Rektor Prezident təqaüdçüləri ilə görüşüb
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov 2017-ci ildə BANM-ə qəbul olunmuş və göstərdikləri yüksək nəticələrə görə Prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüşüb.
Aztəhsil.com apa-ya istinadən xəbər verir ki, rektor BANM-ə qəbul olmuş prezident təqaüdçülərinin ötən illərə nisbətən iki dəfə çox olduğunu vurğulayıb.
Elmar Qasımov Prezident təqaüdçülərinin Ali məktəbə olan marağını yüksək qiymətləndirib və tələbələrin bu önəmli seçiminin onların gələcək karyerasına böyük bir investisiya olacağını vurğulayıb.
Qeyd edək ki, 2017-ci il 1-ci qrup üzrə 25 prezident təqaüdçüsündən 24-ü BANM-i seçib və bu göstəriciyə əsasən, BANM respublika üzrə birincidir. Prezident təqaüdçüləri arasında 7 nəfər 700 balla qəbul olmuş tələbədir. Təqaüdçülərin ixtisas seçimində verdiyi üstünlük isə Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi olub. Bu ixtisas respublikada "İlin ixtisası” olub.