AzTehsil.com


Xəbərlər / Müəllim / Cəmiyyət
16 fevral 2018
3 937


Qubalı müəllim Prezidentə və təhsil nazirinə müraciət etdi



 

Quba rayonunun Hacıhüseynli kənd orta məktəbinin tarix müəllimi Abubəkirov İftixar Emran oğlu prezident İham Əliyevə və təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramova müraciət edib.

Müraciətdə deyilir: " Mən 2008-ci ildə Azərbaycan Beynəlxalq Universitetini ( ABU ) bitirmişəm. Universitetin verdiyi arayışla məktəbdə müəllimlik fəaliyyətinə başlamışam. ABU bağlandığı üçün digər tələbələr kimi mən də diplom ala bilmədim və Təhsil Nazirliyinə müraciət etdim. Nazirlik mənim sənədlərimi "Odlar Yurdu” universiteinə göndərdi və mən 2012-ci ildə "Odlar Yurdu” universitetini bitirərək tarix ixtisası üzrə diplom aldım. (Diplomun nömrəsi: B 190463 , qeydiyyat nömrəsi 163, verilmə tarixi 25.07.2012 ). Diplomda qeyd olunur ki, bu diplom bakalavr təhsil pilləsinə uyğun peşə fəaliyyətinə və magistraturaya qəbul olunmağa hüquq verir. İş yerimdən tələb olunduğu üçün diplomumun həqiqi olduğu ilə bağlı Təhsil Nazirliyinə müraciət etdim. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat Rəhbəri İlham Pirməmmədovun imzaladığı 08.01.2013-cü il tarixli, S. 154-34/0321 saylı rəsmi sənəddə qeyd olunur: "Təhsil Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, "Odlar Yurdu” Universiteti tərəfindən adınıza yazılmış B 190463, qeydiyyat nömrəsi 163 diplom blankı həqiqətən də Təhsil Nazirliyi tərəfindən həmin ali təhsil müəssisəsinə verilən dövlət nömrəli sənəddir”. Yəni bütün müvafiq dövlət qurumları mənim diplomumun həqiqi olduğunu sübut edir. Bütün bunlarla yanaşı mən 2012-ci ildə işə qəbul olunmaq üçün nazirliyin təyin etdiyi imtahanlardan keçmişəm və 10 ilə yaxındır ki, müəllimlik fəaliyyəti ilə məşğulam. Özüm də ailəliyəm, 2 uşaq atasıyam. 2017-ci dərs ili başlayanda 10 ilə yaxındır çalışdığım məktəbin rəhbərliyi guya diplomumun etibarsız olduğunu əsas gətirərək məni dərslə təmin etmədi.

Cənab Prezident!

Cənab nazir !

Sizdən xahiş edirəm bu qanunsuzluğa son qoyulsun və mən müəllim kimi fəaliyyətimi davam etdirim”.



Загрузка...
Həmçinin oxuyun:
“Diplom haqqında arayış” elektron xidməti yeniləndi

“Diplom haqqında arayış” elektron xidməti yeniləndi

Odlar Yurdu Universitetinin tələbələri İsveçrə Ali məktəbinin də diplomunu ala biləcəklər

Odlar Yurdu Universitetinin tələbələri İsveçrə Ali məktəbinin də diplomunu ala biləcəklər

Odlar Yurdu Universitetində Hüseyn Cavidin 135 illik yubileyi keçirildi

Odlar Yurdu Universitetində Hüseyn Cavidin 135 illik yubileyi keçirildi

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

“Təfəkkür” Universiteti ilə Təhsil Nazirliyi arasında qalmaqal

“Təfəkkür” Universiteti ilə Təhsil Nazirliyi arasında qalmaqal

II qrup üçün 150 ballıq ixtisaslar - SİYAHI

II qrup üçün 150 ballıq ixtisaslar - SİYAHI

Rektordan 20 Yanvarla bağlı gənclərə ÇAĞIRIŞ - FOTOLAR

Rektordan 20 Yanvarla bağlı gənclərə ÇAĞIRIŞ - FOTOLAR

Təhsil naziri Mikayıl Cabbarova müraciət

Təhsil naziri Mikayıl Cabbarova müraciət

Nazirlikdən yeni qərar, 80-dən çox müəllim işdən çıxarılıb - 23 illik stajı olan da var

Nazirlikdən yeni qərar, 80-dən çox müəllim işdən çıxarılıb - 23 illik stajı olan da var

Təhsil Naziri Mikayıl Cabbarova müraciət

Təhsil Naziri Mikayıl Cabbarova müraciət

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

"Odlar Yurdu" Universitetinin keçmiş müəlliminə hökm oxundu

"Odlar Yurdu" Universitetinin keçmiş müəlliminə hökm oxundu

"Rayonumuzun təhsili qara bazara cevrilib" - Direktor müavinindən prezidentə MÜRACİƏT

"Rayonumuzun təhsili qara bazara cevrilib" - Direktor müavinindən prezidentə MÜRACİƏT

Nazirlik: Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün tələbələrə diplom verilməyəcək - MÜSAHİBƏ

Nazirlik: Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün tələbələrə diplom verilməyəcək - MÜSAHİBƏ

Beyləqan icra başçısı cəzalana bilər- saxta diplomlunu vəzifəyə qoyduğuna görə

Beyləqan icra başçısı cəzalana bilər- saxta diplomlunu vəzifəyə qoyduğuna görə

Rayon Maliyyə Hesablama mərkəzləri özbaşınalığında, Təhsil Nazirliyi verdiyi tapşırığı təkzib edir

Rayon Maliyyə Hesablama mərkəzləri özbaşınalığında, Təhsil Nazirliyi verdiyi tapşırığı təkzib edir

Qaçırılan müəllim daha müəllim işləməyəcək - Yeni işi ilə bağlı göstəriş verildi

Qaçırılan müəllim daha müəllim işləməyəcək - Yeni işi ilə bağlı göstəriş verildi

Köçkün müəllim Prezidentdən kömək istədi - FOTO

Köçkün müəllim Prezidentdən kömək istədi - FOTO

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

13 təhsil müəssisəsi haqqında mənfi rəy İqtisadiyyat Nazirliyinə təqdim edilib

13 təhsil müəssisəsi haqqında mənfi rəy İqtisadiyyat Nazirliyinə təqdim edilib

Ötən il Təhsil Nazirliyinə 262 minə yaxın müraciət daxil olub

Ötən il Təhsil Nazirliyinə 262 minə yaxın müraciət daxil olub

Şəhadətnamənin və attestatın verilməsi qaydaları

Şəhadətnamənin və attestatın verilməsi qaydaları

SDU tələbəsi I Vitse-Prezidentə şikayət etdi

SDU tələbəsi I Vitse-Prezidentə şikayət etdi

Cəlilabadda müəllimlər Prezidentə MÜRACİƏT etdi - "Bizə kömək edin"

Cəlilabadda müəllimlər Prezidentə MÜRACİƏT etdi - "Bizə kömək edin"