AzTehsil.com
RU


Xəbərlər / Pedoqojitəcrübə / Müəllim
15 dekabr 2017
3 341


Qrant müsabiqəsi üzrə qalib layihələr - Məktəblilərə səlis danışmağın sirləri öyrədilir



Qrant müsabiqəsi üzrə qalib layihələr - Məktəblilərə səlis danışmağın sirləri öyrədilir

"Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi” çərçivəsində dəstəklənən 120 layihənin 32-si Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində icra edilir. Həmin layihələrin 15-i ümumi təhsil müəssisələri, 17-si fərdi kateqoriya üzrə qalib layihələrdir. Layihələr 3-12 ay müddətində icra ediləcək.

 

BŞTİ-nin tabeliyindəki məktəblərdə hazırda müxtəlif mövzuları əhatə edən layihələrin icra olunması ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilir. Konfrans, "dəyirmi masa”, seminar, mühazirə, "açıq dərs” və görüşlər, şagirdlərin qarşılıqlı səfərləri təşkil edilir. 

Layihələrin həyata keçirilməsi, ilk növbədə, məktəb mühitində canlanma yaradır. İndi hər kəs ideya və əməyə görə dəyərləndirməni daha real görür, həm ümumi təhsil müəssisələri, həm də ayrı-ayrı müəllimlər dövlət dəstəyini daha yaxından hiss edir.

 

Bundan başqa, məktəblər və müəllimlər arasında sağlam rəqabət mühiti möhkəmlənir, yeni ideyaların axtarışı istiqamətində işlər genişlənir. 


"Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi” çərçivəsində reallaşdırılan layihələrin uğurları yeni ideyaların meydana gəlməsinə və təşəbbüskarlığın artmasına zəmin yaradır.

 

Xüsusilə qeyd olunmalıdır ki, görülən işlərdən şagirdlər də örnək alır. Bu da onların gələcək nailiyyətlərinə müsbət təsir göstərir.


Şagirdlərin nitq qüsurlarını aradan qaldırmaq üçün kompleks tədbirlər həyata keçirilir


Məktəblilərin nitqinin inkişaf etdirilməsi istiqamətində iş aparılır. Bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 250 nömrəli tam orta məktəb tərəfindən "Uğur sənin nitqindədir” layihəsi həyata keçirilir. Layihə "Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi” çərçivəsində fərdi kateqoriya üzrə dəstəklənib. Sentyabrın 22-də start verilən layihənin icra müddəti 3 aydır. 


Nitq qüsurlarını yaradan amillər


Məktəblilərin nitqinin formalaşmasına müxtəlif amillər təsir edir. Bu amillərin arasında ümumi təhsil müəssisələrinin xüsusi rolu var. Məktəblərdə şagirdlərin nitqinin inkişafı ayrı-ayrı fənlərin, xüsusilə Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisi ilə bağlıdır. Təcrübəyə əsasən deyə bilərəm ki, bəzi şagirdlər çox asta danışır, bir qismi auditoriya qarşısına çıxmaq istəmir. Bu kimi hallar onların nitqində qüsurlar əmələ gətirir. 


Təəssüf ki, vaxtında müdaxilə edilməyən belə qüsurlar sonradan vərdiş halını alır. Nəticədə şagirdlər ünsiyyətdən çəkinirlər. Onların bəziləri hətta "Niyə ünsiyyət qurmursan”, "Niyə dostun yoxdur” suallarına "Söhbət etməyə adam tapmıram”, "Heç kimə etibar etmirəm”, "Nə haqqında danışacağımı bilmirəm” kimi cavablar verirlər.

 

Aparılan müşahidə və araşdırmalar göstərir ki, şagirdlərin nitqinin səlis olmaması gələcəkdə onların həyatında dərin psixoloji sarsıntılar əmələ gətirir. Məktəblilərdə yeniyetməlik dövründə natamamlıq kompleksi yaranır. Bəzən belə problemlərlə rastlaşan müəllimlər məktəb psixoloquna müraciət etsələr də, 1 nəfər bu işin öhdəsindən gələ bilmir. 


Şagird və valideynlər üçün təlimlər


"Uğur sənin nitqindədir” layihəsi məktəblilərin nitq qüsurlarının aradan qaldırılmasına kompleks yanaşmanı ortaya qoyur. Layihənin əsas məqsədi şagirdlərdə özünü ifadəetmə qabiliyyəti formalaşdırmaq, komplekslərdən azad etmək, ana dilində düzgün, aydın, yığcam, səlis danışmaq vərdişləri yaratmaqdır.


Layihə çərçivəsində psixoloq tərəfindən hazırlanmış meyarlar əsasında şagirdlərin nitq problemləri və yaranma səbəbləri aşkarlanır. Bu çatışmazlıqlar barədə valideynləri maarifləndirmək üçün seminarlar təşkil olunur. Məktəbliləri komplekslərdən azad etmək məqsədilə treninq və art-terapiyalar keçirilir. Nitq təlimçisi xüsusi təlimlər təşkil edir. Tədbirlər hər həftənin şənbə günü 250 nömrəli tam orta məktəbdə keçirilir. 


Kompleksiz, səlis danışan məktəbli


Dekabrın 22-də layihə ilə əlaqədar hesabat xarakterli tədbir təşkil olunacaq. Lakin sonrakı mərhələlərdə də layihədə iştirak edən şagirdlərin dərslərdə və məktəbdə keçiriləcək tədbirlərdəki çıxışları, bu sahədəki nailiyyətləri izləniləcək. Onların əldə etdikləri uğurlara dair videoçarxlar çəkilərək məktəb saytında yerləşdiriləcək.


Ümumilikdə, layihənin nəticəsi olaraq komplekssiz, səlis nitqə malik, bu məsələyə dair müsabiqə və tədbirlərdə könüllü iştirak edərək uğur qazanan şagirdlərin yetişəcəyi gözlənilir.

 

Könül Əliyeva, 250 nömrəli tam orta məktəbin müəllimi




Загрузка...
Həmçinin oxuyun:
Qrant müsabiqəsi üzrə qalib layihələr

Qrant müsabiqəsi üzrə qalib layihələr

Təhsildə innovasiyalar üzrə dəstəklənən layihənin təqdimatı olub

Təhsildə innovasiyalar üzrə dəstəklənən layihənin təqdimatı olub

“Müəllimlər otağı”nda şagirdlər bəyəndikləri dərs metodları haqqında fikirlərini bölüşəcəklər

“Müəllimlər otağı”nda şagirdlər bəyəndikləri dərs metodları haqqında fikirlərini bölüşəcəklər

Məktəblərdə "Gənc Psixoloqlar” mərkəzi yaradılacaq: layihəyə start verildi - FOTOLAR

Məktəblərdə "Gənc Psixoloqlar” mərkəzi yaradılacaq: layihəyə start verildi - FOTOLAR

Xüsusi istedada malik şagirdlər üçün ustad dərsləri davam edir

Xüsusi istedada malik şagirdlər üçün ustad dərsləri davam edir

Təlimçi müəllimlərə təlim keçirilib

Təlimçi müəllimlərə təlim keçirilib

Məktəb psixoloqlarının praktik bilikləri artırılır

Məktəb psixoloqlarının praktik bilikləri artırılır

"Ağsutexçilər" məktəb ərazisində meyvə ağacları əkiblər

"Ağsutexçilər" məktəb ərazisində meyvə ağacları əkiblər

Regionlarda məktəb psixoloqlarının praktik bacarıqları artırılır

Regionlarda məktəb psixoloqlarının praktik bacarıqları artırılır

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Qusar orta məktəbi pilot layihədə qalib olub

Qusar orta məktəbi pilot layihədə qalib olub

Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR

Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR

Təhsil Nazirliyi müsabiqə elan edir

Təhsil Nazirliyi müsabiqə elan edir

Təhsil Nazirliyi tam orta məktəblərə 100 min, müəllimlərə 10 min manata qədər qrant verəcək

Təhsil Nazirliyi tam orta məktəblərə 100 min, müəllimlərə 10 min manata qədər qrant verəcək

Məktəb psixoloqları üçün seminar

Məktəb psixoloqları üçün seminar

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

"Bu yenilik müəllim və məktəblərin inkişafı üçün gözəl imkanlar yaradacaq"/EKSPERTLƏRİN RƏYİ

"Bu yenilik müəllim və məktəblərin inkişafı üçün gözəl imkanlar yaradacaq"/EKSPERTLƏRİN RƏYİ

Bakıdakı məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlandı

Bakıdakı məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlandı

"Bakı məktəbləri dərsliklə tam təmin edilib" - Təhsil İdarəsi

"Bakı məktəbləri dərsliklə tam təmin edilib" - Təhsil İdarəsi

Məktəb direktorları və müəllimlər üçün "Dəyirmi Masa" keçirilib

Məktəb direktorları və müəllimlər üçün "Dəyirmi Masa" keçirilib

Paytaxt məktəblərində ölkəmizdə elan olunan “İnsan hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir

Paytaxt məktəblərində ölkəmizdə elan olunan “İnsan hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

Bakıda birinci sinfə gedəcək uşaqlarla bağlı yeni statistika açıqlanıb

Bakıda birinci sinfə gedəcək uşaqlarla bağlı yeni statistika açıqlanıb