AzTehsil.com


Xəbərlər
16 avqust 2018
3 305


"Ona görə də 2019-cu ildən qəbul imtahanları yeni imtahan modelinə uyğun keçiriləcəkdir" "Abituriyent 7" jurnalının ön sözü



 

Bu nömrədə, həmçinin 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı qruplar üzrə (Azərbaycan bölməsi – I, II, III qruplar hər biri ayrıca jurnalda, IV və V qruplar isə birlikdə bir jurnalda, rus bölməsininbütün qrupları isə bir jurnalda) çap olunmuşdur
 
"Dostlar, hələ ilin əvvəlində sizə, abituriyentlərə, müraciət edərkən qəbul imtahanlarına hazırlıq və gələcək peşənizin düzgün seçimi üçün tövsiyələr vermiş və uğurlar arzulamışdıq. Artıq imtahanlar geridə qalmış, seçim edilmiş və siz haqlı olaraq yüksək tələbə adını qazanmışsınız.

Biz sizi, valideyn və müəllimlərinizi həyatınızın önəmli nailiyyəti ilə bağlı səmimi qəlbdən təbrik edirik. Sizi, həyatın ən maraqlı və yaddaqalan dövrü olan tələbəlik illəri gözləyir. Bu illər seçdiyiniz fəaliyyət sahəsində bir peşəkar mütəxəssis kimi formalaşacağınız dövrdür. Əlbəttə, əsl mütəxəssis olmaq üçün əsaslı surətdə çalışmaq lazımdır. Məqsədyönlülüyünüz və ali məktəbdə alacağınız biliklər sayəsində siz hökmən uğur qazancaqsınız.

Dövlət İmtahan Mərkəzinin kollektivi də qəbul kampaniyasının bütün mərhələlərində yanınızda olmuş, hazırlığınıza daim yardım etməyə çalışmışdır. Qeyd etmək istərdik ki, 1992-ci ildən başlayaraq qəbul imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi ilə şagirdlərin biliklərinin test üsulu ilə qiymətləndirilməsi sistemi formalaşmağa başlamışdır. İmtahanın məzmunu ilə bağlı standartların, qəbul proqramlarının hazırlanması məqsədilə 1994-cü ildən etibarən ekspert qrupları yaradılmış, elmi-metodiki seminarlar təşkil olunumuş və bu sistem ilbəil təkmilləşdirilmişdir. Keçən 27 il ərzində imtahanların məzmun və formasında aparılan dəyişikliklər abituriyentlərin imtahanlara daha effektiv hazırlaşmalarına, biliklərinin daha obyektiv və şəffaf şəkildə üzə çıxarılmasına kömək göstərmişdir. 2017-ci ildən abituriyentlərin ali təhsil almaq imkanlarını artırmaq məqsədilə qaydalarda dəyişikliklər edilmişdir. Onlara cari tədris ili çərçivəsində müəyyən bir ixtisas qrupu daxilində keçirilən qəbul imtahanlarında iki dəfə iştirak etməyə icazə verilmişdir. Bu ildən isə müxtəlif ixtisas qruplarını da seçmək imkanının yaradılması abituriyentlərə öz bilik və bacarıqlarını daha dəqiq nümayiş etdirmək şansı yaratmışdır. Təbii ki, bütün bu dəyişikliklər abituriyentlərin nəticələrinə ilbəil öz müsbət təsirini gostərmişdir. Məsələn, bu il 700 bal toplayan abituriyentlər rekord sayda – ümumilkdə 29 nəfər olmuşdur.

Afərin sizlərə, zəhmətiniz hədər getməmişdir. Tutduğunuz yoldan dönməyin, şəxsi perspektivləriniz və ölkəmizin gələcək uğurlu inkişafı naminə biliklərə yiyələnin.

Onu da qeyd etmək lazımdır ki, qəbul imtahanları bu model üzrə sonuncu ildir ki, keçirilir. Məlumdur ki, 2008-ci ildən başlayaraq Azərbaycan Respublikasında ümumi orta təhsil müəssisələrində yeni fənn kurikulumlarının tətbiqinə başlanmışdır. Təhsil sahəsində həyata keçirilən bu islahatlar biliyin qiymətləndirilməsi sistemi qarşısında yeni tələblər qoyur. Ona görə də 2019-cu ildən qəbul imtahanları yeni imtahan modelinə uyğun keçiriləcəkdir.

Əziz tələbələr! Siz bu gün seçdiyiniz peşənin sirlərinin dərk edilməsinə aparan yolda ilk addımlarınızı atırsınız. Lakin hamımız bilirik ki, bu yol davamlı inkişaf tələb edir, çünki elm daim inkişaf edir, mövcud informasiya ehtiyyatları ilbəil artır və əvvəlki biliklər köhnəlir. Belə ki, peşəkar mütəxəssis adını qoruyub saxlamaq istəyən hər kəs nail olduğu ilə kifayətlənməməli və daim öz üzərində çalışmalıdır. Bu prosesin sərhədi yoxdur!

Biz əminik ki, tələbəlik illəri hər biriniz üçün nailiyyət və zəfər illəri olacaq və siz peşəkar mütəxəssis olacaqsınız. Biz buna inanırıq! Bir daha sizləri təbrik edir və uğurlu təhsil, öz gücünüzə inam və yeni nailiyyətlər arzu edirik!"
 
Aztehsil.com



Загрузка...
Həmçinin oxuyun:
Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 7-ci nömrəsini nəşr etmişdir

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 7-ci nömrəsini nəşr etmişdir

Ali məktəblərə qəbul olmuş abituriyentlərin siyahısı çap olunub

Ali məktəblərə qəbul olmuş abituriyentlərin siyahısı çap olunub

Qəbul imtahanlarının qaydası dəyişdirilir - Yeni qaydalar

Qəbul imtahanlarının qaydası dəyişdirilir - Yeni qaydalar

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL

Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanında maksimum 400 bal olacaq- YENİ MODEL AÇIQLANDI

Qəbul imtahanında maksimum 400 bal olacaq- YENİ MODEL AÇIQLANDI

DİM I-IV qruplar üzrə ilk qəbul imtahanları ilə bağlı statistik məlumatları açıqlayıb

DİM I-IV qruplar üzrə ilk qəbul imtahanları ilə bağlı statistik məlumatları açıqlayıb

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Abituriyentlər üçün yeni şans, yoxsa arxayınlıq? - Yeni imtahan qaydaları

Abituriyentlər üçün yeni şans, yoxsa arxayınlıq? - Yeni imtahan qaydaları

“Qəbul qaydalarındakı dəyişiklik abituriyentin xeyrinədir” – Deputatlar yeniliyi dəstəklədilər

“Qəbul qaydalarındakı dəyişiklik abituriyentin xeyrinədir” – Deputatlar yeniliyi dəstəklədilər

Yeni qəbul imtahanı MODELİ - EKSPERTLƏRDƏN CİDDİ XƏBƏRDARLIQ - VİDEO

Yeni qəbul imtahanı MODELİ - EKSPERTLƏRDƏN CİDDİ XƏBƏRDARLIQ - VİDEO

Bu ixtisaslar üzrə plan yerlərinin hamısı boş qaldı -Məleykə Abbaszadə

Bu ixtisaslar üzrə plan yerlərinin hamısı boş qaldı -Məleykə Abbaszadə

"Bu işi yalnız kommersiya məqsədilə görən müəyyən qrup insanların vədlərinə inanmayın!"

"Bu işi yalnız kommersiya məqsədilə görən müəyyən qrup insanların vədlərinə inanmayın!"

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

Universitetlərə qəbulda dəyişikliklər hansı imkanları yaradır?

Universitetlərə qəbulda dəyişikliklər hansı imkanları yaradır?

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

"Yüksək bal toplayan abituriyentlərin sayının kəskin artması müsabiqə şərtlərini ciddi şəkildə dəyişə bilər"

"Yüksək bal toplayan abituriyentlərin sayının kəskin artması müsabiqə şərtlərini ciddi şəkildə dəyişə bilər"

"2014, 2015, 2016-cı illərdə imtahan və qabiliyyətlərdə uğur qazanan 1000 tələbə magistr ola bilməyib"

"2014, 2015, 2016-cı illərdə imtahan və qabiliyyətlərdə uğur qazanan 1000 tələbə magistr ola bilməyib"