Bu xəstəliyi olan müəllimlər işdən çıxarılacaq -DİQQƏT!
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti "Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası”nı təsdiq edib.
Məlumata görə, yeni qaydalara əsasən təhsilverənlərin sağlamlıq vəziyyətinin müəyyən edilməsi, xəstəliklərin, o cümlədən peşə xəstəliklərinin erkən aşkarlanması və qarşısının alınması və infeksion və parazitar xəstəliklərin yayılmasının qarşısının alınması məqsədi ilə tibbi müayinələr keçirilməlidir.
Müayinələri tibb müəssisəsinin rəhbəri tərəfindən yaradılan komissa həyata keçirir. Bundan sonra bağça müəllimləri işə götürülmədən öncə ağciyərlərin flyuoroqrafiyası, həkim göstərişinə əsasən ağciyərlərin rentgenoqrafiyası, qanın analizi (QİÇS-ə, hepatit B, C-yə, sifilisə), nəcisin analizi (helmitozlara və patogen ibtidailərə yoluxma ilə bağlı), süzənək testi, bağırsaq infeksiyaları ilə bağlı bakteriya gəzdiriciliyinə görə müayinədən keçməli olacaqlar. Tibbi yoxlanışdan keçməkdən imtina edən şəxslər işə buraxılmayacaq.
Tibbi müayinədən keçmiş namizədlərdən vərəm, sifilis, süzənək, qurda yoluxma, kəskin və xroniki bağırsaq infeksiyaları, kəskin virus infeksiyaları, kəskin bakterial infeksiyalar, ruhi xəstəliklər, narkoloji xəstəliklər və ağıreşitmə halları aşkaralan şəxslər işə götürülmür.
Müayinədən keçəcək şəxslərin siyahısı işəgötürən şəxslər tərəfindən hər il dekabrın 1-dən gec olmayaraq hazırlanmalıdır və 3 gün ərzində həmin şəxslərə göndəriş verilməlidir.
Təhsilverənlər 15 gün müddətinə müayinədən keçib nəticəni işəgötürən şəxsə təqdim etməlidirlər.

Bağça və körpələr evlərinin işçiləri ildə bir dəfə...

İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

Məktəbəqədər təhsil müəssisələrinə qəbul zamanı şəhid övladlarına üstünlük veriləcək

Bu xəstələrin müalicəsi ilə bağlı -YENİ QƏRAR

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

İl ərzində 90 faizdən çox uşaq müayinələrə cəlb olunub

Azərbaycan Dövlət Dəniz Akademiyası dənizçi olmaq istəyən abituriyentlərə müraciəti

Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə

Fitodizayn və tibb -Bir çox xəstəliklərin...

Psixoloji-tibbi pedaqoji komissiya barədə Əsasnamə

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) - onların hüquq və vəzifələri

Azərbaycanda bu xəstəlik geniş yayılıb- DİQQƏT

Azərbaycan İİV-ə yoluxma səviyyəsinə görə...

Sual:Evdə təhsil necə təşkil olunur?

Məktəbəqədər təhsil müəssisələrində uşaqların sosial müdafiəsinə dair tədbirlər müəyyənləşib

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud şagirdlərin siyahısını DİM-ə təqdim edəcək

Körpələr evi və uşaq bağçalarına qəbul qaydası AÇIQLANDI

Azərbaycanda 574 məktəblidə skolioz aşkarlanıb

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Şagirdlər arasında ən çox rast gəlinən xəstəliklər açıqlandı

Azərbaycanda uşaq bağçalarına qəbulda tətbiq olunacaq güzəştlər məlum olub