2 uşağını 150 min dollara satmaq istəyən valideynlər saxlandı
İraqda bir ailə uşaqlarını 150 min dollara satmaq istəyərkən cinayət başında yaxalanıb.
Məlumata görə, 2 uşağını 150 min dollara satmağa çalışan ailəni İraq təhlükəsizlik qüvvələri ata və ananı cinayət başınsa saxlamağı bacarıb.
İraq Daxili İşlər Nazirliyinə bağlı İraq Federal Kəşfiyyat və Təhqiqat Təşkilatından verilən açıqlamaya əsasən, bir qız və bir oğlan övladlarını satmağa çalışan valideynlər Ənbar şəhərində yaxalanıb. İlkin ifadələrində onlar bunu imkansızlıqdan etdiklərini bildiriblər. Təhlükəsizlik qüvvələri uşaqları valideynlərdən alıb və onları həbs ediblər. İnsan alveri ittihamı ilə istintaq başlanılıb.