Bədbəxt hadisə nəticəsində ölən məktəblinin əmisi: “Qardaşı ilə dərsə gedirdi” - VİDEO
Zərdabda yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edən məktəblinin yaxınları danışıblar.
Qəza nəticəsində vəfat edən Nurayın əmisi bildirib ki, hadisə zamanı sürücü avtomobili yüksək sürətlə idarə edib:
“İkinci sinifdə təhsil alan Nuray qardaşı ilə birikdə dərsə gedirdi. Bədbəxt hadisə nəticəsində qardaşı kənara çəkilib. Lakin Nurayı avtomobil vurub”.
Qeyd edək ki, VAZ-2107 markalı avtomobilin sürücüsü - 46 yaşlı Tapdıq Feyzullayev idarə etdiyi avtomobillə kənd sakini yeddi yaşlı Nuray Zülfüqarlını vurub. Ağır bədən xəsarəti alan azyaşlı hadisəni törədən sürücünün köməyi ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Ətraflı Baku TV-nin süjetində: