Sertifikatlaşdırma imtahanı orta aylıq əməkhaqqına təsir edəcək?
Elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma imtahanının orta aylıq əməkhaqqı məbləğinə təsirindən danışıb.
Bunu nazir ADA Universitetində sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşü zamanı bildirib.
Onun sözlərinə görə, hazırda orta aylıq əməkhaqqı 830 manat təşkil edir:
“Sertifikasiya imtahanında yüksək nəticə göstərənlər üzrə 35 faiz əlavə alanlar 1270 manat, 10 faiz əlavə alanlar 1030 manat, imtahanda iştirak etməyən heyət üzvləri 750 manat alırlar.
Çalışırıq ki, əməkhaqqı artımına bundan sonra da nail olaq”.