Bakıda müəllim valideyni məhkəməyə verib
Bakının Qaradağ rayonundakı 106 nömrəli ora məktəbin ibtidai sinif müəllimi Tünzalə Qasımova valideyn Samirə Heydərovanı mülki qaydada məhkəməyə verib.
Aztəhsil.com xəbər verir ki, S. Heydərovanın vəkili Lalə Mənsurova apa-ya açıqlamasında bildirib ki, işə Naxçıvan Muxtar Respublikasının Culfa Rayon Məhkəməsində baxılır.
Vəkil qeyd edib ki, S. Heydərovanın oğlu, həmin məktəbin 1-ci sinif şagirdi Nihal Heydərli müəllim tərəfindən döyülüb:
"Bundan sonra Samirə Heydərova faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət etsə də, araşdırma aparılmayıb. Ona görə qarşı tərəf - yəni müəllim ona böhtan atıldığını iddia edərək, mənəvi zərərə görə valideyni məhkəməyə verib".
Vəkil onu da deyib ki, şagirdin döyülməsi faktı ilə bağlı onlar da qarşılıqlı olaraq məhkəməyə müraciət edəcəklər.