Emin Əmrullayev məktəblərdə baş verən hadisələrlə bağlı brifinq keçirəcək
“Azərbaycan məktəblərində baş verən bütün hadisələr araşdırılır”.
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev son günlər məktəblərlə bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib.
O qeyd edib ki, məktəblərdə baş verən hadisələr təsdiqini tapdığı zaman tədbir görülür. Nazir əlavə edib ki, bir neçə gün sonra brifinq keçirib, məktəblərlə bağlı suallara cavab verəcək.