Müəllim ordusunda 34 il qulluq edən bir müəllimin məsləhəti.
Qəlbim doludu, düşündüm ki, yazmasam, fikirlərimi bölüşməsəm...sakitləşməyəcəm.
Müəllim peşəsi- peşələrin ən alisidir! Bütün peşələrin sahibi...ilk öncə müəllim qarşısından, müəllim tərbiyəsindən, müəllim əlindən keçir. Sözüm...ilk dəfə olaraq jurnal götürüb sinif otağına girən gənc müəllimlərədir! Qızım və oğlum! Sevin peşənizi... qarşınızda məsum, saf, sizdən örnək, bilik almaq istəyən körpələr var.
Onlar- ağ vərəqdirlər. O vərəqə - səhv də yazsan, düz də yazsan...hopacaq. Vicdanınızı qarşınıza qoyun, çalışın ki, düz yazın! Allahınızı unutmayın! Çünki, hər kəsin Allahı...öz vicdanıdır. Daim axtarlşda olun. Çünki, uşaq və ya şagird...hər gün müəllimdən yenilik gözləyir: " Görəsən, müəllim bizə bu gün nə keçəcək?!" - deyə düşünür. Onların bu arzularını ürəklərində qoymayın. Ən sadə dildə izah edin. İmkan verin ki, başa düşsünlər. Dönə dönə soruşun... Bəlkə biri utandığından bir küncə qısılıb...Əlindən tutun, irəli çəkin... Bəlkə biri ailə problemindən qorxuya düşüb... sevin, sakitləşdirin, ana qayğısı göstərin...axı onlar körpədirlər... Daim onların maraq dairələrini düşünün. Psuxoloji söhbətlər aparın. Maraqlı, əyləncəli, mıntiqi düşüncəyə mənsub, kollektiv şəkildə olan dərslər qurmağa çalışın. Çünki, onların istiqbalı siz- gənc müəllimlərin əlindədir. Biz- yaşlı müəllimlər estafeti sizlərə veririk. Xalqımıza, dövlətimizə, vətənimizə layiqli övladlar, savadlı, tərbiyəli, Vətən sevgisi ilə dolu övladlar yetişdirin... Bu söhbətimdən irəli gələrək, Müəllim ordusunda 34 il qulluq edən bir müəllim kimi, gənc müəllimlər- sizləri, eləcə də bütün həmkarlarımı qarşıdan gələn "Bilik günü" münasibəti ilə ürəkdən təbrik edirəm!
Hörmətlə: Cumalıyeva Aytən Mahir qızı