"Müəllimlərin orta aylıq maaşı 465 manatdır" - Təhsil naziri
"3 il davam edən müəllimlərin diaqnostik qiymətləndirilməsi nəticəsində 150 min müəlimin bilik bacarığı yoxlanılıb və onların pedoqoji biliyi barədə ilkin məlumat əldə edilib"
Aztəhsil.com azvision.az-a istinadən xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov dövlət təltiflərinə layiq görülən müəllimlərin mükafatlandırılması mərasimində deyib.
O bildirib ki, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin orta aylıq əmək haqqı 465 manat təşkil edib.
"Bu il 49 min müəllim mərkəzləşdirilmiş imtahan vasitəsilə işə qəbul olmaq üçün müraciət edib. Bu rəqəm 2013-ci illə müqayisədə 3 dəfədən çoxdur. Bundan əlavə bu il 1359 tələbə müəllimlik ixtisasını seçib. Təkcə Azərbaycan Pedoqoji Universiteti üzrə 500-dən çox bal toplayanların sayı 18 dəfə artıb".
M.Cabbarov qeyd edib ki, yaxın gələcəkdə müəllimlərin peşəkarlıq səviyyəsinin arıtırılması əsas prioritetlərdəndir:
"Bu sahədə görülməli işlər çoxdur. Müəllimlərin işdən ayırılmadan təlimə cəlb olunması, bölgələrdə yaxşı təlimçi bazasının yaradılması, yerli təhsil qurumlarının bu işdə aktiv fəaliyyətinin təmin edilməsi, distant ixtisasartırma proqramlarının hazırlanması və təqdim edilməsi, internatura proqramlarının yüksəldilməsi xüsusi əhəmiyyət kəsb edir".