AzTehsil.com


Xəbərlər / Ekspert
01 iyun 2023
873


Nadir İsrafilov: “Yəni, bu “1 sentyabr düyünü”nü açmaq bu qədərmi çətindir…?




“Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.”



Heydər Əliyev.

 

Kimin  yarızarafat, yarı gerçək qəbul etməsindən asılı olmayaraq, son günlər "1 sentyabr labirinti" ətrafında yenidən cərəyan edən mübahisə və mükalimələr mənə sanki, son dərəcə dəyərli və ibrətamiz filmlərimizdən olan “Axırıncı aşırım”dakı təxmini yadımda qalan bir dialoqu xatırladır:

- Hə, necəsən, qəmsəmol? Ağlın başıva gəldi? Sən hələ uşaqsan bala, aldadıb yolundan çıxarıblar səni. Eybi yoxdur, ağıllanarsan. Əəə… Rəşid, tüfəngini ver ona… Tüfəngi götür, keç bizim tərəfə.

– Niyə dinmirsən…?

– Mən satqın deyiləm Kərbəlayi.

– Bıy…, satqın niyə olursan. Əvvəl səhv eləmisən, indi başa düşürsən ki, yaxşı iş görməmisən. Mən də səni öldürmürəm, bağışlayıram…

 

İndi Kərbəlayı İsmayılın sözü olmasın, haçansa, 5-10 il bundan qabaq  havaların bir balaca istiləşməsindən  narahatçılıq keçirib, kimin və ya kimlərinsə qeyri-mücərrəd təfəkkürünün məhsuluna əsaslanıb, bir səhvə yol vermişik, nə olar, heç olmasa indi də olsa səhvimizi düzəldək. Bir də ki, axı millət də, millətin vəkilləri də bundan narahatçılıq keçirir:  

Bir də ki, “Bu, indi səslənən istək və ya təklif deyil. Bu, dəfələrlə rəsmi məqamlara göndərdiyimiz tələbdir. Həmişə gecikirik. Təhsil nazirimizi birmənalı dəstəkləyirəm. İctimai dəstək verməliyik ki, söz olaraq ortada qalmasın” ; “Mən də Fazil Mustafanın fikirləri ilə razıyam. Burada mərkəzi icra hakimiyyətinin rəyi nəzərə alınmalıdır. Havanın istiləşməsini, insanların yanaşmasını nəzərə alaraq tədrisin sentyabrın 1-i başlayıb, mayın sonunda bitməsi daha uyğun variantdır” ; “Heç kimə sirr deyil ki, tədris ili iyunun 15-də başa çatsa da, may ayının ortalarından sonra məktəblərin yuxarı siniflərində dərslər demək olar keçirilmir. Bunun da bəlli səbəbləri var. Ali məktəblərə imtahan vermiş abituriyentlər yenidən məktəbdə parta arxasına gəlmirlər. Belə vəziyyətdən çıxış yolu nədir? Hesab edirəm ki, ilk növbədə tədris ili 1 sentyabr tarixindən başlamalı və may ayının sonlarında başa çatmalıdır. Əgər bu qayda tətbiq olunarsa, şagirdlərimiz daha çox məktəbdə iştirak edər, nizam-intizam yaranar və dərslərin keyfiyyəti yaxşılaşar” ; "Əslində, bir çox ölkələrdə belədir. Düzdür, bəzi ölkələrdə fərqli də başlayır, amma əksər ölkələrdə müxtəlif formada olsa da, mən düşünürəm ki, Azərbaycan reallığında hazırda ən uyğunu elə sentyabrın 1-dən başlanılmasıdır. Doğru seçim elə dərslərin sentyabrın 1-i başlayıb, mayın sonu bitməsidir.”  Daha kimlər nə deyib və nələr deməyiblər...

Bir daha xatırlatmaqaq yerinə düşərdi ki, artıq on ilə yaxınlaşmaq üzrəyik ki, ölkədə dərs ilinin müddəti dəyişdirilib. Belə ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarının icrası ilə 2015-ci ildən etibarən ümumtəhsil məktəbində dərslər sentyabrın 15-də başlayıb, iyunun 14-də bitir. Dəyişikliyin əsas məqsədi şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühiti yaradılması göstərilib. Beləliklə, dərs ilinin müddətinin neçə ildir ki, dəyişdirilməsinə baxmayaraq, məsələ ilə bağlı narazılıqlar bitmir ki, bitmir. İstər-istəməz sual yaranır. Yəni, bu “1 sentyabr düyünü”nü açmaq bu qədərmi çətindir…?

 

Bəzi saytların manşetə belə çıxardıqları “Azərbaycan təhsil sisteminə etiraz - valideynlər ayağa qalxdı” kimi başlıqlı yazılar, “müəllimlər, həm şagirdlər, həm də valideynlər yay müddəti üçün işlərini normal planlaşdıra bilmirlər” kimi statuslar və sosial şəbəkələrdəki digər paylaşmalarda valideynlər təhsil müddətinə etiraz edirdilər. Hətta dərs müddətinin 1 sentyabr- 25 may arasında keçirilməsini tələb edən petisiya belə hazırlanmışdı. Petisiyada bu tarixlərin müəllimə də, şagirdə də, valideynə də sərf etməsi, üstəlik, tədrisin keyfiyyətinə də müsbət təsir göstərməsi bildirilirdi.

Axı, görəsən uzun illərdən bəri alışdığımız ənənəvi “Bilik günü”nü 15 gün geriyə çəkməklə nəyə nail olduq, bundan qazancımız və ya itirdiyimiz nə oldu? Absurd dəyişikliyin nəticələrini təhlil edib, yaxşısını, pisini üzə çıxaran oldumu? Axı bu da milli ənənə olmasa da, uzun illərin sınağından çıxmış bir təcrübə idi. Əgər bütün dövrlərə dair adət və ənənələrimizə hörmətlə yanaşırıqsa, təhsil sahəsində qazandıqlarımızı “Sovet” və ya “Cümhuriyyət” dövrlərinə bölüb, bu ənənələrə biganə yanaşmaq ən yaxşı halda unutqanlıqdan başqa bir şey deyildi. Hələ müstəqilliyimizin ilk illərində qəbul edilmiş, 15 iyun 1999-cu il tarixdə təsdiq olunmuş  - “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nın məqsədi - “Təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsilin forma və məzmunca yeniləşməsinə nail olmaq” - əsas və başlıca vəzifəmiz olmalı idi.

Əgər, bu ötən illər ərzində Təhsil Nazirliyi “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi barədə 2004-cü il avqust qərarına və dəyişikliyin əsas məqsədinin şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühiti yaradılması arqumentinə əsaslanırdısa, təlim yükü azaldlmı? Dərs günlərinin sayının artırılması təlimin keyfiyyətinin yüksəlməsinə hər hansı bir təsir göstərdimi? Yoxsa, bu müddət ərzində repetitor yanına, əlavə olaraq hazırlıq kurslarına gedən şagirdlərimizin sayı azaldı? Bəkə, şagirdlərin təlim yükünün azaldılmasını dərs günlərinin sayının artırılması hesabına deyil, təhsil proqramlarındakı ikinci, üçüncü dərəcəli qəliz və lazımsız materialların sıxışdırılması yolu ilə də həll etmək daha faydalı olardı?

Yaranmış vəziyyətə bir daha aydınlıq gətirmək üçün hər ehtimala qarşı Facebook sosial şəbəkəsindəki şəxsi  profilimdə dərs ilinin başlanmasına dair 3 variantdan ən optimal olanı hansı olması barədə kiçik sorğu keçirdim:  A) Əvvəlki (1 sentyabr – 25 may) ; B) İndiki (15 sentyabr – 15 iyun) ; C) Gözlənti (1 sentyabr – 15 iyun) Sorğuda iştirak edənlərin 99, 9 faizi - A) Əvvəlki (1 sentyabr – 25 may) variantını seçdi. Yaxşı, bir halda ki, hətta, nazir də etiraf edirsə ki, uşaqlar indi daha az məktəbə gedirlər… Məktəblərdə sentyabrın 1-dən tədrisin başlaması daha uyğun olar.” Onun sözlərinə görə, tədris ili nə qədər uzun olarsa, uşaqların gələcəyi üçün daha yaxşı olar. Olsun. Dərs ilini daha 2 həftə uzadaq. Bundan təhsilimizin nə əksiyi çıxacaq, nə də artığı olacaq. Təki, nəsə edək, uzun illərdən bəri davam edən müzakirələrə son qoyaq.

Bir də ki, nə qədər ki, dərs ili başa çatmamış imtahanlar keçiriləcək - bir o qədər söz-söhbətlərin də arası kəsilməyəcək. Bununla DİM-in dərs ili başa çatmamış imtahanlar keçirməsini zəruri edən qrafikində yaranan sıxlıq problemi də həll olunmuş olar. Əks təqdirdə 25 və 31 may tarixləri – yaddaşlardan silinməyən "Son zəng"  günləri - bir çoxları üçün hələ uzun illər nostalji hiss  olaraq qalacaq...

 

Nadir İsrafilov, Təhsil eksperti




Загрузка...
Həmçinin oxuyun:
"Təhsilə marağın azalmasının əsas “baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir"

"Təhsilə marağın azalmasının əsas “baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir"

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

"İm­ta­han­sız ali təh­sil mü­əs­si­sə­lə­ri­nə qə­bul müs­bət nə­ti­cə ve­rə bil­məz"-ekspertlərin rəyi

"İm­ta­han­sız ali təh­sil mü­əs­si­sə­lə­ri­nə qə­bul müs­bət nə­ti­cə ve­rə bil­məz"-ekspertlərin rəyi

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Daha bir kitabda biabırçılıq! Nigar Koroğluya: “Kişisənsə, İstanbula gəlib məni…”

Daha bir kitabda biabırçılıq! Nigar Koroğluya: “Kişisənsə, İstanbula gəlib məni…”

"Direktor yox idi. Əvəzləyici var idi." ZORLANAN MƏKTƏBLİNİN acı hekayəsi

"Direktor yox idi. Əvəzləyici var idi." ZORLANAN MƏKTƏBLİNİN acı hekayəsi

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

Səhər tezdən ağız və burnunu günəşə verən kimi virus ölüb gedir – Rəşid Mahmudovla MÜSAHİBƏ

Səhər tezdən ağız və burnunu günəşə verən kimi virus ölüb gedir – Rəşid Mahmudovla MÜSAHİBƏ

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

Nadir İsrafilov: “Kənddə müəllim işləməyə xüsusi sevgim, marağım var idi”

Nadir İsrafilov: “Kənddə müəllim işləməyə xüsusi sevgim, marağım var idi”

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Allahın səsi - Könül İsayeva Səlimli

Allahın səsi - Könül İsayeva Səlimli

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Şah İsmayılın qanında xristian qanı axır? - Cavab

Şah İsmayılın qanında xristian qanı axır? - Cavab