AzTehsil.com


Xəbərlər / Hekayələr
27 may 2016
3 445


Hekayə )) «Nə qədər bilsən bil, söylədiklərin qarşıdakının anladığı qədərdir.»



Hekayə ))  «Nə qədər bilsən bil, söylədiklərin qarşıdakının anladığı qədərdir.»Bir professor konfrans vermək üzrə salona girmiş. Amma baxmış ki salonda, qabaq sırada oturan at baxıcısıdan başqa adam yoxdur. Danışıb danışmama mövzusunda tərəddüdə düşən professor at baxıcısınadan  soruşmuş:
-Buradakı tək adam sənsən. Sənə görə danışmalıyam, yoxsa danışmamalıyam?  At baxıcısı cavab vermiş: -Müəllim mən sadə bir insanam, bu mövzulardan anlamam. Lakin axıra gəlsəydim və bütün atların qaçıb bir dənəsinin tək qaldığını görsəydim, yenə də onu bəsləyərdim. 
Bu sözlərə haqq verən professor konfransa başlamış. İki saat danışmış dayanmış, konfransdan sonra da özünü xoşbəxt hiss etmiş, dinləyicisinin də konfransın çox yaxşı olduğunu təsdiqlənməsini istəyərək soruşmuş: -Danışmamı necə idi? At baxıcısı cavab vermiş: 
-Müəllim sənə daha əvvəl sadə bir adam olduğumu və bu mövzulardan çox anlamadığımı söyləmişdim. Yenə də əgər axıra gəlir, biri xaricində bütün atların qaçdığını görsəydim, onu bəsləyərdim; amma əlimdəki bütün yemi ona verib də heyvanı çatlatmazdım.   «Nə qədər bilsən bil, söylədiklərin qarşıdakının anladığı qədərdir.» 



Загрузка...