Balakən rayon təhsil sektorunun müdiri vəzifəsindən azad edilib
Şəki - Zaqatala Regional Təhsil İdarəsi üzrə Balakən rayon təhsil sektorunun müdiri Elvin Mustafayev vəzifəsindən azad edilib.
Aztehsil.com xəbər verir ki, ilkin məlumata görə, E.Mustafayev onunla bağlanan əmək müqaviləsinin müddəti bitdiyi üçün işinə xitam verilib.
Məlumat üçün bildirək ki, Elvin Mustafayev Şəki - Zaqatala Regional Təhsil İdarəsində yeni vəzifəyə təyin olunub.