AzTehsil.com


Xəbərlər / Manşet
24 may 2018
6 208


Müəllim şagirdləri nə vaxt EKSKURSİYAYA apara bilər ?



Müəllim şagirdləri nə vaxt EKSKURSİYAYA  apara bilər ?

 

Ekskursiya (lat. excursio — gəzinti, səfər) — maraq doğuran bölgələrin maarifləndirici, elmi, idman və ya istirahət məqsədi ilə tək və ya kollektiv şəkildə baxışın təşkili. Səfər tək və ya xüsusi təşkilatın rəhbərliyi ilə təşkil edilə bilər. Obyektin seyr ediməsi tək və ya xüsusi bələdçinin köməyi ilə ola bilər.

 Sosial şəbəkə və elektron mətbuatda  Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbinin  müəllimi Həbib Əlizadənin dərs dediyi şagirdlərini Bakı şəhərinə ( Şəhidlər Xiyabanına ) ekskursiyaya  aparmaq istəyi ,bunula bağlı olaraq məktəb direktoru Ziyafəddin Cavadovun müraciəti əsasında Rayon Polis Şöbəsinə çağrılması  ilə bağlı məlumat təhsil işçiləri arasında birmənalı qarşılanmayıb. 

Məsələ ilə bağlı təhsil eksperti Nadir İsrafilovun fikirlərini sizə təqdim edirik .

 


" Məktəb ekskursiyaları məktəbdənkənar və ya sinifdənkənar işin tərkib hissəsi olaraq hələ sovet dövründən  planlı şəkildə təşkil olunardı.Məktəbin Fəaliyyət Planında ,Tədbirlər Planında və ya sinif rəhbərinin Fəaliyyət Planında vaxtı,məqsədi ,icra edilməsinə məsul şəxs və ya şəxslər göstərilməklə tədris ilinin əvvəlində pedaqoji şurada müzakirə olunaraq ,təsdiq olunduqdan  sonra  hüquqi qüvvəyə minmiş olur. Tədris ili boyunca  müəllim və ya sinif rəhbəri şagirdləri ekskursiyaya aparmaq istəyinə düşərsə ,ilk növbədə məktəb rəhbərliyinə  ekskursiyayının vaxtını ,məqsədini , maliyyə qaynağını ,marşurut istiqaməti və s göstərməklə yazılı müraciət etməli, ekskursiya zamanı baş verə biləcək istənilən hadisə üçün məsuliyyəti öz üzərinə götürməlidir.

Məktəb rəhbərliyinin rəsmi razılığı olduqdan sonra ( bəzən həmin müəllimə valideyin komitəsi  və müəllimlərdən kömək üçün təhkim edilə də bilər ) müəllim bu ekskursiyanı gerçəkləşdirə bilər.Ümumilikdə müəllimin ideyasını dəstəkləmək lazımdır.Amma  30-a yaxın müxtəlif yaş qruplarına aid məktəblini  300 km-dən artıq bir məsafədə yerləşən Bakı şəhərinə ( Şəhidlər Xiyabanınana) gətirmək həm böyük məsuliyyət ,həm də maliyyə tələb edir.Bunun üçün Lənkəran şəhərində yerləşən Şəhidlər Xiyabanını da seçmək daha münasib və təhlükəsiz olardı . O ki, qaldı öz müəllimini polisə vermək məsələsinə bu nə direktora, nə məktəbə nə də ümumiyyətlə təhsil ictimaiyyətinə baş ucalığı gətirən cəhət olmayıb, görünür direktorun təcrübəsizliyindən irəli gələn haldır.”

Məsələ ilə bağlı Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru Elşən Qafarovun fikirləri də təqribən eyni oldu.

 

" Əvvəla hər bir məktəbin sentyabr ayında ilk Pedaqoji  Şurada təsdiq olunuan Fəlliyyət Planı ,həmin Fəliyyət Planına əsasən Tədbirlər Planında ekskursiyalara geniş yer verilməlidir. Ekskursiyaların məktəblilərin dünya görüşlərinin inkişafında müstəsna xidmətləri var.

Lənkəran şəhər mərkəzindən 47 km aralıda ,dağ  kəndi olan   Gəgiran kəndindən  ,Lənkəran şəhərindən 270 km aralıda yerləşən Bakı şəhərinə müxtəlif siniflərdə təhsil alan şəgirləri gətirmək ,guya müəllimin vətənpərvərliyi təbliğ etməsi istəyindən irəli gəldiyinə şübhə ilə yanaşıram. Əvvəla elə bir kəndimiz ,şəhərimiz yoxdur ki , orada şəhid məzarı,şəhidlər xiyabanı olmasın. Bəhs etdiyimiz Gəgiran kəndindən tələbə yoldaşlarım var. Bildiyim qədər  Gəgiran kənd tam orta məktəbinin iki məzunu şəhid olmuşdur.Müəllim şagirdləri 300 km aralıda yerləşən Şəhidlər Xiyabanına  aparmaqdansa ,həmin şagirdlərin yaxın qohumları ,məktəbin öz məzunları  olan Qəhrəman  Şəhidlərin məzarlarına ,Lənkəran şəhərində yerləşən Şəhidlər Xiyabanına ziyarətə apara bilərdi.Belə olsaydı məsələ belə böyüməzdi ,heç bir etirazda olmazdı. Eyni zamanda da məktəb direktoru da polisə müraciıt etməklə doğru addım atmayıb. Məsələ məktəb daxilində , bu mümkün olmadıqda isə Rayon Təhsil Şöbəsi səviyyəsində həll olunmalı idi.”




Загрузка...
Həmçinin oxuyun:
"Repçi " müəllim polisə niyə çağrıldı ?

"Repçi " müəllim polisə niyə çağrıldı ?

Şəhidlər Xiyabanına axın... - FOTOLAR

Şəhidlər Xiyabanına axın... - FOTOLAR

Regionlardakı internat məktəbinin şagirdləri üçün Bakıda bayram şənliyi təşkil ediləcək

Regionlardakı internat məktəbinin şagirdləri üçün Bakıda bayram şənliyi təşkil ediləcək

Şabran rayon Təhsil şöbəsinin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər

Şabran rayon Təhsil şöbəsinin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər

2 saylı tam orta məktəbdə “Şəhidlər ölməz” adlı anım tədbiri keçirilib.

2 saylı tam orta məktəbdə “Şəhidlər ölməz” adlı anım tədbiri keçirilib.

Ağstafa məktəbliləri "Ölkəmizi tanıyaq" lahiyəsi üzrə “Ağstafa – Lənkəran – Lerik- Masallı- Astara- Ağstafa” marşrutu üzrə ekskursiyaya yola düşüblər

Ağstafa məktəbliləri "Ölkəmizi tanıyaq" lahiyəsi üzrə “Ağstafa – Lənkəran – Lerik- Masallı- Astara- Ağstafa” marşrutu üzrə ekskursiyaya yola düşüblər

Direktor şagirdi döydü - polis təsdiqlədi, rəisi isə.. - Müəmma

Direktor şagirdi döydü - polis təsdiqlədi, rəisi isə.. - Müəmma

LDU-da 20 Yanvar faciəsinin qurbanları anıldı

LDU-da 20 Yanvar faciəsinin qurbanları anıldı

Bakıda direktor və müəllim şagirdi döydü? - Valideynlər belə iddia edir - VİDEO

Bakıda direktor və müəllim şagirdi döydü? - Valideynlər belə iddia edir - VİDEO

25 yaşlı qız yoxa çıxdı - Müəllim olmaq üçün Bakıya gəlibmiş

25 yaşlı qız yoxa çıxdı - Müəllim olmaq üçün Bakıya gəlibmiş

Bakıda bu məktəb sökülür - Şagirdlərin aqibəti necə olacaq?

Bakıda bu məktəb sökülür - Şagirdlərin aqibəti necə olacaq?

Sumqayıtda müəllim milli mənsubiyyətini bilmədi

Sumqayıtda müəllim milli mənsubiyyətini bilmədi

Sinif rəhbərləri oxuyun ! Sinif valideyin iclaslarının sənədləşdirilməsi

Sinif rəhbərləri oxuyun ! Sinif valideyin iclaslarının sənədləşdirilməsi

DİQQƏT! Daha bir məktəb bağlandı - Təhsil şöbəsindən AÇIQLAMA

DİQQƏT! Daha bir məktəb bağlandı - Təhsil şöbəsindən AÇIQLAMA

Müəllimlərdən rüşvət istəyən direktorla bağlı rəsmi AÇIQLAMA

Müəllimlərdən rüşvət istəyən direktorla bağlı rəsmi AÇIQLAMA

Məktəb direktoru iş başında infarkt keçirdi

Məktəb direktoru iş başında infarkt keçirdi

Şabranlı şagirdlər cənub bölgəsinə ekskursiyaya gediblər

Şabranlı şagirdlər cənub bölgəsinə ekskursiyaya gediblər

"Mən özümü fədakar müəllim hesab etmirəm."

"Mən özümü fədakar müəllim hesab etmirəm."

Açıq dərsi necə təşkil etmək lazımdır?

Açıq dərsi necə təşkil etmək lazımdır?

Ceyhun Bayramov gənc müəllimlərdən danışdı

Ceyhun Bayramov gənc müəllimlərdən danışdı

Bu gün 9-cu sinif şagirdləri üçün imtahanlar keçirilir

Bu gün 9-cu sinif şagirdləri üçün imtahanlar keçirilir

M.Mənsimovun tikdirdiyi kənd məktəbinin qazını kəsdilər -müəllimlər ayağa qalxdı

M.Mənsimovun tikdirdiyi kənd məktəbinin qazını kəsdilər -müəllimlər ayağa qalxdı

Masallı Təhsil Şöbəsində nə baş verir?- Məktəb direktoru qanunsuz əməllərdə...

Masallı Təhsil Şöbəsində nə baş verir?- Məktəb direktoru qanunsuz əməllərdə...

" Saytımız vasitəsilə Sumqayıta gələcək olan şəhidlər barədə əhali məlumat alır və bir yerə toplaşıb şəhid ailəsinə dəstək verə bilirdilər”-5 yaşı tamam olan sayt

" Saytımız vasitəsilə Sumqayıta gələcək olan şəhidlər barədə əhali məlumat alır və bir yerə toplaşıb şəhid ailəsinə dəstək verə bilirdilər”-5 yaşı tamam olan sayt