ-da, Birləşmiş Krallıqda, Almaniyada alimim əmək haqqı günün 24 saatına hesablanır. (İ. Stalin zamanında da SSRİ-də belə olub, N.Xuruşov alimliyi gözdən saldı). Yəni alim yatanda da, dənizdə çiməndə də "işdə” hesab olunur və ona əmək haqqı verilir. Bununla da onun bütün qayğıları öz həllini tapır. Onun bir qayğısı var, o da 24 saat elm haqqda düşünməkdir.  Bu səbəbdən də çox inkişaf etmiş ölkələrə ikinci və üçüncü dünya ölkələrdən  "beyin axını” baş verir. 
Digər ölkələrdə alimin əməyi ilə məmurun əməyi eyniləşdirilir və əmək haqqı iş saatına görə hesablanır. Ona görə alimlər  (söhbət psevda alimlərdə getmir)  o ölkələrə gedirlər ki, orada onların əməyi dəyərincə  qiymətləndirilir.   
Alim əməyi məmur əməyindən yüksək tutulanda nə baş verir? Gənclərin ən talantlı, qabiliyyəti hissəsi fundamental fənnləri öyrənməyə üstünlük verirlər. Əks halda hüquqçu, həkim, mühəndisliyə üstünlük verirlər.  1958 –ci ildən Azərbaycan (sonra Bakı) Dövlət Universetində işləyən müəllim kimi deyə bilərəm ki 1960- 1980 – cı illərdə universtetin, fizika, riyaziyyat, kimyiya, biologiya ... fakultələrində ölkənin ən talantlı gəncləri təhsil alırdılar.
İkinci dünya ölkələrdə də (həm də bizdə də) bu işi qaydasına qoymaq mümkündür.  Fərz edək ki, hər hansı bir ölkədə Maliyə Nazirliyinin "əmək haqqı” şöbəsinə rəhbərlik edən məmurun maaşı 1000 dollardır. O, bu əmək haqqını 8 saatlıq işə gərə alır. Onda həmin ölkədə alimin əmək haqqı bundan üç dəfə çox (yəni 24 saat üçün) olmalıdır. Belə olanda elm də, vətənpərvərlik də, sənaye də  inkişaf edər. 
İki il öncə Nobel mükafatçısı Əziz Sancar Bakıda olarkən ona sual verdilər: niyə gəlib Türkiyə universitetlərində dərs vermirsiniz?  Nobelçi alimin cavabı belə oldu, ABŞ dövləti mənə o qədər qaygı göstərib ki, sadəcə onlardan keçə bilmirəm.
Son olaraq qeyd edim ki, istənilən dövlətin elm siyasəti elə olmalıdır ki, alim əməyi vətənə xidmət etsin. Belə olanda Böyük Nizaminin də ruhu şad olar. Belə bir siyasətin müddalarını formalaşdırmaq çətin deyil. Bilənləri bu işə cəlb etmək lazımdır".



Загрузка...
Həmçinin oxuyun:
ADNSU-da görkəmli alim Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı tədbir keçirildı

ADNSU-da görkəmli alim Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı tədbir keçirildı

Azərbaycanlı alim Toronto universitetində dərs deyəcək

Azərbaycanlı alim Toronto universitetində dərs deyəcək

Yeni ildən maaşlar bu QAYDA ilə hesablanacaq

Yeni ildən maaşlar bu QAYDA ilə hesablanacaq

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Aziz Sancar İqtisad Universitetində azərbaycanlıları nəyə çağırdı? - İBRƏT DƏRSİ...

Aziz Sancar İqtisad Universitetində azərbaycanlıları nəyə çağırdı? - İBRƏT DƏRSİ...

Nobelçi alimdən cahilliyi müsəlmanlıqla bağlayanlara sillə kimi cavab...

Nobelçi alimdən cahilliyi müsəlmanlıqla bağlayanlara sillə kimi cavab...

Nobel mükafatı qadın alimlərdən niyə üz döndərib?

Nobel mükafatı qadın alimlərdən niyə üz döndərib?

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Müəllimlərin illik maaşı açıqlandı

Müəllimlərin illik maaşı açıqlandı

"Diplomsuzlar 800, savadlı müəllim 150 manat maaş alır"-  EKSPERT

"Diplomsuzlar 800, savadlı müəllim 150 manat maaş alır"- EKSPERT

Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb

Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb

İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Aziz Sancar-“Bir daha dünyaya gəlsəm, müəllimlik peşəsini seçərdim”

Aziz Sancar-“Bir daha dünyaya gəlsəm, müəllimlik peşəsini seçərdim”

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır

ADNSU-nun professoru Türkdilli ölkələrin Riyaziyyat Cəmiyyətinin VI konqresində iştirak edib

ADNSU-nun professoru Türkdilli ölkələrin Riyaziyyat Cəmiyyətinin VI konqresində iştirak edib

Müəllimlərin əmək haqları artırılacaq

Müəllimlərin əmək haqları artırılacaq

Müəllimlərin maaşı yenidən artırılacaq - Deputat açıqladı

Müəllimlərin maaşı yenidən artırılacaq - Deputat açıqladı

"Lütfi Zadə ilə bir neçə saat bundan əvvəl danışdıq, hər şey qaydasındadı”- Rafiq Əliyevdən DƏQİQLƏŞDİRMƏ

"Lütfi Zadə ilə bir neçə saat bundan əvvəl danışdıq, hər şey qaydasındadı”- Rafiq Əliyevdən DƏQİQLƏŞDİRMƏ

Lütfi Zadənin rəqəmlərdən imtina edən inqilabi nəzəriyyəsi- Sözlə hesablama

Lütfi Zadənin rəqəmlərdən imtina edən inqilabi nəzəriyyəsi- Sözlə hesablama

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

Diaqnostik Qiymətləndirmədən keçmiş müəllimlər nəyi gözləyirlər?

Diaqnostik Qiymətləndirmədən keçmiş müəllimlər nəyi gözləyirlər?

Dövlət qulluğuna qəbulla bağlı dəyişiklik təsdiqlənib/ekspertin dəyişikliyə yanaşması...

Dövlət qulluğuna qəbulla bağlı dəyişiklik təsdiqlənib/ekspertin dəyişikliyə yanaşması...