AzTehsil.com


Xəbərlər / Ekspert
15 may 2023
717


“Təhsilimizin bəlası”, “Zehni əməyin qara bazarı”, “kölgə təhsilinin atributu”- TƏHSİL EKSPERTİ DANIŞDI




"Repetitorluqla bağlı məsələlərə birmənalı yanaşmaq düzgün mövqe ola bilməz. Bir mənalı şəkildə demək olmaz ki, maksimal bal toplayanlarn hamısı repetitor xidmətindən istifadə ediblər. Eynilə, onu da demək olmaz ki, "Repetitor yanına getməmişəm” deyənlərin hamısı öz etiraflarında səmimidirlər". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.


Nadir İsrafilov sözlərinə belə davam edib: "Ümumiyyətlə götürdükdə, əksər yüksək bal toplayanların repetitor xidmətindən istifadə etməsi barədə cəmiyyətdə yaranan təsəvvürlər heçdən və nahaqdan yaranmayıb. Heç də əbəs deyil ki, uzun illərdən bəri geniş cəmiyyətin müəyyən qrupu arasında “təhsilimiz repetitorların çiynində inkişaf edir” kimi təsəvvürlər formalaşıb. Bununla belə öz təcrübəsinə əsaslanan mənim kimi bir çoxları şahidi olmamış deyillər ki, hətta ucqar regionlarımızdan belə repetitor yanına getmədən yüksək balla hətta xarici dövlətlərin ən nüfuzlu ali məktəblərinə qəbul olunan xeyli sayda məzunlarımız var.


Bir də ki, yüksək bal toplayanları “repetitor yanına gedənlər” və “repetitor yanına getməyənlər” kimi təsnifatlandırmaq heç də məsələnin həllinə düzgün yanaşma hesab oluna bilməz. “Gedənlərin” və “getməyənlərin” faizini çıxarmağa da lazımı ehtiyac yoxdur. Görünən kəndə nə bələdçi? – deyib atalarımız. Nəticəni dəyərləndirmək üçün səbəblər araşdırılmalı və nəticəyə təsir edən maneələr aradan qaldırılmalıdır. Məsələ ondadır ki, bir sıra xəstəliklərin cavanlaşması kimi, bu qeyri-rəsmi fəaliyyət sahəsi də ildən ilə erkən xarakter alır, getdikcə məktəblilərin daha kiçik yaş qruplarını əhatə edir. Xəstəliyi aradan qaldırmaq üçün xəstəni öldürmək yox, müalicə etmək lazım gəldiyi kimi, repetitorluqdan xilas olmaq üşün də onu ləğv etmək yox, onu doğuran səbəbləri “müalicə” etmək, yəni aradan qaldırmaq lazımdır.


Heç kəsə sirr deyil ki, repetitorluq testin tətbiqi və ali məktəblərə qəbulun ixtisaslar üzrə aparılmasından ortalığa çıxan təzahür olub və getdikcə hətta bəziləri tərəfindən “təhsililimizin bəlası” adlandırılan bir problemə çevrilib. Əgər, təşəkkül tapdığı ilk vaxtlar paytaxtın və bir sıra digər şəhər mərkəzlərinin müəyyən imkanlı ailələri 10-11-ci sinifdə oxuyan övladları üçün repetitor xidmətində maraqlı idilərsə, indi ən ucqar rayon və kəndlərin ən imkansız ailələri belə yuxarı və aşağı sinif fərqindən asılı olmayaraq əlavə müəllim tutmaq, el arasında deyildiyi kimi uşaqlarını müəllim yanına hazırlığa göndərmək zərurətı qarşısında qalıblar. Daha konkret desək, repetitor dəstəyinə yönəlmənin ilkin və başlıca səbəbi, ali məktəbə daxil olmaq sevdası ilə bilavasitə əlaqədardır. Bu mənada nazirin "repetitorluq ləğv edilə bilməz, yalnız tənzimlənə bilər, hər bir insan övladını əlavə dərs üçün müəllim yanına qoya bilər" açıqlaması ilə razılaşmamaq ədalətsizlik olardı.


Nazir bir müddət əvvəl də keçirdiyi brifinqdə repetitorlara tələbatın artması məsələsinə toxunaraq bildirmişdi ki, repetitorluq imtahan sistemi ilə bağlıdır: “Bizdə imtahan rəqabətə bağlıdır. Deyilir ki, təhsildə keyfiyyət yoxdur, ona görə uşaq repetitor yanına gedir. Bir tərəfdən də bildirilir ki, qəbul imtahanının nəticələri aşağıdır. Hamı repetitor yanına gedirsə, qəbul imtahanının nəticələrinin aşağı olmasının səbəbi də repetitordur. Yaxşı nəticə olanda bu, repetitorun olur, pis nəticə olanda isə təhsil sisteminin? Bu nə qədər məntiqli arqumentdir?”.


Brifinqə Emin Əmrullayev təhsilin keyfiyyətinin artırılması istiqamətində işlər aparılacağını da söyləmişdi. Belə çıxır ki, repetitorlara münasibətdə sanki, labirintə girmişik, çıxa bilmirik. Repetitorluğu saxlasaq bunu “Təhsilimizin bəlası”, “Zehni əməyin qara bazarı”, “kölgə təhsilinin atributu” adlandıranların, bu fəaliyyət növünə “məktəbi və onun nüfuzunu xilasetmə vasitəsi” kimi baxanların, “təhsilimiz repetitorların çiynində qərarlaşıb” mövqeyində olanların sayı bir az da artacaq, repetitorluğu ləğv etsək, bu təhsilimiz üşün “bumeranq” effekti yaradacaq, məktəb mühitinin deqredasiyası sürətlənəcək, yüzlərlə kurslar, hazırlıq mərkəzləri fəaliyyətdən kənar qalacaq, minlərlə müəllim əlavə çörək pulundan məhrum olacaq, buraxılış və qəbul imtahanlarının kəsəri azalacaq və s. Beləliklə belə çıxır ki, repetitorlara münasibətdə dilemma qarşısında qalmışıq. Tədris planı və təhsil proqramlarında dəyişiklik etmiriksə və əgər mövcud durumda repetitorluq bu dərəcədə qaçılmazdırsa, məktəblərin reytinqi hələ ki, ali təhsil müəssisələrinə qəbulun nəticələri ilə ölçülürsə, ən yaxşı məktəb də ali təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən müəyyən olunursa, təhsil elitar və eqelitar xarakter alıbsa, repetitorluğu inzibati yollarla aradan qaldırmaq qeyri-mümkündürsə, bəlkə onu sahibkarlıq fəaliyyətinin bir növü kimi rəsmiləşdirmək barədə düşünmək daha məqsədəuyğun olardı. Bu halda, həm məktəb, həm müəllim, həm şagird və valideyn qazanar. Şagird əlavə hazırlıq üçün, artıq məsafə qət etməyib, öz məktəbində, öz müəllimləri ilə məşğul olar. Bir məkandan digər məkana gediş-gəlişlərə son qoyular. Dərsdən yayınma halları nəzərə çarpacaq dərəcədə azalar. Valideynin öz övladının məktəbdə olması barəsində arxayınçılığı tam təmin olunar, onun etdiyi ödənişi kənar mənbələrə deyil, məhz müəllimin, təhsil aldığı məktəbin ehtiyaclarına hesablanar. Müəllim-şagird-valideyn münasibətləri tənzimlənər. Yox, əgər bu variantı da məqbul hesab etmiriksə, digər çıxış yolunu imtahanların sadələşdirilməsində, əksəriyyət üçün daha əlçatan olmasında, imtahan modelinin dəyişdirilməsində, dünyanın bir çox ölkələrində olduğu kimi, təkpilləli vahid imtahan modelinə keçilməsində görürəm. Kimin hansı mövqedə olmasından asılı olmayaraq gəldiyim qənaət ondan ibarətdir ki, repetitorluq bütün faydaları nəzərə alınsa belə məktəb mühitini deqredasiyaya uğradır, yuxarı siniflərdə isə şagirdlərin sosiallaşmasının qarşısını alır. Bunun qarşısının alınması üçün məktəblərdə təhsilin səviyyəsi yüksəldilməli, təhsilverənlər və təhsil alanların öz doğma məktəblərinə qayıtmaları təmin olunmalıdır. Məsələyə məntiqi cəhətdən yanaşsaq belə sual qarşısında qalırıq: "Axı, niyə rəsmi fəaliyyət sahiblərinin görməli olduğu işi, qeyri-rəsmi fəaliyyətlə məşğul olanlar görməlidirlər ...?".




Загрузка...
Həmçinin oxuyun:
Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

Əməyin mühafizəsi haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əməyin mühafizəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsil naziri Balakənin ucqar kəndində yeni inşa edilmiş məktəb binasında yaradılan şəraitlə tanış olub

Təhsil naziri Balakənin ucqar kəndində yeni inşa edilmiş məktəb binasında yaradılan şəraitlə tanış olub

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

Nə qədər ki, test qalacaq, qəbul ixtisas qrupları üzrə aparılacaq, repetitorluq fəaliyyəti də qaçılmaz olacaq

Nə qədər ki, test qalacaq, qəbul ixtisas qrupları üzrə aparılacaq, repetitorluq fəaliyyəti də qaçılmaz olacaq

Nadir İsrafilovdan TƏKLİF

Nadir İsrafilovdan TƏKLİF

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Təhsil Naziri hesabat verdi..“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” hesabat tədbirindən..

Təhsil Naziri hesabat verdi..“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” hesabat tədbirindən..

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

"Repetitorluq xəstəliyi” sürətlə ibtidai sinifləri belə öz ağuşuna alıb

"Repetitorluq xəstəliyi” sürətlə ibtidai sinifləri belə öz ağuşuna alıb

Bu gün təhsilimiz uzun illərdən bəri qazanılmış təcrübənin və toplanmış potensialın təməli üzərində inkişaf edir və daha da təkmilləşır.

Bu gün təhsilimiz uzun illərdən bəri qazanılmış təcrübənin və toplanmış potensialın təməli üzərində inkişaf edir və daha da təkmilləşır.

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Repetitor olmasa, təhsildə nə dəyişər? - Hətta nazir də bunu etiraf edib...

Repetitor olmasa, təhsildə nə dəyişər? - Hətta nazir də bunu etiraf edib...

Nadir İsrafilov - Bu “repetitorluq xəstəliyi” sürətlə ibtidai sinifləri belə öz ağuşuna alıb.

Nadir İsrafilov - Bu “repetitorluq xəstəliyi” sürətlə ibtidai sinifləri belə öz ağuşuna alıb.

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R