Yeni orfoqrafiya lüğətinin istifadə vaxtı məlum oldu
"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti yeni orfoqrafiya lüğətinin yaradılması ilə bağlı Orfoqrafiya komissiyası yaradıb”.
Aztəhsil.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli modern.az-a açıqlamasında deyib.
O bildirib ki, komissiyaya Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə rəhbərlik edir:
"Orfoqrafiya komissiyasına həmçinin akademiyanın dilçi və digər humanitar sahəni təmsil edən əlaqəli akademikləri daxildir. Bundan başqa, Orfoqrafiya komissiyasının ölkə miqyaslı əhəmiyyəti nəzərə alınaraq Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Reklam Agentliyinin, Tərcümə Mərkəzinin və Terminalogiya komissiyasının təmsilçiləri də daxil edilib”.
İ.Həbibbəyli qeyd edib ki, artıq Nəsimi adına Dilçilik İnstitutu yeni orfoqrafiya qaydalarının ilkin layihəsini hazırlayıb:
"Hazırda layihə üzərində təkmilləşmə işi gedir. Bu günlərdə layihə Orfoqrafiya komissiyasının üzvlərinə təqdim olunacaq. Dekabr ayı ərzində Orfoqrafiya Komissiyasının ilk iclası keçiriləcək , lüğətin qaydaları, prinsipləri müzakirə ediləcək.
Layihə müzakirə olunub qəbul ediləndən sonra orfoqrafiya qaydaları təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim olunacaq. Bundan sonra yeni qaydalar əsasında orfoqrafiya lüğətinin hazırlanmasına başlanılacaq”.
Deputatın sözlərinə görə, yeni orfoqrafiya lüğəti 2018-ci ildə xalqın istifadəsinə veriləcək:
"Orfoqrafiya lüğətinə daxil olacaq çoxlu sayda sözlər var ki, onların yazılışı mübahisə doğurur. Buna görə də yeni orfoqrafiya lüğətinin qaydaları tətbiq olunandan sonra Nəsimi adına Dilçilik İnstitutunda mübahisəli məsələlərə baxılacaq. Aprel ayına qədər yeni orfoqrafiya lüğətinin ilkin variantını komissiyanın müzakirəsinə çıxaracağıq.
İnanıram ki, 2018-ci ildə yeni orfoqrafiya qaydaları əsasında Azərbaycan dilinin müstəqillik dövründə ilk orfoqrafiya lüğəti xalqın istifadəsinə veriləcək”.


Professor: “Ən yeni Azərbaycan dili”nin qrammatikası yazılmalıdır

YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

“Bu alimlər də evlə təmin olunacaq” – Akif Əlizadə

Dövlət Dil Komissiyası hansı işləri görəcək? - Qurumun üzvləri DANIŞDILAR

"Problemlərin aradan qaldırılması üçün mükəmməl Orfoepiya lüğətinə ehtiyac var"- MÜTƏXƏSSİS

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

Dilçi alimdən tənqidçiyə “dullama” - CAVABI

Yeni orfoqrafiya lüğətinin tərtib olunması prinsiplərini Nazirlər Kabineti təsdiqləyəcək

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

AMEA-nın magistr, doktorant və dissertantları arasında inşa müsabiqəsi keçirilir

Magistr, doktorant və dissertantlar üçün müsabiqə: “Ana dilimiz – milli varlığımızdır”

AMEA-da yeni TƏYİNATLAR

Telekanal rəhbərləri cərimələnsinlər! - Dilçilik İnstitutundan yeni TƏKLİF

Ədəbi dil pozuntularına qarşı cərimələrin miqdarı müəyyənləşdirilir

AMEA-nın iki institutuna yeni direktor seçiləcək

Akif Əlizadə: “Magistrlər və doktorantlara mövzu seçiləndə xırdalığa yol verilməməlidir”

Alimlər üçün layihə müsabiqəsi elan edilib

Akademiyanın 70 illik tarixində belə bir təşəbbüs olmayıb

Ali məktəblərdə yeni kredit sistemi ilə tədrisin təşkili proseduru qüvvəyə minib

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

Müəllimlərin sertifikasiyası üçün yeni qaydalar olacaq

Yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində iş aparılır

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı (I-IV siniflər) (STANDARTLAR)