Azərbaycanlı tələbədən Ərdoğana maraqlı hədiyyə - Öpüb alnına qoydu
Azərbaycanlı tələbə Tünzalə Məmmədzadə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana unikal "Qurani Kərim” kitabı hədiyyə edib.
Aztəhsil.com xəbər verir ki, sözügedən kitab T. Məmmədzadə tərəfindən 3 il müddətinə hazırlanıb. Kitabın səhifələri şəffaf ipəkdəndir. Hərflər isə qızılı və gümüşü rəngli boyalardan istifadə olunaraq yazılıb.
Ərdoğan hədiyyəni gördükdə, öpüb alnına qoyub.