Prezidentdən ad günü hədiyyəsi almış Ümid Həbibov təəssüratlarını bölüşdü - VİDEO
Baku TV-də yayımlanan “Aydın tarix” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayının qonağı 2014-cü ildə Prezident İlham Əliyevi öz ad gününə dəvət edən Ümid Həbibov olub.
11 yaşında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə özünə ad günü keçirən Ü.Həbibov 9 il sonra təəssüratlarını bölüşüb:
“2015-ci ilin fevral ayında cənab Prezidentə məktub yazaraq onu ad günümə dəvət etdim. Doğum günümə - martın 19-na bir-iki gün qalmış cavab gəldi ki, Bakıya gəl, cənab Prezident və Mehriban xanım səni Prezident sarayında ad günü münasibətilə qəbul edəcəklər. Həqiqətən, bu, nadir ölkə başçılarının etdiyi hərəkət idi”.
Ümid Prezidentin ona doğum günündə saat hədiyyə etdiyini və onu hələ də xatirə kimi saxladığını deyib:
“Həmin saat həyatımda mənim üçün xoşbəxtlik simvoludur”.
O, görüş zamanı dövlət başçısına verdiyi sözü tutduğunu və ölkəmizi istər regional, istərsə də beynəlxalq arenada layiqincə təmsil etdiyini söyləyib:
“Həmin vaxt cənab Prezidentə söz vermişdim ki, gələcəkdə ADA Universitetinə daxil olmaq istəyirəm. Hazırda həmin universitetdə iqtisadiyyat ixtisası üzrə təhsil alıram və cənab Prezidentin mənə göstərdiyi etimadı sona qədər doğrultmağa çalışıram. Bu, mənim həyatımın məqsədidir”.
Ətraflı süjetdə: