AzTehsil.com

Xəbərlər / Müəllim
07 oktyabr 2023
1 486

Elşən Qafarov: Elə müəllimlər var ki, mənzil şəraitinə görə övladını evləndirə bilmir

Təhsil üzrə ekspert bildirib ki, məktəbdə pul yığılırsa, iki günahkar var: biri direktor, digəri isə valideyndir.

Hazırda Azərbaycanda 200 mindən artıq müəllim çalışır ki, bunun da təxminən 70 faizi ümumtəhsil məktəblərinin payına düşür. Hər bir ölkənin gücü onun insan kapitalına bağlıdır. Təhsilin, müəllimlərin əsas vəzifəsi insan kapitalı yetişdirməkdir. Son on ildə təhsildə müəyyən islahatlar gedir, lakin qarşıda görüləcək işlər çoxdur. Təhsil sahəsində müəyyən araşdırmalar aparılmalıdır, ehtiyaclar öyrənilməlidir və mövcud neqativ hallar aradan qaldırılmalıdır.

Bunu Sputnik Azərbaycan-ın qonağı, təhsil üzə ekspert Elşən Qafarov 5 oktyabr Beynəlxalq Müəllim Günü ilə bağlı danışarkən deyib.

Müəllim rifahının yaxşılaşdırılması üçün nələr edilməlidir?

Müəllimlərin sosial vəziyyətindən danışan ekspert bildirir ki, Azərbaycan müəlliminin rihafı nə qədər artsa da, azdır:

“Repetitorluq, kölgə təhsilinin Azərbaycan təhsilinə vurduğu ziyanları azaltmaq üçün müəllimin əmək haqqısının yenidən artırılmasına ehtiyac var. Müəllimlərin mənzil şəraitinin daha da yaxşılaşdırılması, onlara faizsiz ipotekaların verilməsi arzuolunandır. Elə müəllimlər var ki, mənzil şəraitinə görə övladını evləndirə bilmir. Lakin rifahla yanaşı Azərbaycan müəlliminin peşəkarlıq səviyyəsi də artırılmalıdır. Bu iki amil bir-birini tamamlamalıdır. Təəssüflər olsun ki, Azərbaycan müəlliminin peşəkarlığı ölkənin inkişaf səviyyəsinə uyğun deyil”.

“Problemlərə gəldikdə isə, təhsil elə bir sahədir ki, burada problemlər heç zaman bitməyəcək”, – deyə o, əlavə edib.

Sertifikasiya təhsilə nə qazandırır?

Müəllimlərin sertifikasiyadan keçməsini müsbət hal kimi dəyərləndirən ekspert qeyd edir ki, bu proses 2026-cı ilədək başa çatmalıdır:

“Sertifikatlaşmanın keçirilməsində məqsəd müəllimlərin peşəkarlığını yoxlamaqdır. Düşünürəm ki, müəllim peşəsinə uyğun olmayan şəxslərlə yollar ayrılacaq”.

Müəllimə gül-çiçək hədiyyə edilməlidirmi?

Ekspert deyir ki, Elm və Təhsil Nazirliyinin müəllimlər günü ilə bağlı paylaşımı onda təəssüf hissi yaradıb:

“Müəllimə top-tüfəng deyil, gül-çiçək hədiyyə edərlər. Müəllim elə bir şəxsdir ki, təkcə 5 oktyabrda deyil, ilboyu diqqətdə olmalıdır. Müəllimin ən böyük hədiyyəsi diqqət və ehtiramdır. Amma istənilən halda müəllim günü ilə bağlı pul yığmaq yolverilməzdir. Məktəbdə pul yığılırsa, iki günahkar var: biri direktor, digəri isə valideyndir. Amma etiraf edək ki, bizim şəffaf işləyən və nümunə götürüləcək məktəb direktorlarının da sayı az deyil. Müəllim üçün ən gözəl hədiyyə şagirdlərin açıqcalarıdır”.

Загрузка...
Həmçinin oxuyun:
Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Repetitor olmasa, təhsildə nə dəyişər? - Hətta nazir də bunu etiraf edib...

Repetitor olmasa, təhsildə nə dəyişər? - Hətta nazir də bunu etiraf edib...

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ NƏLƏR BAŞ VERİR?!

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ NƏLƏR BAŞ VERİR?!

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, litseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat-  Bu təlimat 1 yanvar 1997-ci ildən tətbiq edilir.

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat- Bu təlimat 1 yanvar 1997-ci ildən tətbiq edilir.

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair 1997-ci il Təlimatı

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair 1997-ci il Təlimatı

II qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin nəzərinə!

II qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin nəzərinə!

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ