AzTehsil.com
RU


Xəbərlər / Psixoloq
20 iyun 2023
946


Uşaqlar niyə oğurluq edirlər?




Pula düşkün olmaq, xəsislik, qısqanclıq və rəqabət hissləri də oğurluğa səbəb ola bilər


Çox zaman uşaqlarımız evə başqalarının əşyalarını, oyuncaqlarını, dəftər-kitablarını gətirirlər. Başqalarının əşyalarını alma, götürmə, oğurlama, mənimsəmə kimi hallar 5 yaşına kimi normal qarşılana bilər. Çünki uşaqlar dünyaya gəldikləri zaman onlarda mülkiyyət anlayışı olmur. Bu səbəbdən ətraflarında gördükləri, xoşlarına gələn əşyaları götürüb mənimsəyə bilirlər.


Məktəbyaşlı uşaqlarda oğurluq vərdişi isə bir qədər ciddiyə alınmalıdır. Mütəxəssislər bildirirlər ki, 10 yaşından sonra oğurluq halları davamlı baş verərsə, bu, davranış pozuntusu kimi qiymətləndirilməli və mütəxəssisə müraciət edilməlidir.


Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, uşaqlar çox zaman öz oğurluq vərdişlərini başqa cür qələmə verməyə çalışırlar. "Rəfiqəmdən aldım", "elə-belə götürmüşəm", "oynayıb qaytaracağam" və s. bu kimi ifadələr işlədən uşaqlar oğurluqla bərabər yalan danışmağa da alışırlar. 3-6 yaş arası uşaqlar getdikləri evlərdə, bağçada gördükləri oyuncaqları, əşyaları götürməyə çəkinməz, özününkü hesab edərlər. "Məsələn, 2 yaşında bir uşaq hər şeyin ona aid olduğunu düşünər və ətrafında gördüyü, bəyəndiyi hər şeyi götürər. Bu yaşda uşaq üçün "sənin", "mənim", "onun" ifadələri keçərsizdir. Uşaq zamanla ona aid olanla aid olmayanı fərqləndirməyə başlayır. 3-4 yaşında uşaqlar əşyaların başqasına aid olduğunu dərk edər, "götürmək olmaz" ifadəsini anlayar, amma özü ilə bacarmaz, götürər".


Bu yaşda uşaqlara "oğru" demək düzgün deyil. Oğurluğu vərdiş halını almış 10 yaşından yuxarı uşaqlara bu sözü demək mümkündür.


Mütəxəssislərə görə, uşaqların oğurluq etməsinin müxtəlif səbəbləri var ki, bu da valideynlərdən çox asılıdır. Ana-atanın uşağın ehtiyaclarını qarşılamaması, valideynlərin uşaqlara yetərli sevgi və diqqət göstərməməsi, yetərli sevgi görmədiyi üçün ana-atanın diqqətini öz üzərinə çəkmə istəyi, mülkiyyət qavramının qazanılmaması, ətrafında oğurluq edən kiminsə olması oğurluq etməyə səbəb ola bilər. Oğurluq etmək hissinin güclü olması, oğurlayarkən hiss etdiyi həyəcanı yenidən yaşama istəyi kimi vəziyyətlər də uşaqlarda oğurluq davranışının yaranmasına səbəb olur.


Psixoloqa görə, bəzi uşaqlar dost qazanmaq üçün oğurluq edər, oğurladığını onlarla bölüşərlər ki, dostları çox olsun. Pula düşkün olmaq, xəsislik, qısqanclıq və rəqabət hissləri də oğurluğa səbəb ola bilər. Uşaqlarda bu halın qarşısını almaq üçün ana-ata uşağa yetərli zaman ayırmalı, ona yetərli qayğı və diqqət göstərməlidirlər. Uşağın bütün ehtiyacları ödənilməli, onların əşyaları icazəsiz götürülməməlidir. Uşağın evdə özünə aid otağı və əşyalarının olması mütləqdir. Uşağa oğurluq və bir şeyi icazəsiz götürmə arasındakı fərq öyrədilməlidir. Uşaqlara bir şey istədiyində icazə almaq vərdişi aşılanmalıdır. Uşaqlara harasa gedərkən özünü aparmaq qaydaları başa salınmalıdır.


"Uşağın oğurluq etdiyi zaman onu ələ salmaq, utandırmaq düzgün deyil. Oğurluq edən uşaq cəzalandırılmamalı, başqalarının yanında bu əməli ortaya qoyulmamalı, onunla normal davranılmalıdır. Bu davranışın ortaya çıxmasına yol açan səbəblər araşdırılmalı və aradan qaldırılmalıdır" deyən həmsöhbətimizin sözlərinə görə, uşağın oğurluq etdiyi məlum olan zaman sakit olmaq, aqressiya göstərməmək lazımdır. Uşaqla danışıb oğurlanan əşyanı sahibinə qaytarmaq və bu problemə çözüm axtarmaq lazımdır.


A.Əlibəylinin dediyinə görə, zamanla uşağa oğurluğun cinayət olduğunu başa salmaq lazımdır. Əks halda əli və şüuru öyrənən uşaq bu cinayətin qurbanına çevrilə bilər.


Uşaq QHT Alyansının sədri Nazir Quliyevin sözlərinə görə, ümumiyyətlə, uşaqlar cinayət işlərkən bunu şüurlu surətdə etmirlər. "Uşaqlar öz hüquqlarını bilmədikləri, ümumiyyətlə, hüquqdan xəbərdar olmadıqları və oğurluğun cinayət olduğunu bilmədiklərindən bu addımı atırlar. Ailədə uşaqlar nadir halda oğurluq edir. Edirsə də bu, çox az olur və zamanla keçir. Küçə uşaqlarında isə bu hal çox geniş yayılıb. Bu, gələcəkdə oğruların sayının artması deməkdir".


Qeyd edək ki, 14 yaşından böyük uşaqlar oğurluğa və digər cinayətlərə görə məsuliyyətə cəlb edilirlər. Cinayət Məcəlləsinin 171-ci maddəsinə görə, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Ekspress.az




Загрузка...
Həmçinin oxuyun:
Övladlığa götürmənin ŞƏRTLƏRİ

Övladlığa götürmənin ŞƏRTLƏRİ

Uşaqlar niyə yalan danışır?

Uşaqlar niyə yalan danışır?

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

BU DÖVRDƏ YARANAN MƏNFİ HALLAR.

BU DÖVRDƏ YARANAN MƏNFİ HALLAR.

KİÇİK YAŞLI MƏKTƏBLİLƏRİN EMOSİONAL İNKİŞAFI - BU DÖVRDƏ YARANAN MƏNFİ HALLAR

KİÇİK YAŞLI MƏKTƏBLİLƏRİN EMOSİONAL İNKİŞAFI - BU DÖVRDƏ YARANAN MƏNFİ HALLAR

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Uşaqlarda davranış pozuntuları: valideynlər nə etməli? - Psixoloq rəyi

Uşaqlarda davranış pozuntuları: valideynlər nə etməli? - Psixoloq rəyi

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı

Yalan danışan uşağa necə davranmalı?

Yalan danışan uşağa necə davranmalı?

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı?

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı?

Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi

Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi

Liderlik keyfiyyətini necə yaratmalı

Liderlik keyfiyyətini necə yaratmalı

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

ADPU-nun əməkdaşı Aynur Abdullayeva ADPU-nun baza məktəbində təlim keçdi

ADPU-nun əməkdaşı Aynur Abdullayeva ADPU-nun baza məktəbində təlim keçdi

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Uşaqların dərs yükü onların yaşına uyğun olmalıdır

Uşaqların dərs yükü onların yaşına uyğun olmalıdır

"Azərbaycanda psixoloq və loqopedlərin 90%-i dələduzdur" - İnsanlar necə aldadılır? - MÜSAHİBƏ

"Azərbaycanda psixoloq və loqopedlərin 90%-i dələduzdur" - İnsanlar necə aldadılır? - MÜSAHİBƏ

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Uşağınız yalan danışır? Belə davranın

Uşağınız yalan danışır? Belə davranın