AzTehsil.com

Xəbərlər
06 dekabr 2017
2 449

Bu ali məktəblərin prorektorları attestasiyadan keçiriləcək

Ali məktəb prorektorlarının attestasiyasının keçirilməsi yalnız Təhsil Nazirliyinin (TN) tabeliyində olan təhsil müəssisələrinin prorektorlarına şamil ediləcək.

Aztəhsil.com xəbər verir ki, bunu Trend-ə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov bildirib.

Onun sözlərinə görə, digər nazirlik və komitələrin tabeliyində olan ali məktəblər, eyni zamanda özəl ali təhsil müəssisələrinin prorektorlarının attestasiyadan keçirilməsi TN-nin səlahiyyətinə aid deyil.

Prorektorların attestasiyasının keçirilməsinin hələlik yalnız layihə olduğunu nəzərə çatdıran sektor müdiri əlavə edib ki, layihənin icrasına başlanıldıqda attestasiya ali məktəblərdəki bütün prorektorları əhatə edəcək.

S.Gözəlov qeyd edib ki, təhsil müəssisəsində ideoloji işlə bağlı fəaliyyət göstərən prorektor istisna olmaqla, bütün prorektorlar, yəni təsərrüfat, tədris, elm, tərbiyə işləri üzrə prorektorlar attestasiyadan keçiriləcək:

"Bu, bir növ monitorinq xarakteri daşıyır. Onlara fəaliyyətləri ilə bağlı müəyyən tövsiyələr veriləcək. Ali məktəblərdə kifayət qədər uzun müddət prorektor işləyən şəxslər var. Onların həqiqətən də müəyyən qədər attestasiyasına ehtiyac var. Ancaq bu, layihədir. Attestasiyanın nə zaman keçiriləcəyi, aparılma metodikasının necə olacağı hələ konkretləşdirilməyib. Attestasiya ilə bağlı nazirliyin konkret qərarı olacaq. Qərar qəbul olunduqdan sonra onun keçirilməsi üçün müəyyən meyarlar müəyyənləşdiriləcək".

S.Gözəlov ali məktəblərdə attestasiyaya yalnız prorektorların cəlb edilmə səbəbini də açıqlayıb.

Onun sözlərinə görə, ali məktəblərdəki professor-müəllim heyəti ali təhsil müəssisəsinin özü tərəfindən seçilir:

"Bu məsələ ali məktəblərin özlərinin səlahiyyətinə daxildir. Rektorların təyini Prezident tərəfindən həyata keçirilir. Prorektorlar isə Təhsil Nazirliyi tərəfindən təyin edilir. Ona görə də attestasiyanın prorektorlar üçün aparılması nəzərdə tutulur".

Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyi köçürmə prosesi ilə bağlı tələbələrə müraciət edib

Təhsil Nazirliyi: Yeni yaradılan Bakı Mühəndislik Universitetinin strukturu tam formalaşıb

Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara münasibət bildirib

Ali təhsil müəssisələrinin prorektorları attestasiyadan keçiriləcək

Attestasiyanın keçirilməsi təhsilimizin inkişafına ciddi təsir göstərə bilməz

Ali məktəblərin reytinq və kateqoriyasının müəyyənləşdirilməsi məzunların işlə təminatının daha yüksək səviyyəyə çatmasında vacib rol oynayacaq.

Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi yekunlaşdıqdan sonra attestasiya keçiriləcək.

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri (  AR ƏM-dən çıxarış )

Nazirlik: Qafqaz Universitetindən Bakı Mühəndislik Universitetinə köçürülən tələbələrin diplomları tanınacaq

"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"

Təhsil Nazirliyi Təfəkkür Universitetinin fəaliyyətinin bərpası ilə bağlı fikirlərə münasibət bildirib  Böyüt

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV

DİQQƏT! Keçid balları azaldıldı

DİQQƏT! Keçid balları azaldıldı

Nazirlik: Müəllimlər sertifikasiya və attestasiya nəticəsində işdən azad oluna bilər

Nazirlik:  ali məktəblərə qəbul olunanların bal göstəricisi artıb

Qış imtahan sessiyası bitəndən sonra tələbələr digər universitetlərə köçürüləcək

”Bunu hər dəfə “karusel əməliyyatına” çevirməyə nə ehtiyac var?"

DQ-nin nəticələri   müəllimlər üçün kabusa çevrilməməlidir - Nadir İstafilov

Azərbaycanda elmi işçilər 5 ildən bir attestasiyadan keçəcəklər

Diaqnostik Qiymətləndirmədən keçməyən 50 min müəllimlə bağlı xəbər

"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq

"Bu göstərici digər ölkələrlə müqayisədə də aşağıdır"-Nazirin çıxışı

Ali məktəblərdə elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi qrantlar, ianələr hesabına həyata keçiriləcək